Zülfiyarə həsrət

11 0 0
                                    

İllər əvvəl bir kitabda oxumuşdum, " hər kəs günün birində tanıdığı biri ilə yenidən tanış olacaq" imiş.. Qarışıq görünsə də günümüzdəki insanlar hərtərəfli bu cümlənin haqqını verirlər..
Bəziləri ilə tanış olmağımıza şad olduq. Bəziləri isə tanıdığımızı düşündüyümüz zamanlarda daha da şad olduğumuzu xatırlatdılar. Əminəm ki hər birinizin ikinci şans verdiyi biri var. Bəs ikinci şans nədir? Və niyə verilir? Bir fikri olan var mı..?
Məncə mənim fikrimi oxumamışdan əvvəl düşünün.. Çünki hər göz bir pəncərədir, hər düşüncə isə bir dünya..
Əvvəla bunu bildirim ki, ikinci şansı qarşımızdaki şəxsə verdiyimizi düşünmək də bizi 50% egoist edir. Şans veririk amma kimin üçün? Bizi itirməməkləri üçün? Yox. Bu heç kimin vecinə deyil. Bir biri üçün yaşayan insanlar gözəl insanlar "idi", keçmişdə qalan gözəl insanlar.. Təmənnasız sevən, eşqi tanımadan lazımınca yaşayan insanlar.. Bir birini xoşbəxt etməyə çalışan, bir biri üçün hərşeyi fəda edən və ən əsası bir birinə qıya bilməyən insanlar..
Birinə şans verdikdə də, hardasa özümüz üçün veririk. "Mən də onu sevirəm", "məni o xoşbəxt edir" yaxud "birlikdə yaxşı vaxt keçiririk". Hansı tərəfdən səbəbə baxsaq görəciyik ki elə səbəb də bizik. Şansı da elə özümüz üçün verirmişik.
Bəs şansların ən gözəli?..
Şansların ən gözəli özümüzə verdiyimiz şanslardı. Arzularına çatmaq üçün, sən də özünə şans ver əziz oxuyucu. Yaşamaq üçün xəyallarına şans ver. Sevmək üçün qəlbinə şans ver.. Gülə bilmək üçün kiçik bir təbəssümə şans ver.. Sevilmək üçün, insanlara şans ver.. Cəsarətli ola bilmək üçün qorxularına şans ver. Mahnıya oxuya bilmək üçün səsinə, yazmaq üçün əllərinə, irəli getmək üçün ayaqlarına şans ver. Necə ki addım atmadan qaçmaq imkansız olar eləcə də özünə şans vermədən  özünü kəşf etməyin imkansızdır.
Əvvəldən də dediyimiz kimi, tanıdığın hər kəsi təzədən tanıyacaqsan. Və bu tanışlığa ilk özündən başlayacaqsan..
Bir sirr verim?
- Həyatın ən çətin yanı, özünü tapana qədər'dir.
Özümüz ilə tanışlığa, özümüzü kəşf etməyimizə gecikmə səbəblərimizi də sizin üçün sadalayıb, irəliyə dönük bir addıma daha yer açacağam. Gerisi isə sizin öz əlinizdə olacaq..
Yaşamağı gecikdirən, çətinləşdirən 10 səbəb;
1. Hər şey etməyi düşünüb heç nə etməmək.
2. Özümüzü tanımadan qarşımıza böyük və olduqca yorucu məqsədlər qoymaq.
3. Nə istədiyimizi bilmədən çəhrayi xəyallar qurmaq.
4. Nə dərəcədə istədiyimizi və nə dərəcədə istəyimizin bizə lazım olduğunu bilmədən çırpınmaq.
5. Özümüzə qarşı olan inamsızlıq.
6. Yolun başından yorulmaq.
7. Bəs alınmasa? sosiofobiyası.
8. Hirs/prinsip.
9. "Köməksiz ucalacağam" düşüncəsi.
10. Dünyaya qarşı müxalifət..

          10.  "Dünyaya qarşı müxalifət"

"Əkdiyini biçərsən" deyimini bilməyən yoxdur hər halda. Dünya da belə bir yerdi. Bu gün bir ağac əkərsən, sabahında dibində dincələcəyin dostun olar. Dünya səbrli bir yerdi. Dostluq əlini gec uzadır ama savaşmaq üçün hər daim hazırlıqlıdır. Yoldan keçərkən bir daşa vurarsan, iki addım sonra başqa bir daşa ilişib yıxılarsan.

  "Nə dərəcədə istədiyimizi və nə
  dərəcədə istəyimizin bizə lazım
  olduğunu bilmədən çırpınmaq."  

