Məktub qırıntısı.

1 1 0
                                    

Darıxmalar qucaqlamalardan keçir. Darıxmalar qucaqlamaqla keçir.
Çox gəl deyirəm. Gəlsən nə olacaq ki? Bu qədər darıxmaqlar iki qucağa sığacaqmı? Bu həsrət gözlərdən silinəcəkmi? Sevgi öz çiçəyin yenidən açacaqmı? Günəş yenidən doğacaq ama gecə yenidən düşməyəcəkmi? Mən yenidən sən varkən sənsiz qalmayacammı? Təbəssüm və gülüş olacaq ama gülüşlər sönməyəcəkmi? Gəlsən "yenidən gedər" deyə düşünməyəcəmmi? Hər gedişində ölməyəcəmmi?
Fərz edirəm döndün, gəldin. Dünya dönmədiyi, kimsənin görmədiyi zaman gəldin. "Xoş gəldin" deyib sevinc dolan gözlərimin içinə qədər güləcəm və səni sanki yenidən gedəcəkmişsən kimi bərk-bərk qucaqlayacam. İçməyəcəm,çəkməyəcəm. Üstümə ən sevdiyin parfum sıxacam. Aylardır topladığım mahnılar dinləyəcəyik. Sevdiyin mahnılar olacaq, bu sözsüzdü. Bir kafedə oturub bu qədər zaman nələr etdiyindən, niyə gedib niyə gəldiyindən danışacağıq. Müxtəlif bəhanələr irəli sürəcən və mən də təbəssüm edib özümü inanırmış kimi göstərəcəm. Əl-ələ parklarda gəzəcəyik. Məni bilmək olmaz, bəlkə küçənin ortasında belinə yapışdım və küləyin uğultusundan bir melodya düzəltib kimi rəqs etdim. Gülüşünlə güləcəm, gülüşünə bir neçə şeir yazacam. Saçlarından, ovuclarından, körpücük sümüyündən öpəcəm.
Hər şey gözəl, elə deyil mi? Məncə gözəl. Ama bir şeyi unudursan. Mən hər şeyi, bütün həsrəti, bütün kədəri, buraxdığın acını, sahibləndiyim sənsizliyi unudaram ama bir şeydən başqa. Nəyi bilirsən? Sən gedərkən içimdə bir şey qırıldı. Anlam verə bilmədiyim bir şey qırıldı. O səs hələ də beynimdə. Sən qayıtsan o qırğınlığı bərpa edəcəksənmi? O səsi eşitdim mən. Sən içində bir şeyin qırılmasını eşitdinmi? Eşitmədin. Anlamaq çətin. Anlaşmaq çətin.
Günlər eroziyaya uğrayıb ay olacaq, aylar keçib il olacaq. İstər günlər istər aylar istər illər istər insanlar gəlib keçsin o səs hələ də beynimdə qalacaq. Səni unutmaq qədər çətindi ürəyimin qırılması səsini unutmaq. Sənin səsimi unutmaq qədər çətindi.

Uzağa... Uzaqlara.Where stories live. Discover now