1-
Siz unutmaq üçün sildiniz
Mən isə unutmamaq üçün yazdım.
******
2-
Nə zaman başımı çiynimə qoysam
Mənə etdiklərin gözümdən axdı..
**
3-
Gedənlər dönməyəcəkmi sanırsan.?
Dünyanı elə bir tarazlıqda yaradıb ki, Yaradan.
Yağan yağış belə buxarlanıb buluda geri dönürsə, ümidsizliyə düşməyə dəyərmi?
Itirdiyini sandığın bir baxarsan yağışlı bir gecədə, və ya bir bahar sabahında qarşına çıxar.
Bil ki gözəlliklər də var bu həyatda
Hüzün insanı olğunlaşdırar. Itirmək isə səbri öyrədər.
Mevlana..
***
Yixildi yolunu gözləyən şəhər,
indi gəlsəndə bir,gəlməsəndə birSən mənim bir gün gələr deyə,
Hər gün gözlədiyim idin.
*********
6-
Hesab günü
Mənə yaxşı bax !
Və məni əsla unutma.
Canını yandırdığın, qəlbinə od basdığın, xəyallarını yıxdığın insanam mən.
Istədiyin günü, istədiyin insanla keçir.
Nə olacaq?
Bunun məhşəri var !
Bunun qiyamət i var !
Hesabgünü mənimləsən inşAllah..
****
7-
"Whatsapp"
Səhər inadla çalan telefonun səsinə deyinə deyinə oyandım. Saat 7:45 ..
Saçımı yumalı idim deyə atamdan tez oyanmalıydım. Atam səhər saçımı yumağıma hirslənirdi. "Miningit" olassan deyirdi. Nəysə beyin xəstəliyi idi deyəsən. Telefona baxdım mesaj yox idi. Saçımı yudum, bir fincan acı çay içib universtetə yola düşdüm. Yenə avtobus ,yenə yerin yaxsıdırsa çəkil mən dyanım deyirmişcəsinə baxan xalalar. Yenə sərnişin minəndə saxlayan, düşəndə dayanacaqda saxlayacam deyib çəmkirən şofir.. Yol boyu düşünürdüm bütün həyatımı . Bir evin bir qızı idim. Ailəmlə Bakıda yaşayırdım. 19 yaşım vardı. "Azerbaycan memarlıq inşaat universteti "nin 1- kurs tələbəsiydim. Sadə bir insandım . Nə başqa qızlar kimi makiyajla özümə qaş-göz çəkərdim ,nədə açıq saçıq geyinib diqqət çəkməyi sevməzdim. Həyatım evlə universtet arasında idi . Yox gəzməyi sevməyən biri deyildim ,sadəcə ailəm necə istəsə elədə edirdim... Amma onlardan xəlvət 2 ildir birini sevirdim. Başqa şəhərlərdə yaşayırdıq. Güvənilməyəcək biri deyildi. Ailəsini də tanıyırdım.21 yaşı vardı .. Hər dəfə sənin tərbiyənə , ciddi olmağına vurulmuşam, mənim vecimə belə deyil sən çirkinsən ya gözəlsən, deyirdi. Nə vaxt küssək "dayana bilmirəm sənsiz" deyə mesaj yazardı. Görüşəndə ayrıla bilməzdik . Deyə bilərəm ki çox sevirdik.. . 4 ay əvvələ kimi hər şey yolunda idi