Sən mən yarım qalmış hekayəmsən...

47 2 0
                                    



Rəssamlar portreti çəkərkən öz modellerinə baxıb çəkirlər. Mənim də onlardan bir fərqim yoxdur. Mən də sənin şəklinə baxıb yazıram səni. Bəzən insan son olduğunu anlaya bilmir. Əldə edə bilmədiyi amma əslində onun əlində olduğu şeyin qədrini sona yaxınlaşırkən anlayır. Mənim üçün də o sonlardan biri yaxınlaşır. Səndən mənə qalan xoşbəxt xatirələr,bir neçə əşya və fotolardır. Saatlarca baxa bilərəm sənin gözlərinə gülümsəyərək. Səninlə bağlı hər şeyi yadımda saxlamaq unutmamaq istəyirəm. Əgər onlardan birini unutsam sanki sənə özümə sevgimizə xəyanət etmiş olaram.

Kiçicik ekran var qarşımda, amma o kiçicik ekranda mən öz dünyamı görürəm.Mənim həyatımı.Mənim sevgimi.Sevgilimi.Səni görürəm. Bu son günlərdə paylaşacağım hər anı səninlə paylaşmaq istəyirəm. Qorxuram çünki səni bir daha görə bilməyəcəyəm deyə. Qorxuram. Sənin səsini eşidə bilməyəcəyəm deyə qorxuram. Səni gördüyüm zaman keçirtdiyim o şirin həyəcanları bir daha keçirdə bilməyəcəyəm deyə qorxuram. Səni görmək üçün təlaşlanlandığım zamanlar bir daha geri dönməyəcək olmayacaq. Qorxuram.

Hər dəfə hər zaman səni görmək ümidi ilə gözüm axtarır bütün Bakını. Amma sən yoxsan. Heç bir zaman da olmayacaqsan bundan sonra. Mən səni sonsuza qədər itirirəm. Yarım qalmış hekayəm əllərimin arasından itib gedir. O bir daha tapılmayacaq. Mənim bu hekayəm öz sahibinə heç bir zaman qayıtmayacaq.Hər gün səni görmək ümidi ilə oyansam da, günəş batarkən bir ümid daha puç olur digərləri kimi.

Bu hekayənin sonu yazılmışdı amma bunu nə sən yazdın nə də mən. Sonu yazılmışdı amma yarımçıq qaldı.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 01, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Sən Mənim Yarım Qalmış HekayəmsənWhere stories live. Discover now