Uzun aradan sonra yenidən tanış olmalıyıq. Bəlkə yenidən sevdim səni. O ilk günki tək yenidən sevə bilərəm səni. Bəlkə yenidən gülüşünü gördüm. Saçlarına bir-iki misra yazdım. Xatircəm salam verib salam aldıq. Nə bilmək olar ?
Uzun fasiləli aralıqdan sonra yenidən tanış olmalıyıq. Bir-birimizi yenidən tanımalıyıq. Məsələn mən yenidən doğulmalıyam - gülüşlərinlə. Yenidən dirilib ölməliyəm - baxışlarınla. Ölümsüz yaşamalıyam səninlə. Bir bəhanə gərəkdi. Bir bəhanə gərək ki, səninlə ünsiyyətim olsun. İçib qapına dayanacaq deyiləm ki...
Uzun aradan sonra yenidən tanış olmalıyıq. Salam verməliyəm. Təbəssüm edib salam almalısan. Bir şey soruşalıyam. cavab verməliysən. Bakıya güclü qar yağmalı. Qar kimi incə olmalısan. Soyuqluğuna dözməliyəm. Sənə gələn bütün yollar tıxac içində olmalı. Tələsməliyəm sənə. Tələsik sənə qaçmalıyam. Xəstə olmalıyam, azacıq da qızdırmalı. Qar öz incə damlalarını başıma vurmalı. Alnım buz tutmalı. Soyuğu ən dərindən hiss etməliyəm. Kapüşonu başımdan çıxarıb sənə qaçmlıyam. Kilometrlərlə yolu qaçmalıyam. Budur sənə qaçtdım. Aramızda sadəcə 100dəndə az metr məsafə qalıb. Daxil oluram. Səni axtarıram. Səni tapmağa çalışıram. Tapa bilmirəm. Hardasan? Bir xanım çıxır səni soruşuram. "Çıxdı" deyir. Qısa mesajla "öl" deyir. bir az öncə başıma tökülən qarın dünya olduğunu bilməzdim. Dünya başıma yıxılır. Sənin olmadığın yeri tərk edirəm. Qaçıram. Sənə doğru yenidən qaçıram. Məhləndəyəm. Səni axtarıram. Bəlkə gördüm. Bəlkə uzaqdan da olsa saçlarını, gülüşünü görə bildim. Nafilə... Gecədir. Hər şey qaraya boyanıb. Bu qədər qaralar içində bir tək bəyaz sən.
Uzun aradan sonra yenidən tanış olmalıyıq. Tanış olmasaq da səni yenidən tanımalıyam. Hər gün səni qram-qram tanımalıyam. Məni gördükdə təbəssüm etməlisən.
Uzun aradan sonra bu günləri gedirə buraxmalıyıq. Geridə buraxdığımız insanlarla birgə bu günləri də geridə buraxmalıyıq. Geridə buraxdığımızdan inciməz ki günlər bizdən. Əgər geridə buraxmazsaq gələcəkdə buraxdığımız günlər çox olar. Küsər bizdən. Gəlməz gələcək günlər. Gələcəkdənsən? Yoxsa keçmişdə? Tam bilmirəm. Sadəcə gözləyirəm.
Uzun aradan sonra yenidən tanış olmalıyıq.
- salam, mən sənin Səhvinəm
- salam, mən sənin Səhv'iyyən.