"Ellery ölüm haqqında nə fikirləşirsən?" bacımın mənə verdiyi sual məni bir anlıq ona çevrilib baxmağıma səbəb olmuşdu. Bu haqda heç düşünməmişdim. Özümü ölərkən təsəvvür etmək belə tüklərimin dik qalmasına səbəb oldu.
"Oxx Jane hardan tapırsan belə sualları? İndi sual vaxtı deyil iş vaxtıdır!Anam birazdan evdə olacaq biz isə hələdi evləri bəzəyib qurtarmamışıq" deyinərək əlimdəki bəzəklərdən birini bacımın üsdünə atdım. Bəzən durub durarkən elə suallar verir yüz il fikirləşsəm ağlıma gəlməz
"Nə qalıbki? Demək olarki qurtarmışıq narahat olma. Sən mənim sualıma cavab ver" deyə Jane sualını yenidən soruşdu. Həqiqətəndə az qalmışdı evi bəzəyib qurtarmağa. Anamızın 50 yaşı tamam olurdu bizdə ona süpriz hazırlayırdıq. Heç nədən xəbəri yox idi anamın elə bilirdiki yadımızdan çıxıb ad günü. Necə sevinəcəyini indi də təsəvvür edib həyəcanlanıram. Atamızda axşam bizə qoşulası idi. Janenin qarnıma bir dirsək keçirməsiylə bu sualından qaça bilməyəcəyimi başa düşmüşdüm.
"Bu haqda fikirləşməmişəm heç. Ölüm, ölmək..." deyib sualdan qaçmağı bacardım.
"Onsuz sən nəyi fikirləşirsənki? Mən amma fikirləşirəm və qorxuram. Ölümdən çox ölümdən sonrası qorxudur məni. Ya öldükdən sonra yox olsaq, ya da öldükdən sonra yeni bir həyat başlayırsa? Məni qorxudan yox olmaqdı. Fikirləşsənə Ellery yaşa yaşa sonra da yox ol!puufff!" deyib əlləriylə sanki bir şeylərin patlayıb dağılmasını göstərirmiş kimi hərəkət etdi. Onu diqqətlə dinlədiyimi bilirdi və bu hərəkətini gözləmədiyimidə. Ona görə anidən etdiyi hərəkətlə yerimdən dik hoppandım Jane isə mənim qorxmağıma baxıb qəhqəhə çəkib gülməyə başladı. Mən gülə bilməmişdim çünki bacımın dediklərini heç fikirləşməmişdim. Yox olmaq ölməkdən bətərdi. İnsan həyatı bir heçnə olmuş olar onda buna inanmıram ona görə. Ölümdən sonranın olduğuna Cənnət və Cəhənnəmin olduğuna inanıram.
Evləri bəzəmiş hər şeyi hazırlamış atamın və sonradan anidə bizə süpriz edən qardaşımın da iştirakı ilə anam işdən gəlməmişdən onu gözləyirdik. Saat 18:00 da evdə olacağından əmin idik çünki həmişə eyni vaxtda evdə olurdu. İndi olduğu kimi. Qapının açarla açılma səsini eşidəndə hərəmiz bir tərəfə gizləndik anamın ayaqqabılarını soyunub cəld hərəkətlərlə salona daxil olmasına kimi keçən zaman ərzində özümü güclə saxlamışdım gülməyim deyə. Belə zamanlarda süprizin içinə edən kişi mən olurdum həmişə və bunun üstündə çox azar eşitdiyimdə bir həqiqətdir. Şükürlər olsunki bu dəfə özümü saxlaya bilmişdim. Atam mənə tərəf çevrilib
" El çaşıb gülmə haa!" deməsiylə gülmə istəyim daha da artmışdı. Ox ata yeri idimi? Onsuz böyük çaba sırf eləyirdim gülməmək üçün.
"Ellery, Jane hardasınız?" anamın səsləməsini eşidim hamımız hazırola keçdik və budur hamı bir ağızdan anama
"Ad Günün Mübarək!" deyə qışqırdı. Yazıq necə qorxdusa ürəyini tutub durmuşdu bir iki dəqiqəliyinə. Amma sonradan düzəldi və sevincindən gözlərindən yaşlar axmağa başladı. Bilmişdimki ağlayacaq. Sonrada bir- bir hamımızla görüşüb çoxlu təşəkkürlərini bildirirdi.
