Ağıla Gələn

90 0 0
                                    

Zamanla bir şey öyrənmək istəyirsən, öyrəndikcə heç bir şey öyrənmədiyini öyrənirsən, daha sonra yenə öyrənmək istəyirsən. Və öyrənmə xəstəliyinə tutulursan, hamıdan özünü üstün sayan bir egon ilə yüksəklərdə təsəvvür edirsən özünü, bildiklərini aşılamağa danışmağa başlayırsan, anlayırsan ki, bunları hər kəs bilirmiş. Bu bir sendrom kimi qələmə alına bilər. Tələbə sendromu.

Zamanını gözəl dəyərləndirirsən, hər zaman öyrənməyə açıq halda qalırsan, məlumatlar gəldiyi zaman isə sadəcə oxuyub dərk edirsən, və susursan. Heç bir zaman danışmamaq şərti ilə susursan. Bu halı isə ustad sendromu ilə ifadə etməyə dəyər. Nə qədər öyrənsəndə bir şeyi onu saxlama, qoruma, paylaşma, böyütmə, o sadəcə öyrəndiyin bir məlumat kimi qalsın öyrəndiyin yerində. Budur bilgəlik, budur  kamillik.

99+Hikayelerin yaşadığı yer. Şimdi keşfedin