31. Bölüm

47 7 1
                                    

Arzu göz bəbəkləri böyümüş halda, onun üzünə baxırdı. Necə ola bilərdi axı? Bu mümkünsüzdür. Bu adam onunla zarafat mı edir? Yoxsa biri ilə mi qarışdırır? Arzu onun yanından dərhal tələsik cəld addımlarla evə qaçır. Amma nə yazıq ki,Azadın onu izləməsi ağlının ucundan belə keçmirdi. Artıq evə vardıqda qapını açaraq içəri daxil olur. Arxasına baxdığı halda,heçkimsəni yəni ki Azadı görməmişdi. Amma ,o oralarda gizlənmiş vəziyyətdə Arzunun girdiyi evi gözətlədi..

Arzu içəri girib qapını tez bağladı və bərk-bərk kilidlədi. Çox qorxmuşdu.. Sanki qəlbi ağzında atırdı və nəfəs alıb verişi saniyədə tezləşmişdi. Qapıya yaslanıb o vəziyyətdə ,ayaq üstə durduqdan sonra əlləri və dizləri titrəyərək salona daxil oldu. Fərhad televizor izləyirdi və Arzuya səsləndi. Arzu sanki onu eşitmirdi və Fərhadın 1 dəfə,2 dəfə artıq 3 cü səslənməsində "Nə?" deyə dik atılaraq cavabladı.

"Arzu,nə olub sənə?"

"Heç,heç nə. Mən üstümü dəyişim sonra yemək hazırlayım" dedi.. Qəlbi elə atırdı ki,sanki bədəninə sığmırdı və səsindən öz dediyini belə eşidə bilmirdi. Axı o hamilə idi, bu dərəcədə stress və qorxu ona heç yaxşı təsir göstərməzdi.

"Yox, sən hamiləsən, bir az yat dincəl"

"Yemək hazırlayım, heç yuxum gəlmir" deyə Arzu keçişdirdi.

Yataq otağına qalxıb, əynini dəyişdi. Aynada öz əksi ilə bir neçə dəqiqədir ki, baxışırdı . Aynanın qarşısından çəkilib,içdən bir nəfəs çəkdi yatağının üzərinə oturdu. Əllərini üzünə gətirib gözlərini bağladı. İlahi.. Axı bu necə ola bilərdi...

Pilləkənləri enərək mətbəxə daxil oldu. Yemək üçün ləvazimatları qarşısına qoydu və hazırlamağa başladı. Bəlkə də, Arzu ilə məzələnirdi. Yolda qarşılaşdığı bir insanı bu qədər ciddiyə almaq heç normal bir şey deyildi. Fərhad televizorun qarşısından duraraq,mətbəxə Arzunun yanına gəldi.

"Arzu? 1 stəkan su ala bilərəm? Arzu??"

Arzudan səs gəlmədi,hələ də yeməyi qarışdırırdı və Fərhad Arzuya toxunaraq "Arzu,sən yaxşısan?" dedikdə , Arzu dik atılaraq əlindəki qaşığı yerə düşürdü.

"Nə?"

"Sən yaxşısan?"

"Hə,yaxşıyam"

"Deyəcəkdim ki,su ala bilərəm? Amma özüm götürürəm,sən zəhmət etmə"

"Yox,gözlə verim"

Arzu stəkana çaydandan suyu süzdükdə ,əli titrəyərək stolun üzərinə dağıldı. Fərhad Arzunun əlindən alaraq, kənara qoydu.

"Arzum,sənə nə olub? Niyə beləsən? Niyə fikirlisən?"

"Heçnə,həqiqətən,heçnə" deyə Arzu stolun üstünü sildi və yeməyin altını söndürdü. Salona keçib süfrəni də qurduqdan sonra,yeməkləri gətirdi. Televizorun yüksəs səsi Arzunu narahat edirdi. Bir az səsini qısdılar və yeməyə başladılar. Fərhad Arzunun yemək yemədiyini və qaşığı ilə oynadığını ,gözlərini zilləyərək fikirli qaldığını gördükdə artıq şüphələnməyə başlamışdı.

"Arzu,bu fikir hamiləliklə bağlıdır?"

Arzu gözlərini yayındırıb,Fərhada tərəf baxdı.
"Necə yəni? Xeyr"

"Sən buna hazır deyilsən?"

"Hamiləliyə? Yox,əksinə çox sevindim"

"Bəs sənə nə olub? De artıq. Bu gün çox yaxşı idin. Ta ki o gəzintiyə çıxana qədər,hava almağa gedənə qədər. Nə oldu? Nə baş verdi?"

"Heç nə, heç nə olmadı. Mən ac deyiləm, sən bitirdikdə de gəlib süfrəni yığışdıracam" deyərək,Arzu stolunu geri çəkdi və cəld pilləkənləri qaçıb yataq otağına getdi. Özünü yatağına ataraq,hələ də bu gün Azadın dediklərini düşünürdü.

Azad isə hələ də onların evinin qarşısında dayanmış,gözətləyirdi. Bəlkə Arzu evdən çıxar və danışmaq şansı olar . Amma Arzu evə girdikdən bəri nə o,nə də Fərhad evdən çıxmışdı.

Keçmişimi Anlatma (TAMAMLANDI)Where stories live. Discover now