💙HİSSƏ 2-SEVDANIN RƏNGİ💙

105 50 23
                                    

Multimediyanı dinləməyinizi şiddətlə tövsiyə edirəm

"GÖRƏSƏN NEÇƏ PAYIZ KEÇƏCƏK ÜZƏRİMİZDƏN,

DAHA NEÇƏ QIŞ SOLDURACAQ QƏLBİMİZİ...

YAZI NƏ QƏDƏR GÖZLƏYƏCƏYİK HƏSRƏTLƏ,

GÖRƏN KİMSƏ ANLAYACAQMI İKİMİZİ..."

Anasının yaşadığı sağlamlıq problemlərinə görə Amir Londona dərslər başlanandan iki həftə sonra gəlmişdi.Yəni,bu qrupdakı hamı az çox bir birini tanıyırdı.Amir isə bu sinifin məşhur "təzə tələbəsi"idi.

İçəri girdiyi ilk anda otağın divarlarını bürüyən danışıq səsləri sanki öz yerini sükuta vermişdi.Bütün səslər susmuş,sözlər mum kimi sönmüş,gözlər isə ulduz kimi parıldayırdı.Hamı gözlərini bərəldib sadəcə bir istiqamətə-Amirin dayandığı istiqamətə baxırdı.Bircə lovğa qızımızdan başqa...

Dəniz mavisi rəngindəki köynəyi və şalvarı belə gözlərini kölgədə qoya bilməmişdi.Yenə nurani simasındakı cizgilərini tamamlayaraq əl ilə çəkilmiş portret təsəvvürü yaradırdı insanda...

Ağır addımları hələ qapıya yaxınlaşanda eşitmişdi qızın dediklərini:

-İnanmıram...

Qızın bu sözlərinə görə həqiqətən axmaq olduğunu düşünsə də,səs tonundan hiss etmişdi, bu qızın səsi kimi siması da xoş olacaqdı.Ancaq bu qədər gözəl olduğunu yəqin ki, içəri girənə qədər xəyal edə bilməmişdi...

●●●●●●●●●●●●●●●●●●●●●●●●

Linda müəllimin içəri girməsi ilə güzgüsünü bir kənara qoymuşdu.

Dərs boyunca dönüb bir dəfə də Amirə baxmamışdı Linda.Hər zamanki kimi soyuq idi və özünü təmkinli aparmağı bacarırdı.Bütün sinifdəkilər dərs boyu o ikisinə tamaşa edərkən,onlar bir birinə ən yaxın,amma əslində ən uzaq iki insan idilər...

Lindanın tək fərqinə vardığı şey yanındakı "yeni tələbə"ilə eyni rəng geyinməsi idi.O da bu gün mavilərə bürünmüşdü.Bəlkə də,bu sadəcə bir təsadüf idi...Amma heç bir təsadüf təsadüfən olmur...

Sevginin rəngi qırmızıdır deyərlər.Amma əslində elə deyil.Hər sevginin öz rəngi var və sevgi seçər hər kəsin sevdasının rəngini...

●●●●●●●●●●●●●●●●●●●●●●●●

Dərs bittikdən sonra hamının-daha dəqiq desək sinifin bütün qızlarının ondan danışdığını hiss etmişdi.Oğlanların da öldürücü baxışlarından sonra dodağaltı gülümsəyərək çantasını çiyninə atıb otaqdan çıxmışdı Amir.

Bir neçə addım atmışdı ki,koridordakı səs-küyə rəğmən,arxasından kiminsə gəldiyini hiss etmiş,qadın ayaqqabısının tıqqıltısını eşitmişdi.

Tıqqıltı get gedə artmağa başlamış,sanki get gedə daha da yaxınlaşmışdı.Amir bir neçə addım da getdikdən sonra qəsdən dayanaraq arxaya döndü və bayaqdan onu təqib edənlə sözün əsl mənasında "toqquşdu".

-Off...

Linda qızamış alnını tutaraq üzünü turşutdu.

-Biraz ehtiyatlı ola bilməzsən?!

Amir qarşısında Lindanı gördükdə təəccübdən göz bəbəkləri böyümüşdü.Onun ardınca gələn qızın Linda olacağını düşünməmişdi çünki.

Ümid sənin,sevda mənim,Sevgilim!Where stories live. Discover now