Bir yol.

3 2 0
                                    

Bir yol tapmalıyıq. Bir birimizə qovuşmağın bir yolunu tapmalıyıq. Yoldan çıxıb başqa yola düşməliyik. Sən və mən, əl-ələ. Meşələrdə, yollarda gəzməli, yollarda azmalıyıq. Nifrət qazamalıyıq. Kədəri, darıxmaqları basdırmalıyıq. Uzun bir xəritə çəkməliyik. Yollara sevgi əkməliyik. Şəhərlərin altını xəttləməliyik. Tələsməliyik. Yola düşməliyik. Getməliyik getməliyik.
Bir yol tapmalıyıq. Bir birimizə qovuşmağın yolunu tapmalıyıq. Qaçmalıyıq. Getməliyik. Uzun bir yol tapmalıyıq. Yoluzunu mahnı dinləməliyik. Başın çiynimə söykənməli. Kipriklərin öptülməli. Saçların sığal görməli. Sığaldan çox öpülməli. Bu bizim yol. Düşməliyik. Ver əlini. Qaçmalıyıq. Hər kəsdən uzağa qaçmalıyıq. Kədər insanı zorlamadığı, darıxmaqlardan hamilə qalmadığı, nifrət doğmadığı bir yerə qaçmalıyıq. Bizə nə lazım? Toplamışıq bir neçə mahnı, bir neçə kitab. Bu nənni yelləncək bizim. Uzanmalıyıq. Dincəlməliyik. Gözlərinə baxıb bir neçə şeir söyləməliyəm. Təbəssüm etməlisən. Utancaq gülməlisən. Uzun yol gəlmişik, yorulmalısan. Kipriklərin qapanmalı. Qolların bədənimi, əllərin belimi qucaqlamalı. Bədənim qəfəs olmalı, bədənin qəfəs etməli. Dərin yuxuya getməlisən. Yuxuda bizi görməlisən.
Bir yol tapmalıyıq, bir yol. Bir birimizə qovuşmağın bir yolunu tapmalıyıq. Bir yolla səni tapmalıyam. Səndə özümü tapmalıyam.
Bir yol tapmalıyıq, bir yol. Bu darıxmaqların acısını çıxaracaq bir yol tapmalıyıq. Bir birimizə qovuşmağın bir yolunu mütləq tapmalıyıq.

Uzağa... Uzaqlara.Where stories live. Discover now