#1

26 7 0
                                    

Gecəmə qonaq ol, gecəmə dustaq ol - gecəmdə qal. Bu gecə sirrim var. Ən böyük sirrim, elə sənsən. Sən mənim sirrimsən. Sirr saxlamağı yaxşı bacarıram. Səni hər kəsdən gizləsəm saxlasam – bir sirr kimi. Xəbərin olsun; Sən biraz içimə qaçmısan. Ürəyə gedən yolda azmısan. İçimdə ən güvənli bir yerlərdəsən. Sən Sirrim ol, mən səni elə bir yerlərdə gizlərəmki, kimsə tapmaz, kimsə incitməz, kimsə üzməz. Yerinə üzülmək, qəmlənmək, dərdini çəkmək istəyirəm – təki sən gül. Dərdini səndən özümə çəkib, özümdə yaşamaq istəyirəm. Dərdin ən dərinlərimdə olsun. Dərdin Dərdim olsun. Dərdsiz ol. Dərdsiz qal. Elə bir insan tanımıram ki, Gülüş sənə yaraşığı qədər ona yaraşsın. Düşündüm, sən məncə duyğu olsan, ümid olarsan. Bilirsən niə ümid olmalısan? Ümid insanları ümidsizlikdən xilas edir. İnsanın içinə ürək, ürəyinin içinə sevgi, sevgisinə və içinə hiss doğuran, içinə sevinc , üzünə gülüş və gözəllik gətirən – ümiddir. Ümidi kiçik hiss, duyğu bilmə. Ümid bütün hissləri doğuran duyğudu. Ümidim sənsən. Ruhum Ruhuna aşiq!

Məktublar.Where stories live. Discover now