#3

24 5 0
                                    

Hava ol, içimə çəkim səni. içimdə qal və böyü. bütün içim sən ol, bütün içim sən olsun. bütün damarlarıma qədər işlə. bütün bədənim, bütün içim sən olsun. ruhuma qədər işlə. boş durma. işlə. içimə işlə. sənin ürəyinə gedən yol hardandı? mənə o yolu göstər.
Günaydın nur üzlüm, günün aydın olsun. Sırf bu gün daha çox gül və pozitiv ol. Gecə tam 5:00. Tenli gözlərinlə gülür gözüm. Məndə yaşarsan. Səndə gördüyümü heç kim görməyib. Şəklinə baxıram. Şəklinə deyil də, əslində sənə baxıram. Sən var ha sən sanki bir melodisən. Gözümü yumduran musiqisən. Sənə baxanda sanki bir şairin öz sevgisin səhifələrlə anlatışın seyr edirəm. Sanki bir mahnı dinləyirəm. Sanki göylərdən baxıram yerlərə. Bir gözəllik seyr edirəm sənə baxanda. Elə bir gözəllik ki, bütün gözəlliklər toplusu. Qəribədi. Sanki bir şəkilli nağıl kitabısan və mən susmuş, rəsimlərinə baxıb gözəlliyi seyr edib – uşaq kimi sevinclə gülərəm. Bir filmin ən həyacanlı hissəsi kimisə. Sənə baxıram və içimdə; hansısa filmə baxarkən yada hansısa kitabı oxuyarkən – Allahım nəolar gərçək olmasın – diləyi var. Epiloqu olmayan kitab kimisən – oxuduqca oxumağım gəlir və bitmirsən. Sənə baxıram indi və görürəm ki, mənim bu həsrətlə baxan gözüm, birdə günəşin doğuşun izləməkçün bu qədər həsrətdə olub. Sənin gülüşünü görmək günəşin doğuşunu görməkdi – o qədər gözəl və əvəz olunmaz. Bir dəniz mavisin gözlərində görürəm. Sanki saçların dəniz ləpəsi – yırğalanır, atılır düşür çiynində. Boğulmaq istərəm saçlarında, birdə dəniz gördüyüm gözlərində. Sən hər gecə yorğunluğunu qucaqlayıb yatırsan; bu gözəlliyi seyr etmək günəşin batışı kimi – nəfəsi tutmaq, susmaq, izləmək, azacıq gülümsəyıb, bu mənzərə üçün Allaha təşəkkür etmək. Səhərlər oyandığını, oyandığında bir gözü qapalı olduğun anı – izləmək var. Hər insana məxsus olmur - səhər oyanışını izləmək. Bir rəssamın, həyatın bütün gözəlliyini bir tabloya düzmüş kimi baxıram sənə. Bir şairin şeirinə tamaşa etmək kimidi səni izləmək. Ürəyinə dəvət et orda boğulanadək, içini BİZ-lə doldurum. Bir gün qulaqlarına dəvət et, sənə səndən danışım - biz qədər. Mən yazaraq ürəyimi boşaldıram, sən oxuyaraq ürəyini doldurursan?

Məktublar.Where stories live. Discover now