"Keçmişini anladım?"

45 7 2
                                    

Arzu özünü ondan qurtarmağa çalışırdı və lənət olası sözləri dodaqlarından tökərək qulaqlarına yönəldirdi. "Sənə hər şeyi danışacam! Sən unutmusan! Mən çox dəyişmişəm!" .. Arzu onu geri itərək qulaqlarını tutdu və " Get burdan! " deyə ağlayaraq,titrək səslə əlacsızlığını göstərdi. Onu dinləmək istəmirdi,bəlkə də haqlı idi və gərçəklər bütün həyatını alt-üst edə bilərdi. Azad Arzunun nə qədər dinləmək istəmədiyini və ağlayaraq yalvardığını görsə də,inadına daha da üstünə gedib yüksək səslə hər şeyi anladırdı.

"Dinlə məni. Keçmişinə dair hər şeyi anladacam, hər şeyi yenidən biləcəksən"

"Get! Get! Danışma!"

"Sən və mən.. Arzu,biz evli idik"

"Sus!Sus!" deyə Arzu əlini saçlarından tutaraq, getməyə yer axtarırdı

"Sən 18 yaşında olduqda evləndik"

Arzu daha çox eşitməmək üçün qulaqlarını bərk bərk bağladı,amma hər dəfəsində Azad əllərini qulağından çəkərək daha da danışmağa,üstünə getməyə çalışırdı.

"Dinlə məni. Aldığın müalicələr,dərmanlar hər şeyi sənə unutdurub! Mən çox pis biri olmuşam hə,amma ki artıq dəyişmişəm. İndi qoy,sənə hər şeyi danışım"

"Yox,yox! Sənə inanmıram!"

"Dinlə! Biz bir-birimizi sevərək evləndik və çox xoşbəxt idik, amma mən sənin qədrini bilmədim! Sənə xəyanət etdim,səni aldatdım! Hər gün sənə şiddət göstərdim,amma mən dəyişmişəm Arzu ,dəyişmişəm!"

"Nə danışırsan sən? İndicə Fərhad gələcək və biz polisi çağıracıq! Get burdan" deyə Arzu göz yaşlarını yanağından bərk sildi

"Xahiş edirəm,məni bir dinlə... Ağlama.. "

Azad artıq susub ,sadəcə çarəsizcə Arzunun gözlərinə baxdı və üzünü çevirərək arxasını ona döndü. Arzu belə olmayacağını çox yaxşı anladı və həqiqətən də, dinləsə hər şey daha da asanlaşardı. çünki, Fərhadın Azadı bu evdə görməsi,açıqlamasız bir mənzərə idi. Arzu astaca divana keçərək əyləşdi. Azad isə ona çevrilərək ,hər şeyi tək-tək anlatmağa başladı.

"Axır ki,məni dinləyirsən.."

"Tez danış!"

"18 yaşında olduqda ailənlə artıq ayrılmışdın və tək yaşamaq üçün ev axtarırdın. Universitet xərcləri də var idi və sən çarəsizcə ətrafda iş üçün gəzinirdin. Əlaqə saxladığın restoranda,mən ofsiant idim. Və sən bir müddət orada işlədin.. Zamanla bir-birimizi sevdik və dərhal 1 ilin içərisində evləndik. Mən çox yaxşı biri idim və bizim çox saf sevgimiz var idi"

"Bəs ailəm? Ailəm bunu bilmirdi? Sən mənə yalan danışırsan! Ailəm mənə heç belə bir şey deməyib ,həmçinin də mən xatırlamıram!"