Hamımız deyib gülmüş, çoxlu əylənmiş, şəkillər çəkdirmiş, hədiyyələrimiz vermiş bir sözlə anam üçün gözəl bir ad günü keçirmişdik. İndi isə yatmaq vaxtı idi. Bu gün sevgilimlə heç danışmamışdım, anam üçün süpriz edəcəyimizi bildiyi üçün məni rahat buraxmışdı sağolsun. İndi fikirləşəndə onun üçün necə darıxdığımı hiss etdim və cəld saata baxdım saat gec deyildi hələ yatmazdı. Whatsappdan cəld bir mesaj yazdım onun üçün necə darıxdığımı, onu necə çox sevdiyimi yazdım.
Bu gün nəsə içimdə bir qəribə hiss var idi. Bacımla danışdığımdan bu yana ölüm haqqında fikirləşirdim. Hətta anamgillə söhbət edib güləndə belə ağlımdan bir an olmasın çıxmırdı bu fikir sanki onları axırıncı dəfə görürəmmiş kimi hiss edib doyunca bir-bir hamısının üzünə baxırdım, onları izləyirdim. Telefonumun əlimdə titrəməsiylə sevgilimin yəni Gabrielin mənə cavab yazdığını gördüm. Tez ona görüntülü zəng etdim. Hamama keçib astadan danışsam yəqinki heç kim hiss etməzdi.Gabriellə bir saat kimi danışıb qurtarıb yerimə uzandım. Janelə eyni otağı paylaşırdıq onun çoxdan yuxuya getdiyini gördüm. Mən isə gözü açıq vəziyyətdə nə vaxt yuxuya gedəcəyimi gözləyirdim. Gözlərim öz-özlüyünə qapanmağa başlamışdı sonunda yata biləcəkdim.
Sol tərəfimdə hiss etdiyim böyük bir ağrıyla gözlərimi araladım. Hər tərəf zülmət qaranlıq idi. Sanki ürəyimə milyinlarla iynə batırırdılar və mən hamısını hiss edirdim. Biraz keçməmişdi ki, artıq nəfəs ala bilmirdim və qorxurdum. Kömək istəmək, anamı, atamı çağırmaq istəyirdim ancaq olmurdu, nəfəs almağa çalışırdım olmurdu, oksigensiz bir mühitdəydim eləbilki. Bir insan oksigensiz maksimum neçə dəqiqə dayana bilir bilmirəm ancaq asda-asda bütün əzələlərim boşalırdı, gözümün qabağından film kimi həyatım canlanırdı. Bu məni çox qorxutmuşdu yoxsa ölürdümmü? Birdən, heç xəbər vermədən, gözləmədiyim anda, anamgillə vidalaşmadan, Gabriellə vidalaşmadan, bütün planlarım, arzularım universitet həyatımı belə tamamlamadanmı öləcəm? Qocalmayacam ya da evlənməycəm, övladın olması necə bir hissdi bilməyəcəm. Bəs bacım qardaşım neyniyəcək? Necə dözəcək mənim ölümümə? Bəs anam o necə dözəcək mənim yoxluğuma? Atam necə ayaqda duracaq? Sevgilim bəs, o? Hər zaman sənsiz ölərəm deyirdi? Yox! Özünə nəsə eləməyə çalışmasın? Yox!yox! Gözümdən bir damla yaş axıb yanağımdan yastığıma düşdü.
Zülmət içində hər tərəf ağarmağa başlamışdı. Deyəsən həqiqətəndə gedirdim. İşıq gedərək güclənərək mənidə ağuşuna alıb yox oldu.
Ellery ölmüşdü. Ruhu öz azadlığına qavuşmuşdu. Bədəniysə yatağında uzanırdı. Heç kim hiss etmədən ölmüşdü. Hətta yanı başında yatan Bacısı Jane belə onun ölümünü hiss etməmişdi. Yan otaqda hər zaman Ellerynin qayğısına qalan, onun üçün yuxusuz qalan anası o belə hiss etməmişdi qızının ölümünü. Bəs atası, bəs qardaşı Elleryə bir şey olsa başında fır-fır dönən bu insanlarda hiss etməmişdilər.
Bilmirdilərki artıq onsuz davam edəcəklər həyatlarına.
YOU ARE READING
UNUDULUŞ
RandomBirini unutmaq üçün nə qədər vaxt kifayətdir? Bir ay, beş ay, bir il yoxsa heç vaxt? Bəs unudulan sən olsan neyniyərsən?