#uzağa.

4 2 0
                                    

Gedən getdiyi yerə sevinc, qalana kədər, sətirlərə gözyaşı buraxır.
Əslində gəlmək getməkdir. Gələrkən bir yerlərdən, bir kəslərdən gedərsən. Getməsən gələ bilməzsən. Sən kimdən gəldin, nədən gəldin, məndən kimə, niyə getdin? Mən kədərdən, zülmət gecələrdən, sən şeirlərdən, ən gözəl misralardan çıxıb gəldin.
Məndə bir tək rəsmin belə yoxdu amma beynimdə gülüşlərindən hazırlanmış tablon var.
Hərkəsləşməyi buraxdım çünki hər kəs leş. Mən səni hər kəs kimi birbütün sevə bilmərəm, mən səni başqa sevərəm. Bir gün gecə saçlarını, birgün çaxır gözlərini, bir gün cənnət gülüşlərini, barmaqlarını, kipriklərini, yerişini, gəlişini, getdiyin yolları sevərəm. Hər gün bir şeyini sevərəm, ömrümün sonuna qədər səni sevərəm. Məndə bəhanə çoxdu sevməyə. Sən məni sevməyə, üzümə gülməyə, təbəssüm etməyə, mənə gəlməyə bir bəhanə tapa bilmədinmi?
Daim ən çətin olanı seçdim, bəlkə də buna görə belə oldum. Tək tərəfli olunan hər şey ən çətin olandı, imkansız olandı, ağır olandı. Dəyər vermək, sevmək nə zaman bəsitləşir bilirsən? Hər gün gördüyümüz, toxunduğumuz, yanımızda olan birisinə dəyər verib sevdiyimiz zaman. Ən çətini, ən ağırı yanında olmayan, beynində yaşayan, toxuna bilmədiyin, içindəkiləri deyə bilmədiyin, baxmağa belə qıymadığın, itirməkdən qorxduğun birini sevməkdi. Cəsarət edib belə sevər bilərsənmi? Mənim səni sevdiyim kimi bir başqasını sevə bilərsənmi?
Şeir şairdə, dəniz sahildə, ürəy daxildə, gecədə Ay , sabahda Günəş gözəlsə, Sən də məndə daha gözəlsən.

Uzağa... Uzaqlara.Where stories live. Discover now