istehza

28 2 0
                                    

Gərgin işdən sonra evə qayıtmaq üçün ofisi tərk elədi. Küçəyə çıxan kimi təmiz havanı ciyərlərinə çəkərək dərindən nəfəs aldı. Sanki bütün yorğunluğu bir anda keçdi. Bir siqaret yandırdı. Başını aşağı əyərək ağır addımlarla avtobus dayanacağına doğru getməyə başladı. Onun kəllə daxili təyziqi olduğuna görə sərxoş kimi yöndəmsiz gəzirdi. Birdən halı pisləşdi. Hər tərəf qaraldı. Gözlərində kəskin ağrılar başladı. Əlini kəskin bir hərəkətlə alnına apardı. Gözlərini ovuşdurmağa başladı. Əlindəki siqaretini əlindən buraxdı. Ayağlarını hiss etmirdi. Təşfişə düşmüşdü nə edəcəyini bilmirdi. Kürəyini divara söykədi. Sürüşə-sürüşə yerə uzandı. Ürəyi sıxılmağa başladı. Daim ofisdə oturduğu üçün bütün bədəni zəyifləmişdi. Gözlərində dünya öz qiymətini itirmişdi artıq. Bütün həyatı birdən gözünün qarşısında canlandı. Özünə təsəlli vermək üçün heç bir yaxşı iş tapa bilmədi. Həyatını pul qazanmaq üçün keçirmişdi. Artıq hər şey öz mənasını itirmişdi. Əlini yavaş yavaş cibinə salıb bütün pullarını çıxardı. Gözlərini açıb son dəfə əlində tuttuğu pullara baxdı. Sifətində yüngül istehza yarandı. Sanki özünə yazığı gəlirdi. Sonra bütün gücünü toplayıb əlindəki pulların hamısını qırağına səpələdi və həyatının bunun üçün sadəcə pul qazanmaq üçün əlindən uçub getdiyini düşündü. Ağlamağa başladı. Gözlərindən yaş axırdı nəfəsi ağırlaşmışdı. Amma üzündəki gülüş ifadəsi hələ də silinməmişdi. Gözlərini yumdu və özünü ölümə təslim etdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 01, 2014 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

istehzaHikayelerin yaşadığı yer. Şimdi keşfedin