🌹HİSSƏ 1-QƏLBİNLƏ HİSS ETMƏLİSƏN🌹

195 55 54
                                    

Ulduzların zəif işıqlarının küçədəki dirəklərin işıqlarına qarışdığı bir gecə idi.Ah,bütün bunlar olmasa idi,bu gece necə də zülmət qaranlıq olardı,zifiri bir səma dayanardı üstümüzdə.Bizim bütün ömrümüzün ümidsiz və sevgisiz heç olduğu kimi,gecələr də işıqsız zülmət qaranlıq olardı.ÇÜNKİ BİZİM İŞIĞIMIZ ÜMİD VƏ SEVGİ,GECƏNİN İŞIĞI İSƏ ULDUZLAR VƏ KÜÇƏ LAMPALARIYDI...

-Linda,bəsdir bomboş,mənasız fikirlərini kağızlara tökdün!Gəl pianonun qarşısında əyləş,biraz məşq elə!

Anasının bu sözlərini eşitdikdə incinməmişdi bu dəfə.Çünki alışmışdı artıq.Bu dəfə susub ağlamaqdan çox cavab verib sözünü deməyi seçmişdi.

-Mənim fikirlərim mənasız deyil.Bu həyatda hər kəsin bir fikri var və onların heç biri mənasız deyil!

Anası laqeydcəsinə qızın sözlərini eşitmirmiş kimi davam etmişdi.

-Sənə deyirəm,müəllimən birazdan gələcək!

Linda isə qələmi yerə çırpıb hirslə masadan qalxmışdı.

-Offf...

Qəzəblə pianonun arxasına keçdikdə əsəbdən pörtüb qızarmışdı bu 10 yaşlı qız.

-Axı niyə hər gün eyni şeyləri etmək məcburiyyətindəyik.Hər gün dur,saçlarını hör,piano çal.Bir gün fransız,bir gün alman dili dərsi keç,həftənin beş günü rəqs,iki günü rəsm kursuna get və həmişə küçədə oynayan uşaqlara həsrətlə bax!

-Qızım,sən küçədə oynayan adi uşaqlardan deyilsən...

-Onların məndən nəyi əskikdirki,ya mənim nəyim onlardan artıqdır ki hə ana?!

Anası başını yelləyib üzündə yalançı bir təbəssüm əmələ gətirməyə çalışdı.

Qızının başını sığallamaq istədi,amma Linda gərgin bir reflekslə geri çəkildi.

-Sən başqa cürsən qızım...Sən...

-Hə,düz deyirsən.Mən başqa cürəm...Onların hamısı məndən daha xoşbəxtdir.Onların üzündəki təbəssüm və qəhqəhəni heç olmasa bir dəfə mənim üzümdə görmüsən ana?!

Ketty bu sözləri qızından gözləmirdi.Heç gözləmirdi.Bir anlıq Lindanın doğru dediyini anladı ve dili söz tutmadı,aciz qaldı...

-Mən...

Və Lindanın dediyi son söz hər kəsin,təzə qapıdan içəri girib masa arxasında əyləşmiş müəllimənin də gözlərini təəccübdən böyütmüşdü.

-Hə sən,sən...Sən mənim bütün uşaqlığımı məhv etdin ana!

Linda da,anası da və ətrafdakı bütün insanlar da çox yaxşı bilirdi:o böyüyəcək,bütün bu sözlərini unudacaq və həyatın bizə məhkum etdiyi şəraitdə yaşamağa alışacaqdı.Çətinlik,yoxluq çəkənlər həmişə varlıların həyatının mükəmməl olduğunu düşünürlər.Onların heç bir dərdinin olmadığını,çətinliklə üzləşmədiklərini zənn edərlər.Amma heç bir ömür yolu daş qayasız deyildir...

******************************

Hər gün olduğu kimi bu gündə hamının gözü onda idi.Uzun-dirsəklərinə qədər olan saçlarını dalğalı burmuş,böyük,qara gözlərinə çəkdiyi sürmə uzun kirpikləriylə birlikdə üzünə daha da gözəllik qatmışdı.Lovğa yerişi də həmişəki kimi yerində idi...

-Bu qız sanki alçaq dağları yaradıb,bu qədər də özündənrazılıq olar?!

-Həə...Elə bil bu şəhərin behin verib oturub...Amma çox gözəl qızdır...

Ümid sənin,sevda mənim,Sevgilim!Where stories live. Discover now