Bəzi MƏN.

5 2 0
                                    

Bəziləri bəzən bir yerə qaçar, bir yerdəki birinə qaçar. Bəziləri birinə tələsər bəzən bəziləri birinə, ən çox sevdiyinə gecikər. Bəzilərinin ürəyi qalar, ayaqları gedər. Bəziləri hər şeydən, hər kəsdən gedər. Gecə gələr, gecələri tək keçirər. Sevinc bitər yerinə kədər gələr. Gələn gələr, gəldiyi tək gedər. Keçər o tərəfə, o tərəfdəki gələnə, gedənlərə qoşulub gedər. Bəziləri birini bir neçə saniyə görə bilməkçün bir neçə kilometr yol qət edər. Bircə gülüşünü görməyə, saçlarını sevməyə, salam alıb salam verməyə kilometrlərlə yolu qət etmək dəyər. Bəziləri yalanla bəzənmiş sətirlərlə qəlblər fəth edər. Bəziləri hekayəsin gözlərinə ötürər, gözlərində sezər. Bəziləri küsər, dodaq büzər, getmək istər. Bəziləri gecəyə bənzər. Təkliyə qonaq gələr, dərd dinlər, təsəlli edər, yaxşı edib silinər. Bəziləri gedər, bəziləri qalar. Qalan bitər, gedən hər gün gülər. Son gülən yaxşı gülər. Sonunda yaxşı qalar, Yaxşı da qalana gülər.

Uzağa... Uzaqlara.Where stories live. Discover now