1 - ci Hissə

37 11 16
                                    

Salam. Əgər diqqətinizi bu söz yığınına çəkə bildimsə, deməli sizə də mənim içimdə baş verənlər maraqlıdır. Oysa ki burda maraqlı Heçnə yoxdur. Burda ancaq uzun uzadı davam edən bir gecə, və böyük, qara dəlik qədər qəddar bir boşluq var. Qara dəliyin qəddarlığı ondadır ki, hətta işıq şüalarını içinə alıb, boş bir qaranlığa çevirmək qabiliyyəti olmasıdır. Bir ildən artıqdır ki mən burda Heçnə yazmıram. Təzə-təzə başlayanda tez-tez yazırdım. Və özümü həqiqətən də bir yazıçı hesab edirdim. Nə qədər də sadəlövh idim. Oysa indi o yazdıqlarım yoxdur. Və bir zamanlar olan "oxuyucularım" artıq yoxdur. Səbəbin soruşsan, Heç özüm də bilmirəm. Mənə də maraqlıdır ki insanlar niyə belə unutqan olublar? Oysa ki mən heçnəyi unutmamışam. Nə bilim... Axır vaxtlar çox tez-tez bulvara gedib dəniz kənarında gəzişərdim. Və bir şeyi orda anladım. Ətrafımızda olanlar dalğalar, biz isə sadəcə sahildəki daşlarıq. Gəlirlər, isladıb gedirlər. Arxasında isə yaş bir iz qoyub gedirlər....

İçimdəkilərМесто, где живут истории. Откройте их для себя