Adele'm

12 2 0
                                    

Yenə qələm səndən yazmağa başladı. Günlərimdə gecəmə çökmüş kədər, kədərimə çökmüş sən, sənə çökmüş dizlər var. Qələm içimdə olanı, içimdəki SƏN'i sətrə daşıdıqca içim boş qalır. Yazılarım mənimlə eyni ruhda. Mən kədərimi qələmə yükləyirəm, qələm də sətirə yükləyir. Yaxşı ki yazmaq var, yaxşı ki yazılarım var. Yoxsa bu kədəri kim daşıyardı?
Bir gün yola düzəlsəm, sənə gəlməz yolları sən tərəfə düzəltsəm, əyri yolları düzləsəm, bütün yollar sənə düzəlsə, yolum yoluna çıxsa, yolumuz kəsişsə üzün kimi yolunu dəyişib gedərsən.
Kədərimi bölüşəcək qədər sevincim var. İnsan kədərini bölüşə bilər mi? Kədər bölüşülər mi? Bölüşülərsə nəçə kədərin səndən üz döndərib mənə gələr? Neçə kədərin sənin yox, mənim kədərim olar? Kədər danışılar, bölüşülməz.
İnsanlardan çox içkilərə üz tutdum. Üzümü içkilərə tutub danışacaq nəyim varsa danışdım. Bu bəzən ortaya yazı olaraq çıxdı. Niyə insanlara deyil içkilərə üz tutdum bilirsən? Hansı insan, hansı dost kədərini dindirər? İçməklə kədər dinir. İçmək kədərin dinidir.
Çox içən deyiləm ama hər içki səni xatırladırsa, hər içki sonrası ortaya çıxan üzün və üz cızgilərin, gülüşlərin, rəngli gözlərin varsa içməyə dəyər.
Sevgili Adele'm. Səni xatırladacaq hər kəsdən qaçıram. Səni xatırlacaq sevincdən belə qaçıram. Ən gözəl insanlardan, ən gözəl hisslərdən, gözəl olan hər şeydən qaçıram. Bir dünya qururam, içinə səni qoyub səninlə yaşayıram. Mənim dünyam sənin gözlərin rəngdə. Divarlarında sənin gülüşlərin olan bir ev tikdim. Xatirələr asılı bir otaqda yaşayıram. Xatirələrlə yaşayıram. Əlvidalarla yaşlanıram.
Danışacaq çox şey yığıldı. Xoşbəxtlik anılardan ibarətdi. Qələmi tükənməz olanlar tükənən insanlardı. İçimdən yazıram ama içdən yazmıram. Beş il sonrakı mən, indiki mən kimi olmayacaq. Beş il sonra daha da tükənəcəm. Çünki bu bir dövrdüki keçəcək. Beş il sonra bu qədər içdən yaza bilməyəcəm. Necə ki bir il öncəki qədər içdən yaza bilmirəmsə, beş il sonra da elə.
Buralar, bu bloq tükənmiş, bitmiş bir adamın xatirələri və ya kədər gündəliyi olacaq.
Bu mahnı "biz" deyə biləcəyimiz mahnı ola bilərdi. Məcbur deyil "biz" deyəcəyimiz mahnı kədər yüklü mahnı olsun. İnsanlar "bizim" dedikləri mahnıları niyə kədər yüklü seçər anlamaram.
Adele'm, zəhmət olmazsa "sent my love".
İmza; Aydan Gələn Fil.

Uzağa... Uzaqlara.Where stories live. Discover now