İnsan xirtdəyəcən batıb günaha,
Tanrının cəzası yoxmudur nədir?
Hamı cəhalətdən edir şikayət,
Ətrafda bilgələr çoxmudur nədir?Tanrı tökmək üçün qan mı buyurdu?,
İnsana almaqçün can mı buyurdu?
Bəlkə haqqına fərman mı buyurdu?
Yoxsa bünövrəsi laxmıdır nədir?İki cür oğrudur Tanrının qulu,
Biri can oğurlar,biriysə pulu,
Bir söylə bunlardan hansı qorxulu?
Dünyanın təməli "qorx"mudur nədir?Günəşin oğlu,gəl bu işdən baş aç,
Aça bilmədinsə baş götürüb qaç,
Onsuz da dərdinə tapmazsan əlac,
Cəhalət beyində mıxmıdır nədir?