Elə bilmişdimki öləcəm sonrada harasa gedəcəm yəni mənim üçün ikinci həyat başlayacaq. Ancaq heç nə düşündüyüm kimi olmadı. Heç də ikinci həyat başlamadı. Tək bir fərq oldu o da ruhum bədənimdən ayrıldı. Əvvəl heç nə başa düşmədim. Sonra yataqda uzanan bədənimi görəndə hər şey aydın olmuşdu. Səhərə kimi ağlamışdım, Allaha dualar etmişdimki məni diriltsin amma olmamışdı. Bədənimin üstündə uzanmağa çalışmışdım bəlkə ruhum bədənimə qayıdar deyə, ancaq heçnə olmamışdı. Otaqları bir-bir gəzib anamı atamı qardaşımı oyatmağa çalışmışdım oyatmaq bir kənara heç onlara toxuna bilmirdim. Sanki onların bədəninə toxunan mənim əlim deyildi, hiss etmirdim yada onlar mənim toxunuşlarımı hiss etmirdi.
Budur yenə öz otağımda cansız yatan bədənimin yanında oturmuş, anamgilin mənim ölümümü nə vaxt başa düşəcəklərini gözləyirdim. Bu gün şənbə günü idi, bu o demək idi ki, hər kəs gec duracaqdı. Yəni mənim ölümümü gec biləcəkdilər. Ailəmin nə vəziyyətə düşəcəyini fikirləşmək belə istəmirdim.
Artıq hamı oyanmışdı, bacım birazdan məni oyatmağa gələcək və səhər yeməyinin hazır olduğunu deyəcəkdi. Elə düşündüyüm kimidə oldu Jane yarı yuxulu halda gəlib qapıdan başını otağa soxaraq məni səslədi
"Ellery oyan saat birdi! Səhər yeməyi hazırdı gəəl!" deyib qapını bağladı və anama kömək etməyə qayıtdı. Saat bir və səhər yeməyi buna gülməyim gəlmişdi.
Mən əslində tez dururdum yəni şənbə, bazar belə olsa saat birə kimi yatmamışdım. Buna görə də anamın təəccübləndiyini görürdüm. Atam anama"Get bax gör hələ. Birdən xəstələnib zad edər ona görə belə dura bilməyib." deyə söyləndi. Canım atam qızının öldüyünü hələ bilmirdiki. Özümü çox pis hiss edirdim. Birazdan qopacaq ah nalənin cingiltisi qulaqlarıma gəzinirdi.
Anamın arxasınca məndə otağıma daxil oldum. Anam ehmalca mən olan yatağın kənarına oturub məni səsləməyə başladı eyni zamanda əli ilə çiynimdən tutmuş məni yavaşca sarsırdı.
"El qızım,Dur daha gecdi. Xəstələnib zad eləməmisənki? Ellery! Ellery! Dur, Elleery!" getdikcə narahat olan anam mənə səslənməsinə və ehmalca toxunuşuna reaksiya verməməyimə birazda qorxmağa başlamışdı. İçindəki qorxunu görürdüm ama mənə nəsə olduğuna özünü inandırmaq istəmirdi.
"Ellery qorxudursan məni! Elle..!" üzümə əlini vuraraq bədənimin artıq soyuduğunu və gözlərimin açıq olduğunu görərək qorxduğunun həqiqət olduğunu gördü.yan üstə uzanan bədənimi üzü üstə çevirərək üzümə yavaşca bir iki sillə vurub məni özümə gətirməyə çalışırdı eyni zamanda adımı ucadan səsləyirdi. Anam"Qızım!" deyərək ölmüş bədənimi qucaqlayıb bərkdən ağlamağa başladı. Onun səsinə evdəkilər nə olduğunu bilməyərək qaçaraq otaqdan içəri daxil oldular. Hamısının üzündə eyni ifadə var idi: qorxu. Ancaq bu qorxu digərləri kimi deyildi bu qorxu artıq birinin bir daha aralarında olmayacağı qorxusuydu. Qardaşım dizi üstə yerə çöküb ağlamağa başladı. Atam qaçaraq anamın yanına gəldi və ağlayaraq onu məndən uzaqlaşdırmağa çalışdı. Bacımsa..
"Nə ağlayırsız? Görmürsüz Ellery oyaqdı? El qalx ayağa heçdə gülməli deyil. İnandıq sənə yaxşı. Qurtar bu oyunu!" deyib bədənimə yaxınlaşdı. Janenin bu sözləri mənim həyatımda eşitdiyim ən qorxunc ümid dolu sözlər idi. Mənim gözəl bacım ölmədiyimə necədə ümid edirdi. Mən isə artıq ölmüşdüm. Onlara heçnə deyə bilmirdim. Heç birini yanlarında olduğuma inandıra bilmirdim. Ağlayan gözlərimlə və düyemlənmiş boğazımla sadəcə olanları izləyirdim.
""Ellery bax hirslənirəm! Görmürsən hamı ağlayır pis olub?! Zarafatın şitini çıxartma!" deyib bədənimi çiyinlərindən tutub silkələdi. Anamgil Jane bu sözlərinə birazda bərkdən ağladılar. Atam, anam bacıma yaxınlaşıb"Bacın ölüb.Ellery ölüb, Jane." deyib bacımı qucaqlayaraq ağlamağa başladılar.
"Yox!Yox! Yox! Nə danışırsız?! Dünən biz deyib gülmədik?! Anama ad günü keçirmədik? Nə ölməyi? Ellə birlikdə gəldik yatmağa." deyib öz -özünə danışan bacımı Henry -yəni qardaşım qolundan tutaraq çölə çıxardı. Anam cansız yatan bədənimə yaxınlaşıb saçımı oxşayaraq ağlayırdı. Atamsa anamın yanında əlimdən öpüp hönkürtüylə ağlamağa davam edirdi. Bu mənzərəni izləmək mənim üçün necə də ağır idi. Digər otaqdan gələn qışqırma və nələrinsə sınma səsləriylə artıq Janenin də bu həqiqəti qəbul etdiyini başa düşdüm.
Qohumlara xəbər verlimişdi. Hamı axın şəklində bizə gəlirdi. Tanıdığım, tanımadığım bütün qohumlar ailəmin yanında olmaq üçün bizə yığılmışdı. Anam durmadan ağlayırdı. Bir ara o qədər pis olmuşduki huşunu itirmişdi. Atamsa özünü zorla ağlamasın deyə saxlamağa çalışdırdı. Çalışırdı ancaq bacarmırdı. Qardaşımla bacım otağımızda mənim cansız uzanan bədənimin yanından ayrılmırdılar. Bir an olsun məni tək qoymurdular. Mən isə olan bitəni izləməyərək evi dolaşırdım.
YOU ARE READING
UNUDULUŞ
RandomBirini unutmaq üçün nə qədər vaxt kifayətdir? Bir ay, beş ay, bir il yoxsa heç vaxt? Bəs unudulan sən olsan neyniyərsən?