Dinlə!

72 4 0
                                    

- Ey eşidirsən məni?
- Sən kimsən belə?
- Sus! Dinlə!
Elxan yuxudan tər-su içində ayıldı. Bu həftə gördüyü üçüncü yuxu idi. Hər dəfə üzünü görmədiyi kimsə ağzını tutaraq ona nəsə deməyə çalışırdı. Amma hər dəfə də, yuxudan yarımçıq ayılırdı. Sanki hansısa qüvvə icazə vermirdi ki, onu susduran şəxsi dinləsin. Yuxulara nə vaxtdan belə önəm verirdi ? Güzgü önündə dayanıb özünə baxırdı. Elxan 28 yaşlı biraz qaraşın dərili, özünə görə boyu, qaməti olan biri idi. Hə, birdə gözləri...gözləri yaşıl idi. Anasına oxşamadığı hamıya bəlli olduğu kimi, atasını da görən olmamışdı. Özü də bunu çox yaxşı bilirdi. Hər dəfə güzgü qabağına keçəndə atasının simasına baxar kimi özünə baxırdı. Anası necə eşq yaşamışdı görəsən? Əlini pencəyinə atıb əyninə keçirdi. Saat 9 olardı. Sentyabrla birlikdə payız tez gəlmişdi. Səhərləri sərin olurdu Paris. Hmm işə başlamaq lazımdır. Çoxdandır bugünü gözləyirdi. Qapını kilidləyib gözücü liftin önündə dayanan sarışın qıza baxdı. Bu qız hər dəfə qabağına çıxırdı. Binanın girişində, dayanacaqda... Bu təsadüf idi?
Sarışın qız kənardan səbirsiz birinə oxşayırdı. Liftin önündə var-gəl edirdi. Qısa geydiyi ətəyi ayaqlarının necə də uzun olduğunu, Elxana bir daha xatırlatdı. Özü özünə, görəsən beynidə belə gözəldi? Yoxsa bütün gözəllər kimi ancaq bədənini nümayış etdirərək kişi qazanır? deyə düşündü. Diqqətini yayındırmaq üçün qapını bir neçə dəfə kilidlədi. Hə, nəhayət lift gəldi və qız gözdən itdi. İndi rahat 9 mərtəbəli binanın pillələrindən istifadə edərək aşağı enirdi. Bu onun uşaqlıqdan təkrar etdiyi ən yaxşı vərdişlərdən biri idi. Bakıdakı köhnə evləri də 9- cu mərtəbədə yerləşirdi. Səhər idmanına vaxt ayırmasa da, hər şeydən özünə fürsət çıxarmağı yaxşı bacarırdı.
Çağırdığı sarı taksi binanın önündə onu gözləyirdi. Sürücü deyəsən biraz səbirsizlənmişdi. Əlində siqaret biraz dilxor, dodağının altında nəsə danışırdı. Elxanı gördükdə tez siqareti söndürdü. Müştəri qabağında çəkməkdən heç həzz almazdı. Evdəki problemlər səbrini son həddə çatdırmışdı. Səkkiz illik evliliyi bir həftə içərisində bitmək həddində idi. Emilya ona xəyanət etmişdi. Onu sevdiyinə əmin idi. Lazım olsa onu bağışlayardı. Yetərki sevildiyini bilsin. Siqaretin son tüstüsü uzaqlaşan sahibinə qovuşmaq üçün buludlara yol aldı.
  Elxan 8 ay olardı ki, Fransaya köçmüşdü. Qəbul olduğu akademiya Parisin ən möhtəşəm binalarından birində yerləşirdi. Elxan rəssam idi. Sadəcə rəssam. Sevməzdi rəssam sözünün bəzədilərək ifadə edilməsini. Axı Bakıda ona heç önəm verməzdilər. Yol kənarında, İçərişəhərdə əyləşib, özü üçün şəkillər çəkən gözə görünməyən gənc idi. Taki, bugünə kimi. Onu kimsə kəşf etmişdi. Günlərin bir günü yaşadığı köhnə binanın mənzilinə bir məktub göndərilmişdi. Məktubda Fransaya gəlməsi üçün külli miqdarda pul və akademiyaya daxil olduğunu göstərən sənəd var idi. İlk öncə inanmadı. Kimsə onunla oyun oynaya bilərdi. Sonra düşündü. Ağlına anası gəldi, atası kimi rəssam olmasını çox arzulamışdı. Son nəfəsində belə Elxandan söz almağı bacarmışdı. Ondan heç bir halda rəssamlıqdan imtina etməməsini istəmişdi. Çünki atası kimi onun da qeyri-adi istedadı var idi. Görəsən bütün insanlar  belə idi? Öləndə belə son istəklərinin icra olunmasını, ölümləri ilə nəyinsə dəyişəcəyini gözləyirdilər? Təki arzularını özləri ilə aparmasınlar. Məktubun kim tərəfindən göndərildiyini çox araşdırsa da, bir nəticə əldə edə bilməmişdi. Ancaq anasına görə çox darıxırdı.
    Elxan qəddarcasına gözündən axmağa çalışan yaşın önünü aldı və Parisin möhtəşəm binalarını izləməyə davam etdi. Lakin taksinin pəncərəsindən görünən yağış damlaları, fikrini yayındırdı. Onun göz yaşlarının dinməsiylə başlayan yağış onu bugünə qaytardı. Axı bugün böyük gün idi.