Yola baxmadan kor - koranə bir istəyə çatmaq üçün son sürət qaçsaq da nəticə heç vaxt gözlədiyimiz kimi olmayacaq. Ya "boş yerə imiş" hissi ya da "bəs indi?" sualı xoşbəxtliyin üstünü örtəcəkdir. Reallıq üçün əmək vermək dedikdə ağla niyə gecə gündüz düşünmək yaxud işləmək gəlir ki? Həyatın elə ən gözəl yanı hər an hər şeyin ola biləcəyi reallığı deyil mi? Bir yola çıxarkən əvvəla hərşeyə hazırlıqlı olmalısan. Hər an hər şeyin ola biləcəyini bilməli və bununla razılaşmalısan. Və heç nə üçün çırpınmamalısan. Bir arzu real olmazsa əgər, mütləq ki Allahın bu hekayədən daha gözəl hekayəsi var bizim üçün. Razı və əmin ol. Sənin üçün hər şeyin ən yaxşısını Allah bilir və Allah verir.

"Sən gül axtararsan, Allah biraz yorub gül bağçasına rast gətirər.."
      
Sizə gözü könlü xoşhal edən bir hekayə danışmazdan əvvəl, pərdə arxasını izah etmək istəyirəm. Çünki hələ də aranızda "dünyaya şanslı gəlmək" və ya "bəxtəvərli insan" fiqurunun var olduğuna inananları təxmin edirəm. Amma yanılırsınız. Nə günümüzdə nə də tarixdə çətinliksiz nələrəsə nail olan şəxs olmayıb.
Əlbəttə yaxşını tanıyabilmək üçün pislərin yanından keçəcəksən. Doğrunu anlamaq üçün çox yalançı ilə göz gözə gələcəksən. Sadiq olmaq üçün və sadiqliyi anlamağın üçün xəyanəti tanımağın da şərtdi. Hüzuru dərindən hiss edə bilmək üçün xaosların içindən keçməyin də şərtdi. Qısacası, baharı görmək üçün, baharın gətirdiklərindən zövq ala bilmək üçün qışa razı olmağın və səbr etməyin şərtdi.
                                * * *
"Hər şey üstünə gəlib səni dayana bilməyəcəyin nöqtəyə gətirdikdə, əsla təslim olma!
Tam da o nöqtə, qəzavü qədərin
dəyişəcəyi nöqtədir.. "
                                           Hz. Mevlana.

       9. "Köməksiz uçacağam düşüncəsi"

Biz insanlar beynimizdə "ideal" planlar qurduğumuzda daha doğrusu ideal planlar qurduğumuzu düşündüyümüz halda, herşeyin plana uyğun olması üçün  heç kimi dinləməməyə  adəta and vermiş oluruq. Halbuki qarşımıza çıxan hər kəs,hər cümlə ya dərs ya motivasiya yada elə şansın özüdür, biz tanıya bilməsək belə.
Dua edib hər hansı birşeyi istədiyimiz halda, istəyimizin səmadan enəcəyinə bizi kim inandırdı ? Buna kim söz verdi ki? Vasitəsiz tək məqam sahibi Allahdır. Bunu unutmamaq işimizi və yaşamımızı asanlasdiracaq.


Düşüncəni dəyiş ki, dünyanı dəyişəsən.
©Brayan Treysi.

                 8. Hirs və prinsip.

Hirs və prinsip barəsində tək xatırlatmaq istədiyim ata sözü;
- "Öfkə ilə qalxan zərərlə oturar"dır.

         7. Bəs alınmasa? Sosiofobiyası.

Bildiyimiz qədəri ilə yeni nəsil "el aləm nə deyər?" fobiasını tarixdən yavaş yavaş silir artıq.
Sosiofobiyası olan insanlar gördüm, özünü, əməllərini, günahlarını inadla "bu mənim həyatımdır, cavabdeh mənəm" deyərək müdafiə edən.
Bir də güclü və cəsarətli insanlar gördüm,
"Mən sınadım. Sən nə etdin?" Qapı kimi sərt qürurlu cavabları ilə sükut yaradan..
Məsələ əslində tam da budur.
Hansı sahədə olduğunun qətiyyən fərqi yoxdur, doğru olduğundan əmin halda atılan addımın nəticəsi hər nə olur olsun müdafiəsi də olar mücadələsi də.
Özünüzə və həyatınıza şans verin. Yola çıxarkən sadəcə ünvana çatmağa fokslanın yolda olacaqları görmədən gözdə böyüdüb yolu uzatmaq uğursuzluğun özüdür.

            6. Yolun başında yorulmaq.

Yolun başında yorulmaq irəliləməmək üçün sadəcə bəhanədir.
Bəhanəsi çox olan gördüyü yuxular ilə qane olsun. Əbəs yerə artıq xəyal qurmasın deyə düşünürəm.

     5. Özümüzə qarşı olan inamsızlıq.

乙üℓƒί௶άrə həsrətོོོོ..Место, где живут истории. Откройте их для себя