Qaranlıq

28 3 1
                                    

Qaranlıqdan çəkinirəm. Amma bəzən qaçınılmaz hallar yaşanır. Qaçdığın şeylə üzləşməli olursan. Nədən qaçırsansa o qabağına çıxır. Karmatik həyat. Qaranlıqdan hürkürəm, amma bəzən qaranlıq məni səssizcə yaxalayır. Mətbəxdə tək oturmuşdum. Keçmişdən uzaq gələcəyin nə gətirəcəyindən xəbərsiz, qaçdığın şeylərin də hansının qabağına çıxacaqğından zərrə xəbərin belə yoxdu. Ağlıma çox şey gəlirdi. Səssiz gecə idi. Universitet dərdim yox idi. Sabahısı gün müdir tənbehi almayacaqdım. İstədiklərim kiçik, amma böyük xoşbəxtliklər yaşayacağım şeylər idi və hətta mümkünsüz görünürdü. Gecənin səssizliyindən bunu duymaq olurdu. Sevgilinin yanında olması. Uzun uzadı qucaqlaşmalar. Ətrini nəfəsin daralana qədər dünyanın ən bahalı dərmanı kimi ciyərlərinə çəkməyin, gecə uzunu şəhvətli sevişmələr və başqa nələr. Bu gecə qeyri-adi gecə idi. Darıxmaq hissi adamı içində yeyirdi. Və bunları düşünərkən anidən işıq lampaları qaraldı və ardından söndü. Balkona çıxdım hər tərəf zülmət qaranlıq idi. Sıxılma gəldi. Bütün keçmişim, uşaqlığım gözümün qabağında canlandı. İşıqlar sönəndə anamın qadağasına baxmayaraq qaçıb nənə və babamın yanına getməyim, onların danışdığı nağıllar, şaxtalı fevral günlərində dizə qədər yağan qarda qardaşımla qarın içinə batmağımız hamısı, hamısı əlçatmaz görünürdü mənə. Hətta əlçatmaz idi də. İşıq sürətinə sahib olsaq keçmişə qayıda bilərik hətta dinozavrların zamanına belə qayıdıb onları görə bilərik, amma hə dostum amma həmişə xoş cümlələrin ardından gələn lənətə gəlmiş ammalar ondan əvvəlki cümləni heç edir. amma biz dinozavrlara əl vura bilmərik onların yanında ola bilmərik. Öz keçmişimizə sürətli maşınla səyahət edə bilsək belə onları, o hissləri yenidən yaşaya bilmərik. keçmiş qayıtmırmış. sadəcə xatirə qoyurmuş.
Elə şeylər istəyirdim ki, çox kiçik şeylər, çox kiçik. Həmişə dəmiryolu məndə kədər qarışıq darıxma hissi yaradıb. Ora gedəndə sanki kimisə birdəfəlik harasa yola salıram hissi yaşayıram. Gecə vaxtıdı. Məlum reyisin vaxtı gəlib çatıb artıq. Hamı əllərində yekə çantalar vaqonlara doluşmağa tələsirlər. Vəziyyət o həddə çatıb ki, az qala sərnişinlər bir-birlərini əzsinlər. Platformada gəzişirdim. Qatarın siqnalı, əks tərəfdən gələn başqa qatarın işıqlarının adamın gözünü qamaşdırmağı, meqafondan gələn qadın səsisin qatarın yola düşməsini bildiriş etməsi, ardından səsin exo verməsi bunların hamısı məndə darıxma hissi yaradırdı. Kədərlənirdim. bəzən ağlayırdım da. hamını yola salan mən idim. Hamı üçün kədərlənən, hamını dünya savaşına əlacsızca yola salan mən idim. Cavan gənclərin arxada qoyduqları min cür atəşli, ehtiraslı arzuları hamısı, hamısı elə o vağzalda qaldı. Qara xəbərlər, qara məktublar, cəsədlər elə özlərinin qoyduqları o vağzala qatarlarla gəldi. Yağışlı günlərin birində yenə vağzalda oturmuşdum. Daldalanacaq bir yer tapa bilmirdim ki, rahat siqaretimi yandırım. Artıq ikinci siqaretim idi ki, yağış damcıları közü söndürmüşdü. Bu dəfə heç kəsi yola salmırdım. Özüm yola qoyulurdum. Yenə gecə. Gecə qatarı ilə uzun səyahət. Leysan idi. O dərəcə ki, qatar iki saat ləngiməli oldu. Belə havalarda yollar çox təhlükəli idi. Sonunda kabinəyə qalxdım. Qatarın pəncərəsindən süzülən yağış damcılarından bayırı görmək olmurdu və yenə məndə dərin kədər oyadan o meqafondan gələn qadın səsi. Dəhşətli idi. Səndə kədər yaradan o səsdən qurtulmaq üçün də o səsin içində keçməlisən. Hamısını yaşamalısan dostum. Karmatik həyat.

Uzaqdan gələn sirena səsi. Zülmət qaranlıq küçədə məhəllə avaralarının etdiyi davalar hamısı hürküdücü gəlirdi bu gecə. Əlimdə şamdan mətbəxə su içməyə keçdim. Səliqəsiz ev, hərəsi 1 tərəfə atılmış paltarlar, mətbəxdə stolun üstündə qalan su, yerdə gəzən tarakanlar hamısı dəhşətli idi. Sanki illərdi bu evdə yaşayan yox idi. Divarlarından hörümçəklər sallalan, bir qıraqda köhnə televizor və qabağında toz basmış divan olan tərk olunmuş evi xatırladırdı. İçdiyim su belə zəhər dadırdı. Amma əsas o idi ki, sevişmək üçün çox gözəl yer var idi. Geniş çarpayı, otaqdan gələn inilti, səhərə qədər sönməyən ehtirasla sevişmək. Bu mükəmməl idi. Və bəzən həqiqətən də, hər şey əlçatmaz görünür. Yenə təkliyinlə üz-üzə qalmalı olursan. Çünki qaçırsan. Qaçdığın şeylər çoxdan səni ötüb qarşında durublar. Amma sən onları arxanda sanırsan, lakin bilmirsən ki, onlar sənin qabağındadırlar artıq.

Səni gözləyirlər...

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 26, 2019 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

QaranlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin