FİNAL:part2/2

55 9 2
                                    

.......İlk dəfə ağrıdan zövq alan bir insan görürdüm.Bir müddət sonra gözlərimin içinə baxdı.Sanki ona bir zərər vermişəmcəsinə intiqam dolu baxışlarla baxırdı.Danışmağa başladı..Və mənə aylar öncə ölən əlil bacısı haqqında danışdı.Mənə bacısının bir inşaat binasında əvvəlcə topuğunun mişarla kəsilməsini,bıçaqla şah damarının kəsilərək elə həmin otaqda yandıralaq öldürülməsi haqda danışdı.O,danışdıqca mən bunları beynimdə canlandırırdım.Bir müddət sükut yarandı.Və onun üzünə baxaraq ürəyimdə "bunları mən etmişəm" dedim.Bunu o,da bilirdi..Mənim öz istəyimlə polisə təslim olmağımı ya da özümü öldürərək cəmiyyəti mundar birindən təmizləməyi istəmişdi.Hər şey indi aydın olurdu.Artıq çox gec idi. Gözlərini bürüyən qan çanağı,mənə hər baxdıqca hirsdən yumuruğunu sıxması mənim sonumun heç də yaxşı olacağına işarə deyildi.Özünə hər işkəncə verdikdə bacısının ağrılarını hiss etdiyini dedi.Mənim isə bu ağrıları artıqlamasına çəkəcəyimi bildirdi və otağı tərk etdi.Bir gün ac və susuz qaranlıq otaqda qaldım.Birdən mənə tərəf gələn ayaq səsləri eşitdim.Bu o,idi.İşığı yandırdı və mən gözlərimi qısaraq ona baxdım.Əlində bir çanta var idi.Yanıma gəldi və dodaqlarını qulağıma yaxınlaşdıraraq zəif səs tonu ilə "sonuna hazır ol!" dedi.Çantadan dəmir kəsən mişar çıxardı gülümsəyərək ayağımı kəsməyə başlamaq istəyərkən ona yalvarmağa başladım nə istəyirsə edə biləcəyimi həttə polisə belə təslim olacağımı dedim.Lakin çox gec idi o,buna əhəmiyət vermədən kəsməyə başladı.Mən ağrıdan sızıldarkən o,dahada qüvvətlənirdi.Ağrının şiddətini beyin damarlarıma qədər hiss edirdim.Mişarın hər sürtüşündə öldürdüyüm insanlar gözümün qabağına gəlirdi.Nəhayət ki,kəsib bitirdi və qopan ayağımı kənara atdı.Bunu görüb dəhşətə gəldim çünkü özümdən olan bir parçanın yarasız bir əşya kimi kəsilib qırağa atılması dəhşətli dərəcədə qorxuducu idi.Təsüfki bu işgəncə bitməmişdi.Öz biləyini kəsdiyi ülgüclə yenidən yanıma gəldi.Ülgücü üzümə yaxınlaşdırdıqda "sənə yalvarıram artıq məni birdəfəlik öldür" dedim.O,isə "hələ tezdir" dedi.Üz dərimi ülgüclə soymağa başladı.Alnımdan kəsdiyi dərini göz qapağıma qədər sıyıraraq dartıb qoparırdı.Qurbanlarımın səsi qulağıma gəlirdi.Onların ağrıdan çığırmaqları,heç kimin eşitməməsinə baxmayaraq kömək istəmələrini aydın şəkildə eşidirdim.Məndə özümü onların yerində gördüm.Eyni onlar kimi birisinin məni eşidəcəyini güman edərək səs tellərim parçalanana qədər çığırırdım ancaq boş yerə idi.Üzüm artıq tanınmaz vəziyətdə idi.Üzümdən sallanan dərilər və ayağımın kəsilməsi mənim üçün böyük bir travma oldu.Artıq onun bacısına etdiyim kimi yandırılaraq ölməyi gözləyirdim.Ancaq o,əlində qalın bir odun parçası ilə yanıma gəldi.Və mənə "ƏLVİDA!" deyərək həmin odun parçası ilə başıma zərbə endirdi..Gözümü açdıqda qaranlıq və dar bir yerdə uzanıqlı şəkildə dayanmışdım.Heç birşey görə bilmirdim.Birdən ovucumun içinə kibrit sıxışdırıldığını hiss etdim.Kibriti yandırdıqda dəhşətə gəldim.Qapalı bir tabutun içində idim.Tabutu aça bilmədikdə isə anladım ki,diri-diri basdırılmışam.Bəlkə də canlı şəkildə məzarda olan ilk insan mən idim.Bəlkə də etdiklərimin mükafatı bu idi.Bəlkə də layiq olduğum son bu olmalı idi...Yanan kibriti üfürərək keçirdim,gözlərimi yumdum və əbədiyyətə qovuşacağım həmin anı səbrlə gözlədim.

..Beynimin qətliDonde viven las historias. Descúbrelo ahora