İÇİMİZDƏKİ QARANLIQ
Həyat olur bəzən boş və mənasız
Zamana dur demək istəyir insan.
Ölümlər artıq erkən və zamansız,
Axtarıram daş qəlblərdə vicdan.
Nəfəs ala bilmirəm ,boğur məni
Yalan,haqsızlıq və də qətliamlar.
Ancaq heç bir şey qorxutmasın səni
Bu cəhənnəmdə gözəlliklər də var.
Bizə yalnız bir ümid,işıq lazım,
Bu susuz çöldən bir cənnət yarataq
Hələ də xəyal qurur aciz ağlım
Xəyallar olmadan nece yaşayaq?
Dəvamını da yazmışam ancaq,atıb atmamaq haqqında qərarsızam.Bəlkə də köhnəlmiş dəftərimin vərəqlərində duracağına bir az da insaların şeir zövqünü pozsun deyə yazdım;)
ŞİMDİ OKUDUĞUN
İçimizdeki karanlık(azerbeycanca)
PoetryBu şiirim her gün bir az daha yok olan insanlığımızı kendi dilimde kaleme aldığım halidir.