Kömək 🔹

37 7 2
                                    

Günlər,həftələr sonra evliliyə yeni yeni alışmış Arzu, artıq evlərinin dizaynını iç rahatlığı ilə bitirmişdi. Həmçinin,Fərhadda da böyük bir rahatlama yaranmışdı. Artıq daha da bir-birlərinə bağlanmış iki yetişkin insan idilər.. Gecələri,gündüzləri,hər saatları bir idi,təbii ki ikisinin də iş saatlarını çıxmaq şərti ilə. Hətta Fərhad bir müddət işə o qədər ağlı qarışmışdı ki,sırf Arzunu heçnədən əksik etməmək üçün, artıq gözlərində hal,bədənində taqət qalmamışdı.
Bu gün onlar birliktə filmə gedəcəkdilər.Arzu evdən tələsik hazırlaşıb,özünü danlaya -danlaya çıxdı. Fərhad onu qapının qarşısında təxminən 1 saat gözləyirdi. Arzu əsəbləşərkən daha şirin görünürdü və Fərhad hər dəfəsində onun bu dəli hallarına baxıb özünü saxlaya bilməyib gülümsünürdü. Yol boyu həvəslə filmin janrını müzakirə etdilər,danışdılar,düşündülər, axır ki janrının "Dram,Romantik" olmasının qərarını verdilər. Film boyu isə özünü və diqqətini filmə verən Arzu,heç fərqinə varmadan göz yaşları yanaqlarından süzülüb,axırdı. Əslində, Fərhad da çox həssas bir qəlbə sahib idi və çox cuzi şeylərdən tez təsir ala bilirdi. Amma,Arzunun yanında göz yaşlarının gəlməsini istəmədi və içdən-içə filmə üzülürdü. Film çıxışı artıq hava qaralmışdı və oturub bir şeylər yemək istədilər. Sifarişi verdikdən sonra,Arzunun bir sıxıntı ilə oturub bir nöqtəyə hüzünlə baxması da Fərhadın diqqətini çekmədi deyil.

"Arzum,nə olub?"

"Eh,nə olacaq? Filmə pis oldum"

"Olma.. O bir filmdir,əgər pis olursansa,öz xəyal gücünə burax bir sonluq düşün,və düşün ki o həmin xoş sonluqla bitdi"

"Axı onda Dram filmi sayılmaz"

"Məncə, xəyal gücünə burax. Mənasız sonluq oldu. İnsan da sevdiyindən belə şeyi gizlədər?"

"Yox,gizlətməz. Amma, onun da son seçimi o idi"

"Yox,Arzu. Deyildi. O hər şeyi sevdiyi qıza deyə bilərdi,inan ki yaxşı olacaqdı"

"O bu xəstəlikdən sevdiyinin xəbəri olmasın deyə demədi. Bir də buna görə pis olmasın deyə"

"Mən şəxsən deyərdim.."

"Məndən heç nəyi gizlətmərsən,sənə inanıram"

"Əlbəttə.. Sadəcə elə üsulda deyərdim ki,bu səni zədələməsin"

"Eh,hər dəfə film izlədikdə belə oluram,təsirindən çıxa bilmirəm"

Sifarişlər gəldikdən sonra yeməklərini yeyib evə qoyuldular. Sinema çıxışı yolda əlində fotoaparat ilə duran yaşlı kişi var idi və onlara yaxınlaşıb şəkillərini çəkdi.. Xəbərsiz çəkilən şəkili onlara hədiyyə etmək istədi. Onların məsum sevgisi,hər kəs tərəfindən hiss olunurdu və bu mənzərəni ölümsüzləşdirmək istədiyini söylədi. Onlar bu çəkilmiş şəkilə baxaraq gülümsündü. Şəkildə Arzu Fərhadın məsum gülüşünü izləyirdi və ona necə sevgi ilə baxdığı göz qabağında idi. Fərhad isə məsum gülüşünü elə Arzu ilə olan söhbətindən əsinlənmişdi. Bu şəkili hədiyyə olaraq qəbul etmək istəmədilər, amma hər nə qədər etsələr də,yaşlı adam qarşı çıxdı və onlara bunu hədiyyə etdi.

Çıxışda bütün yolu musiqi dinləyərək evə getdilər. Keçirdikləri ən gözəl günlərdən biri idi və əllərindəki şəkil isə bu günü ölümsüzləşdirmişdi. Onu otaqlarında çərçivəyə yerləşdirib, aynanın qarşısına qoydular.

Səhər qapının zilinə yuxudan narahat şəkildə oyanan Arzu, pilləkənləri gözünü ovuşdurub, "Gəldim!" deyə düşdü.  Gələn şəxs anası idi. Üzgün ifadə ilə Arzunun gözlərinə baxdı

Keçmişimi Anlatma (TAMAMLANDI)Where stories live. Discover now