Əlində rəssam fırçası ilə,ağ divara fərqində olmadan artıq yarım saat idi ki,baxırdı.Kənardan onu görən olsa rəsm tablosu sanardı.Çünki,bəzən gözlərinidə qırpmırdı.Elə bəyaz divara baxıb sükutu dinləyirmişcəsinə aramla nəfəs alıb verirdi.Onun öz dünyası,daima özü ilə beynində müzakirə edə biləcəyi məsələləri vardı düşüncələrində.Heç kimə kefsiz olduğu vaxtlarda bundan şikayət etməyi sevməzdi.Çünki,o kefsizliyi belə Tanrının ona bəxş etdiyi hədiyyə kimi qəbul edirdi.Yenə hansısa düşüncə onu dünyadan alıb aparmışdı.Hər yeni rəsm əsərini çəkməyə başlayanda uzun uzadı düşüncələrə dalardı.Sanki,onu bu dünyadan alıb apararsı ilham pəriləri.
Anidən qapının döyülməsi onu bu dünyaya geri gətirdi sanki.Tələsmədən fırçasını yanındakı fincana qoyub,malberdi ehmalca kənara çəkib,dəhlizə tərəf getdi.Bu səs,bu qapını döyülməsi vaxtsız olsada ona tanış gəlirdi.Az çox qapının arxasında onu gözləyən şəxsi təxmin edib,dərindən nəfəs alaraq saçına düzən verib qapını açdı:
-John,yenə ilham pərilərin gəlib deyəsən,bəyaqdan qapını döyürəm açmayacağını sandım
-Yox,yeni rəsm əsərimə başlayıram sadecə
-Ooo əsər dediyinə görə, çox güman çox ümid bəsləyirsən bu tabloya?!
-Aha,sanki
Onlar söhbət edərək emalatxananın əsas otağına gəldilər.Anna üçün yaradıcı insan olmaq çox qəribə gəlirdi.O,yaradıcılığı önəmli vergi sayırdı.John nə qədər rəsm çəkməyi ona öyrətmək istəsədə o "Mən heç vaxt sənin kimi,peşəkar olmayacam.Yaradıcılıqdan hobbi olmaz,öyrənsəm peşəkar olmalıyam" deyib vazkeçirdi.John bu cümləni sevərdi,amma bildirməzdi.Elə onlarında tanış olmasında incəsənətin rolu böyük idi.John rəssam,Anna isə musiqiçi idi.Yaradıcılıq hər ikisinin həyatı idi.Onların həyatını birləşdirən incəsənət olmuşdu.Lakin,həyatın onlara hansı şəkildə ayıracağı heç vaxt ağıllarına belə gəlməzdi.Həqiqətə qalsa heç birimiz sevdiklərimizlə nə vaxt ayrılacağımızı bilmədən can rahatlığı ilə yaşayırıq.Bu bizim inkar edəməyəcəyimiz böyük həqiqətdir..