FİNAL

85 14 12
                                    

Udqunaraq ,hər şeyi inkar etməyə başladı Reyhan. Çünki,olanlar doğru idi və bunları qızına anlatmaq onun həyatını alt-üst edərdi. Hər nə qədər inkar etsə də, Azadın ondan əl çəkməyəcəyini və bunu sübut edəcəyini lap yaxşı bilirdi. Buna görə də,məcbur qalaraq hər şeyi tək-tək anlatdı,hansı ki elə məhz bunların hamısı gərçək hadisə idi..

Azadla əlaqə saxlayıb qızını görmək üçün ünvanı aldı və ikisi birlikdə yola qoyularaq qızlarını görməyə getdilər. İlahi,bu nədir belə! Həqiqətən,hər dəfə həyat üzümüzə güldükcə,bunun altından bir xəta çıxır!

Arzu ilə Azad kiçik bir həyət evinə yaxınlaşdılar. Bir az kənardan qızlarının çıxmasını və onun ilə üzləşmələrini gözlədilər. Arzu hələ də olanlara inana bilməmişdi. Axı bu necə ola bilər? O onsuzda bir evlad gözləyir.. Hamilədir.. Amma bir qızı da ondan uzaqda,amma bir o qədər də yaxınında imiş.. Evin qapısının cırıltı səsinə çevrilərək,qapıdan çıxan şəxsi diqqətlə gözətləyirdilər. Kiçik ayaqqabılarını yerə ataraq, özü də addımını qoydu və diz çökərək ayaqqabılarını geyindi. Yandan ayrılmış hörüklərini arxaya ataraq, çantasını çiyninə keçirdi. Gözlərində yorğunluq olmasına baxmayaraq,hər şeyə nisbətən dodaqlarından və üzündən gülüşünü əksik etmirdi. Sonra bir səs yaxınlaşdı.. "Zeynəb,üşüdəcəksən,papağını al tax" ..

"Deməli onun adı Zeynəbdir.. " Arzu öz-özünə astaca kədərlə söylədi.

"Elə imiş.. Mən də indi bildim"

Birlikdə onu izlədilər və bütün gərçəkləri ona deməyi düşündülər. Amma bunu edə bilməzdilər,çünki Arzu hər şeyi əvvəlcə Fərhada danışmalı idi. Azad isə qızı ilə birlikdə yaşamaq istəyirdi. Heç bir şey düzgün getmirdi və imkansız görünürdü.

Arzu yol boyu Fərhada bunu necə danışacaq deyə fikirlər keçirdi. Bunu necə söyləyəcəkdi? Arzunun heç bir günahı yox idi və hər şeydən xəbərsiz idi. Onun çıxış yolu yox idi,bunu necəsə deməyin yolunu birtəhər tapmalı idi, bu cəsarəti özündə hiss etməli idi. Gecə evə çatar-çatmaz ayaqqabılarını yerləşdirdi və salona keçdi. Pəncərənin qarşısına keçib, "Axı necə ,necə deyəcəm?" deyə düşünərək,dəqiqələrin necə keçdiyinin fərqinə belə varmamışdı. Fərhad pilləkənləri enərək,salona,Arzunun yanına gəldi. Toxunaraq Arzunun adını səsləndi.

"Arzu,harada idin?"

Arzu arxaya çönərək,Fərhadın dərin gözlərinə baxaraq,orada qeyb oldu. Deməli idi.. Bunu ya indi deyəcəkdi,ya da heç.. Çünki hər şey üçün günü gündən daha gec olurdu. Arzu bütün cəsarətini toplayaraq,Fərhadı qarşısına alaraq anlatmağa başladı. Əlini qarnına gətirərək ,evladının varlığını hiss etdi və ondan cəsarətini aldı,topladı.. Əvvəlcə necə deyəcəyini və başlayacağını bilməsə də,hər şeyi tək -tək eşitdiyi və bildiyi kimi Fərhada anlatdı. Onun onu anlaması lazım idi.. Azadın və anası Reyhanın danışdığı hər şeyi söylədi, Fərhad isə təəccüblə əli ağzında Arzunun ağzından tökülən hər kəliməni izlədi,anlamağa çalışdı. Arzunun sonuncu sözü " Mən qızıma hər şeyi deyəcəm və onu yanıma alacam.. Əgər sən mənimləsənsə birlikdə yaşayaq,deyilsənsə indidən bitsin hər şey" deyərək nöqtəni qoydu.

Fərhad ona heç bir kəlimə etmədən,paltosunu əyninə keçirərək evdən getdi. Yəqin ki, artıq Arzunu istəmir və onu qəbul etmirdi. Amma bu halda Arzunun edəcəyi bir şey yox idi, tək yolu var idi ,o da ki qızını alıb öz evinə getmək.
Bütün gecəni evdə deyildi.. Arzu gecə bəlkə gələr deyə yatmayıb onu gözləmişdi amma heç fərqinə varmadan yuxuya getmişdi. Səhərin tezdəni Fərhad,Arzunu oyandırıb,biletləri göstərdi.

"Fərhad,bunlar nədir?"

"Gediş biletləri.. Yalnız gediş biletləri"

"Axı,burada 3 dənədir"

Keçmişimi Anlatma (TAMAMLANDI)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin