Səhv'iyyə

5 2 0
                                    

Buz tutan əl, isti əllərinə ac.
Dünyanın fırlandığını sənin fikrin isbatladı. Zaman, məkan bilmədən aramsızca beynimdə fırlanırsan. Tanrının rəhmi gülüşlərində gizlənmişdi.
Sən şeiriyyatım, əbədi etiqadım,
Bir az şeir, bir azda alkol; səninlə irtibatım.
İnsanlar yalanlar sevər. Sən sevməzsən bilirəm, çünki insan deyildin, insan libasında mələk idin. "İnsanlar qorxusuz yaşamalı" deyirlər. Bu insanlar hər nə gəldi deyirlər. Mənim qorxum sənsən və bu insanlar sənsiz necə yaşayacağımı bir desələr?!
İtirdiyim etibarsan,
içimdə saxladığım sirrim olan etirafsan,
Səndən nə qədər yazsam,
Qələmdən çıxar dastan, anlamazsan.
Tanrıdan iltifatsan, məninçün ithafsan.
Ən gözəl mənzərə nə idi bilirsən? Gəlişimin fərqinə varmadan üzümdə təbəssümlə saniyələrlə səni kitab oxuyarkən izləmək idi. O günü hərəkət etmədən izlədim səni. Çünki hərəkət edərsəm kiminsə sənə baxdığını anlardın. Səni kitab oxuyarkən izləmək ən gözəl mənzərə idi.
Uzanım gecəyə dizlərində yatım,
Zaman dursun, belə keçsin qısa həyatım,
Gözünə baxım, qoxunu alım, bir neçə söz yazım,
Səni yazılarda qabartım, şeirlərdə abartım.
Burada hər şey tas-tamam hazırdı. Aylardır "biz" deyə biləcəyimiz filmlər seçmişəm. Sonunda gözünün dolmayacağı, yanağının islanmayacağı, xoşbəxt sonlu filmlər. Təsirinə düşməyəcəyin, kədərdən uzaq düşəcəyin, sevməyi sevəcəyin kitablar toplamışam. İçində "biz" deyəcəyin cümlələri əvəzinə xətləmişəm. İriçarplı playlist hazırlamışam. İçində yüzlərlə "biz" deyə biləcəyin, "bizim mahnı" olacaq mahnılar var.
Kədər və qələm kağız, otaqda yanır şam,
Adın [Səhv'iyyə] oldu, qədəhə doldu bu axşam.
Sən sevərsən deyə göyüzünə ulduzlar səpmişəm. Gülüşündən ürəyimə qısa bir yol çəkmişəm. Hisslərimə səni əkmişəm. Baxışlarından şərab içmişəm. Sənə vətən demişəm, sənə gəlmək istəmişəm. Səni görən gözləri kor etmişəm. Sənin tərəfi sol bilmişəm. Uzun yazılardan, qısa şeirlərdən çıx və gəl. Getmə sən, beynimdə qal. Çünki xəyalın mənim üçün gerçək bir xatirə.
Səhviyəm.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 05, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

Uzağa... Uzaqlara.Where stories live. Discover now