...

130 9 6
                                    


- Niyə belə narahat görünürsən?
- Deyəsən real dünyadan uzaqlaşıram.
- Bu nə deməkdi?
- Heç kəsin görmədiyi bir adam görməyə başlamışam.
- Ölü adamlar görürsən?
- Yox. Bilmirəm. Bəlkə də.
- Daha açıq danışa bilərsən?
- Pəncərədən çölə baxırdım. Səbəbi yadımda deyil , yaddaşım da pisdi... Bir gün çölə baxırdım və yolda avtomobil qəzası baş verdi. İki maşın bir-birinə girdi və yanmağa başladılar. Yəgin doğurdanda belə bir şey olsaydı içində heç kim sağ qalmazdı. Ama maşınlardan birinin qapısı açıldı və bir adam heç nə olmamış halda - yara almadan maşının içindən çıxdı. Biraz irəliləmişdi ki maşınlar da partladı.O isə yoxa çıxdı...
- Televizorun qabağında yatmadığından əminsən? Danışdıqların hollivud şablonundan başqa bir şey deyil.
- İndi xatırlayanda mənə yuxu kimi gəlir amma əminəm ki belə şey baş verib. Qəzanı görən kimi çölə çıxdım , amma yolda heç nə yox idi. Sonralar yenə o adamı görməyə başladım. Düzdür mənlə danışmırdı amma etdiklərini görürdüm. Yanımdakılara bunu danışdıqda isə mənə heç nə demədilər.
- Neçə vaxtdı baş verir bunlar?
- Xatırlamıram.

Psixiatr ayağa qalxıb otaqda biraz gəzdi. Sonra pəncərənin qabağında durdu.
- Sənə bir pis bir də yaxşı xəbərim var. Pis xəbər odur ki şizofrensən. Çünki xəyali adamlar görürsən.
- Yaxşı xəbər nədir? Müalicəsi var?
- Yaxşı xəbər odur ki , sən dediyin adamı mən də görmüşəm.
- Nə vaxt?
- İndi elə çöldədi. Gəl bax.

Xəstə pəncərədən çölə baxarkən yanan maşınları və qabağında duran adamı gördü. Sonra psixiatrla qaçaraq çölə çıxdılar. Həmin adam əlində tapançayla yanan maşınlara baxırdı. Psixiatr əlini cibinə atıb 2 silah çıxardı və birini xəstəyə verdi. Xəyali adam döndükdə o ikisini ona qarşı silah tuşlamış vəziyyətdə gördü. Psixiatr polislər kimi ondan silahını atmasını tələb etdi. O isə tapançayla psixiatrı ürəyindən vurdu.Xəstə bu mənzərə qarşısında özünü itirib atəş açdı. Nəticədə xəyali adam çiyninindən qan açılarkən yerə yıxıldı. Onun son gördüyü xəstənin silahını onun üzünə doğrultmağı oldu.

Biraz sonra xəyali adam açıq qalmış televizorun qabağında oyandı.

Şizofrenin 5 Dəqiqəlik ÖmrüWhere stories live. Discover now