Çiskili yağış damlalarını üzündə hiss etmək üçün, özü də hiss etmədən yolun ortasında dayanmışdı. Bu qəlbə fərahlıq verən, qızdırmalı vaxtda içilən sərin su kimi idi. Uzaqlaşan taksi sürücüsü , Elxana təəccüblü baxışlarnan nəzər yetirirdi. Səsli olaraq 'bu oğlanda bir  qəribəlik var. Bu qəribəlik insanı nə narahat edir nə də ki, yaxşı hiss elətdirir. Sanki səndən uca biri ilə eyni məkandasan və onun əmrindən çıxa bilməzsən.' Sürücü  öz düşüncələrinə gülümsəyib, Elxanı bir daha görməmək sürətilə ordan ayrıldı  və birdə heç vaxt rastlaşmadılar. Çiskili  yağış ağuşundan onu toqquşma səsləri və insanların səs-küyü ayırdı. Nə olduğunu anlamadı. İnsanlar vahimə içində pıçıldayırdı. Yenə də hansısa küçədə qəza olmuşdu. Taksi sürücüsünün artıq həyatda olmadığını bilmədən binaya daxil oldu. Monro onun gəlişini səbirsizliklə gözləyirdi. Bu qədər məşhur biri ilə ilk dəfədir çalışacaqdı. Sərginin albomunu dünəndən hazırlanmışdı. Ora-bura vargəl edərək Elxana zəng edilməsini xahiş edirdi. Lakin telefon işlətmədiyini eşidəndə heyrətlənmişdi. Bir neçə ay içərisində Parisin ən məşhur rəssamlarından birinə çevril, bank hesabların aşıb daşsın, sən amma taksi ilə gəz və texnalogiyadan istifadə etmə? Bu Monro üçün cəfəngiyyat idi.
- Zaman dəyişir, insanlar dəyişir texnologiya isə bizim ən yaxın dostumuza çevrilib '- gözü qapıdan içəri daxil olan Elxana sataşanda bütün sözlərini unutdu. Qadın olsaydı mütləq ona aşiq olardı.
- Deyəsən Tanrı var.
- Nə? Monro! Bəsdir artıq deyindin. Albomu ona göstər şəkillərin sıralamasına baxsın. Məmnun deyilsə dəyişdirək.
Larisa Monronun ruh halını çox yaxşı başa düşürdü. İlk dəfə onu görəndə bəlkə də bundan artıq hisslər keçirmişdi. Feministliyin daşını belə atmağı düşünmüşdü. Bəlkə də bütün kişilər eyni deyildi? Yanlış idi düşüncəsi? deyə iki ay Elxana aşiq şəkildə ətrafında dolaşdı. Bir gün  onla eyni yatağı bölüşmək istəyi, ona necə toxunacağını təsəvvür etməsi ağlını başından alırdı. Zamanla isə necə soyuq biri olduğunu, rəsimdən başqa heçnə görmədiyini, onun dünyasına girmək üçün yetərli qədər gücsüz olduğunu dərk etdi. Onun üçün hər şey etmək olardı, bütün işlərini asanlaşdırmaq, axtardığı bütün boyaları öncədən sifariş etmək, sərgi salonunu hazırlamaq, lakin baxış bucağına daxil olmaq, günəşə yaxınlaşmaq kimi idi. Günəşi görə bilmirsən, istisi isə səni məhv edir.
Elxanı üçün böyük gün idi. Səkkiz ay üzərində işlədiyi anasının portretini bugün hər kəs görəcəkdi. Onu necə sevdiyini görən anlayan olacaqdı? Onun rəsmlərinin səsini necə? Hər toxunuşda özündən, uşaqlığından, yeniyetməliyindən, evdən gələn plovun qoxusundan, pəncərə önündə yatan Məstanın mırıltısından, anasının isti nəvazişindən, gözlərinin dərinliyindən gələn sevgidən... amma onu anlayan olacaqdı görəsən? Salona daxil olar olmaz ətrafda olan hər kəs onla salamlaşmağa can atdı. Kimi rəsm çəkdirmək, kimi müsahibə almaq, kimi rəsmlərinin möhtəşəmliyindən danışmaq istəyirdi. Monro isə hər kəsdən önə keçmişdi. Başı ilə azca tənzim edərək onu salamladı və heç bir söz demədən albomu ona doğru uzatdı. Elxan məmnun şəkildə bütün səhifələri vərəqlədi. Bütün sıralama düzgün edilmişdi. Monra isə səbirsizliklə bəyənildiyini üz ifadəsindən oxumağa çalışırdı.
Salon insanları qarşılamaq üçün tam hazır idi. Hər hissədə Elxandan bir xatirə canlamışdı. Buranı öz evi kimi hiss edəcəyini heç təxmin etməzdi. Albomu Monraya geri qaytarıb çox sağolunu bildirdi və əlini sıxdı. Anasının portretinin sərgiləndiyi hissəyə baxmaq üçün səbirsizləndi. İri addımlarla salonun uzaq nöqtəsinə yol aldı. Amma ondan qabaq kimsə orda idi və rəsmin möhtəşəmliyinə aşiq olmuşdu.

DinləWhere stories live. Discover now