"Ailən təbii ki bilirdi.. Get-gedə pis insanlara qoşularaq,artıq mən də dəyişməyə və əvvəlki təmiz duyğularla olan Azad olmadım. Tam əksi,tam tərsi.. Gecələr evə gec gəldim,içkili halımla sənə şiddət gördüm və hətta sənə bir axmaq üzündən xəyanət etdim. Artıq dayana bilmədin və boşanmaq üçün məhkəməni başlatdın. Biz boşandıq və səndə böyük bir psixoloji problem yaranmışdı. Heç kəslə danışmır,evdən çölə çıxmırdın. Bu halını görən qonşu Xədicə, özü səni müalicə üçün xəstəxanaya yatırdı və bütün xərcləri özü qarşıladı,hər gün o qədər dərman atırdın ki,artıq sən 2 ilə hər şeyi unutmuşdun.. Elə,ailən də sənə xatırlatmamaq üçün deməyib"

"Yalan deyirsən! Mən onlardan soruşacam!"

"Soruşarsan."..

"Bəs,başqa?"

"Başqa? Ardını eşitmək istəyirsən? Keçmişini anlatmağımı istəyirsən?"

"Biz neçə il evli qaldıq?"

" 1 il yarım "

Azad udqunaraq,sözünə davam etdi.

"Bizim əkiz evladlarımız da vardı"

Arzu gözlərini bərəldərək, şok içərisində "Nə??" deyə bir az asta,həm də bərk səslə söylədi və ayağa qalxdı.

"Biz əslində çox kasıb idik və qazandığım pulu içkiyə xərcləyirdim. O da elə buna dözməyib 3 aylıqkən dünyasını dəyişdi.. "

Arzu bunların həqiqət olduğuna inanmadan,dinləyirdi və sanki birisi qəlbinə isti bıçağı saplamışdı.

"Bəs,digəri?"

"Digərini,satdıq"

"Nə danışırsan! Mən elə şey etmərəm!"

"Onsuzda elə sən razı deyildin,bunu mən etdim. Sən də çarəsizcə razı oldun. Arzu,çox kasıb idik deyirəm.. İkisinə də baxmağa gücümüz yox idi"

"O qızdır,ya oğlan?"

"İkisi də qız"

"Mənim deməli haradasa evladım var imiş və mən bunu indi öyrənirəm! Həqiqətən,bu dediklərinə inana bilmirəm.. "

"İnan,sənə sübut da edə bilərəm.. Hətta,sən bunu ailəndən də soruşa bilərsən"

"Onun indi neçə yaşı var?"

"5 yaşı var,mən onu axtardım və uzaqdan izlədim.. Üzləşməyə nə cəsarətim,nə də elə üzüm yox idi.."

"Get burdan indi.. Mən sabah bununla maraqlanacam"

"Əlaqə nömrəmi kağıza yazıb bura,masanın üzərinə qoyuram. İnandıqdan sonra,əlaqə saxla hər şeyi yenidən danışaq .."

Səhər açılar-açılmaz Arzu dərhal ailəsinin evinə getdi. Onlar bir müddətdi burada,Bakıda qalırdılar. Evə çatdıqda,qapını bərk-bərk döyərək səbrsizcə açmasını gözləyirdi. Bütün gecəni necə keçirdi Allah bilirdi.. Fərhad gələnə kimi ətrafı yığışdırdı və qonaqların qarşısında şüphə çəkməmək üçün əlindən gələn hər şeyi etdi. Saxta gülüşləri dodaqlarında və gözlərində bəlli etməsə də,göstərdi. Kim bilir ki,o qədər kəs gülür ürəkdən, amma ağlında hansı problemi həll edir ?.. Arzu anası ilə masanın qarşısına keçib əyləşdilər və Arzu heç uzatmadan sözə başladı.

"Səndən tək şey soruşacam və mənə düzünü deyəcəksən"

"Hə,de görək bu nədir ki,səni səhərin tezdəni bura qədəe gəlməyə vadar edibdir"

"Azad kimdir? Mən onunla evli olmuşam və əkizlərimiz olub? Və mən hər şeyi unutmaq üçün mualicə almışam?"

Reyhan Arzunu diqqətlə dinləyirdi və dediyi sözləri eşitdikdə şok içərisində idi.

Keçmişimi Anlatma (TAMAMLANDI)Donde viven las historias. Descúbrelo ahora