İz İlə

204 45 65
                                    

Hər şey 21.11.1999 cı ildə Alyanın anadan olmasıyla başladı. O hər qız kimi şəhzadə olmaq xəyalıyla böyümürdü. Hər kəsdən fərqli olaraq onun tək istəyi bir gün planlarını reallaşdırmaq idi. Uşaqlıqdan bəri gizli polis olub planlar quraraq cəsuslarla mübarizə aparmaq xəyalları qururdu.
Lakin istəkləriylə ailəsinin baxış tərzi uyğun olmadığına görə o, istədiyi peşəni xəyal olaraq saxladı. İndi isə ADU da 2-ci kurs tələbəsidir.

Hər şey Aylanın evə gecikməsiylə oldu. Axı hardan bilə-bilərdiki o gün bütün həyatı dəyişəcək.
Axşam 7 radələrində evə gedərkən zəng gəldi. Zəng vuran anası idi. Bacısı məktəbdən gələndə maşın vurmuşdu və xəstəxandaydılar. Anasıda bunu xəbər vermək üçün zəng vurmuşdu.
Ünvanı öyrənən Alya yolunu dəyişdirib qaçaraq taksiyə oturdu və ünvanı sürücüyə dedi.
Özəl ***** xəstəxanası. Daha öncə heç eşitməmişdi bu xəstəxananı. Adı eşidən sürücünündə mimikası dəyişdi. Amma səsini çıxarmadı.

Təxminən yarım saat sonra artıq onlar çatmışdılar. Alya pulu ödəyib maşından endi. Qarşısında 4 mərtəbəli çox böyük bir bina var idi. O, vaxt itirmədən binaya daxil oldu. Ora çox qəribə idi. Normal xəstəxanalara bənzəmirdi. Amma Alya bunun sadəcə fərqliliklərini göstərmək üçün olduğunu düşündü. Bacısının qaldığı otağı bilirdi. Ona görə liftə yaxınlaşıb düyməni basdı və gözləməyə başladı. Lift gəldikdə mindi və 3-cü mərtəbəni basdı. 2ci mərtəbədə başqa bir tibb bacısı mindi liftə. Onun əlində çox qəribə bir dərman vardı. Alyaya diqqətli baxışlar atırdı.
Fikir verməmək əldə deyildi. Sonra o, əlini qulağına qoyub bir şeylər danışdı. Alya 3-cü mərtəbəyə çatanda liftdən endi. Anasıgili görməyi ilə o tərəfə doğru sürətli addımlarla getdi.

***

Gecə saat 2 radələri

Hava almaq üçün biraz bağçaya çıxdım. Oturacaqda əyləşib ətrafı seyr edirdim.
Bacımın vəziyyəti stabildi. Çox şükürki ağır zədələnməyib. Bir neçə sınıqla və sıyrıqlarla xilas olub.
Dərin nəfəs alıb başımı arxaya yaslayıb gözümü yumdum. Düzəlib gözümü açanda iki həkim əllərində qutu ilə içəri gedirdilər. Qaşlarımı çatıb diqqətlə baxdım olara. Diqqətimi çəkməyinin səbəbi həkimlərdən birinin bura gələndə liftə mənimlə minən tibb bacı olmasıydı. Biraz gözləyib onların arxasıyca getməyə başladım. Onlar liftə mindilər mən gecikdim. Amma çox qəribədirki onlar aşağı enirdilər. Bu işdən şüphələnirdim. Bəlkədə bu vaxta qədər oxuduğum kitabların təsiri ilə belə düşünürdüm bilmirəm. Amma bu işin kökünə çatmamış rahatlana bilməyəcəm.

Məndə onların neçənci mərtəbəyə getdiklərini öyrənib nərdivanla aşağıya endim. Orada böyük qapı var idi. Qapı aralı olduğu üçün rahatca içəri baxa bilirdim. Onlar qutulardan qəribə rəngli maddələr çıxarıb bir-biri ilə qarışdırırdılar. Sonra tibb bacısı kimi geyinən qız bir oğlana sual verdi. Onlar rahat danışdıqları üçün mən aydınca eşidirdim.

Tibb bacısı: bunları necə verməyi düşünrünüz?
Oğlan: çox sadə bufetdəki içkilər vasitəsi ilə
Tibb bacısı: bəs hərkəs içməsə?
Oğlan: elə bir şey olmayacaq kim pulsuz verilən içkidən içməz?
Tibb bacısı: bu yaxşı ideadır.
Oğlan: Flakkanı içənlər insanlıqdan çıxacaq. Bu elə bir narkotikdirki hamısı vəhşiləşəcəklər. Bir müddəd sonra hamısı bir-birini məhv edəcək. Amma bunun üçün o insanların bu gün burdan çıxmaması lazımdı. Onun üçündə bizə buranın rəhbəri kömək edir.

Eşitdikərimlə donub qalmışdım. Bu narkotikin nə olduğunu bilirdim. Flakka içənlər hamısı vəhşiləşir özlərini itirirdilər. Amma xəstəxanada bunu yaymaq istəməkləri məni təəccübləndirdi. Tam birazda içəri girmək istəyirdim ki bir əl çiynimə toxundu. Qışqırırdımki ağzımıda bağladı. Arxadan qulağıma yaxınlaşıb. Sakit ol olardan deyiləm əlimi çəkəcəm qışqırma dedi. Başımı hə mənasında aşağı-yuxarı etdim. Əlini çəkdi arxama dönüb baxdım. Uzun boy əsmər bir oğlan idi.

İz İlə {Waty_2019}Where stories live. Discover now