#buludgözlü

3 2 0
                                    

Mərhaba bulud gözlüm. Mənim zəhərdən gülüm. Burası bildiyin kimi deyil. Burası oralara bənzəmir. Oraların xoşbəxtliyi olan SƏN, buraların bədbəxtliyi olan sənsizlik var. Burası bu gün, orası sabah.
Sevilməməkçün susdum. Sənə yazdığım hər sətri demiş olsaydım, əminəm sevərdin sevgimi. Mən səndən çox səni sevməyi sevirəm. Sənə susub səndən yazan idim. Susan birini anlamaq çətindi. Anlamaq üçün öncə susmalısan, susqunluğu öyrənməlisən.
Gecəyə Ay düşür, Aylı gecədə ağlıma düşürsən. Gecə üç olur yuxuma düşürsən. Çox sevməkdə bir şey deyil ama sevgimə ən çox sən düşürsən.
Qəribə oldu bizim ayrılıq. Qəribə oldu bizimkisi. Mən səni ürəyimə düşürdüm, sən də məni gözündən düşürdün. Gözündən düşdüm. O bulud gözlərindən düşdüm. Düşərkən yıxıldım. Yaralandım. Yara aldım. Sevinc satıb yara aldım.
Gözümü həsrətinlə doldurdum, iki damla yaş düşdü. Sətrimə düşdün. Sənin qoxunu tapa bilməkçün milyon parfümlər arasına düşdüm. Tapa bilmədim. Qadınlar arasına düşdüm. Qızlar, xanımlar, xanım-xatınlar tapdım, sənin tək bir qadın tapmadım. Təkliyimdən çıxıb adamların içinə düşdüm. Adam tapa bilmədim. Bu qədər adam içində səni tapa bilmədim. Özümdən çıxıb özümə baxdım. Necə də gözəlsən məndə. Necə sevmişəmsə səni, səni içimdə tapdım. Mən sən olmuşam. Sənə dönmüşəm. Min dərddən, min məhəbbətdən, milyon bədəndən, zülmət gecələrdən, açılmayan səhərlərdən sənə dönmüşəm.
Xoşbəxtlik deyildi mənimkisi, xoşvaxtlıq idi.

Uzağa... Uzaqlara.Where stories live. Discover now