(Z.G) Hər şeyin başlanğıcı.

158 14 4
                                    

Səhər çox gümrah oyanmışdım günə. İşmi sevirdim. Və bu gün 23 cü gün idi ki Sumqayıtda idim. Qalxıb yalın ayağımla özümə kofe hazırladım. Çayı sevmirdim. Amma kofe unudulmazım idi. Pəncərədən çölə baxaraq kofemi qurtumlamağa başladım. Boynumu əsnədərək yuxudan tam oyanmağımı gözləyirdim.

Birazdan işə getməli idim. Memar idim çox qadını memar olduğu üçün işləməyə qoymurdular. amma mən bu sənəti sevərək oxumuş ididəişləyirdim. Atamda rəhmətli anamda arxamda idi..

O ağlıma gəlməsi ilə üzümdə gülüməmə yaranmışdı.

Hüzünlü gülümsəmə

İndi burda olsaydı mütləq deyərdiki ayaq yalın durma burda. Əlini yumamış kofe dəmlədin hələ bir içirsəndə.

Qalın geyin hava çox soyuqdu.

Xəstələnsəm belə yanımda olub hər 10 dəqiqədə bir qızdırmamı ölçməyəcəkdi.

Hüzünlənən gözlərimi sildim.

Hamama girib gözəl bir duş aldım. Payızın ilk ayı idi. Hava elədə soyuq olmurdu. Gecələr biraz soyuq olurdu. O vaxta qədər də çoxdan evdə olmuş olurdum. Üzərimi qalın geyinib çölə çıxdım. hava gözəl idi. Dərin nəfəs alı blokdan çıxdım. Kiçik amma iti addımlarla yeriməyə başladım. Taksiyə əl edərək saxlatmışdım. Oturub getdiyim yerin adresin vermişdim. Telefonumun zəng çalması ilə cavabladım.

-Alo Ata?

-Alo qızım necəsən?

-Yaxşıyam atam sən necəsən?

-Yaxşıyam şükür. səni incidən yoxdu ?

-Yox ata narahat olma.

Atam kiçik yaşlarımdan mənə döyüş dərsləri keçmişdi. Necə vuracağımı. Boksa getmişdim bir müddət idi ki işlə əlaqəli gedə bilmirdim.

-Havalar necədi üşümürsənki?

-Yox yaxşıdı hava. Sən dərmanlarını atırsan?

Atam təzyiqdən əziyyət çəkirdi düzənli olaraq dərman atmalı idi.

-Atıram atıram narahat olma.

Taksi dayananda pulu ödəyərək endim.

-Yaxşı qızım işinə bax sən. Axşam evə girən kimi zəng et mənə.

-Yaxşı...

İşlərim o qədər çox olmuşdu ki vaxtın necə keçdiyini belə anlamamışdım. Hər bir otağın çertiyojunu çəkir işçilərə təlimat verir o biri memar tanış ilə məsləhətləşirdik.

Telefonuma gələn zəng ilə göz qapaqlarımın ağırlaşdığını hiss etdim. Ofisdə hər kəs getmiş tək tük insanlar qalmışdı. Zəng edən balaca Məryəm idi. Xalamın nəvəsi.

-Alo..

-Səhər bacı gəldə bizə nolaaarr.

Qıraqdan xalam qızının səsini eşitdim.

Məryəm ayıbdı axı.. Birinci salam ver sonra.

-Salam Səhər bacı gəldə bu gün bizə anam aş bişirib. Gəl səndə ye nolar..

Üsyancı balaca onu incitmək istəmirdim. Qolumu qaldıraraq təm təraqdan uzaq qol saatımda saata baxdım. İş vaxtı çoxdan qurtarmışdı. Amma evdə boş bekar durmağı sevmədiyim üçün gecələrə qədər işləyirdim burda.

Zorla gözəllikTempat cerita menjadi hidup. Temukan sekarang