BİR DEYİL,YÜZ DEYİL...
BU DƏRD BİTMƏZ...
BEŞ DEYİL,ON DEYİL...
GÖZYAŞIM DİNMƏZ...
SƏN BİLİRSƏN,ZAMAN KEÇƏR,DƏRDLƏRİM KEÇMƏZ...
ÖYRƏTMƏ MƏNƏ AĞLAMAĞI,SUSMAĞI DÜNYA...◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆
-Oğlum,unutma ki,səni burada həsrətlə gözləyən nişanlın var...
Anasının sözləri qulağında daşa dəyən dəmir kimi cingildəmişdi.
Son dəqiqələrə qədər anası ilə danışdığı vaxt ərzində içində bir rahatlıq olmasına baxmayaraq,elə bil indi ürəyi sıxılır,sanki köynəyinin düymələrini açıb ürəyini sökmək istəyirdi.Bu dərdli,kədərli qəlbi saxlamaq istəmirdi artıq...5 ay öncə...Hər şey 5 ay öncə baş verən dəhşətli hadisə ilə başlamışdı.O gündən bəri tale nə Amirin,nə də onun ətrafındakıların üzünə gülməmiş,üzünü güldürməmişdi...
Elizan...Hələ 18 yaşlı gənc bir qız idi.Amir dayısıqızını öz bacısı kimi sevir və sanki elə hiss edirdi ki,bu qız onun əlində böyüyüb...
Gözləri Amirin gözləri ilə eyni rəngdə idi.Yəqin ki hər ikisi bu göz rəngini Amirin anası Rabia Sultandan almışdı...
Elizan çox gözəl idi.Amma gözəlliyi qədər saflığı var idi bu qızın.Bəlkə də saflığı ucbatından gəldi,başına gələn bütün hadisələr...Bəlkə də saflığı ucbatından kirləndi namusu,onu dəlicəsinə sevən gənc tərəfindən...
O da bir qurban idi.Öldürülməsə belə,o da dünyanın dəhşətli faciəsinə çevrilən qadın cinayətinin,qadın hüquqsuzluğunun qurbanı idi...Elizan bu faciədən sonra özünü uçurumdan atmaq,həyatına son qoymaq istəmiş,lakin Amir onu uçurumun kənarından almış və ona bir söz vermişdi...
Elizanın atası isə bu hadisəni öyrəndikdə dəliyə dönərək gedib həmin namussuz gənci öldürmüş və bir güllə də öz başına açmışdı...
Və...Və-si yoxdur.Bir ailə faciəsi..Və Amirin bacısı kimi gördüyü dayısıqızının namusunu qorumaq üçün onunla evlənməyə məhkum olduğu həyat...Ürəyinin sıxıntısına daha dayana bilmədi və anası ilə tələsik sağollaşaraq telefonu bir tərəfə tulladı.
-Bilirəm ,ana, bilirəm...Öpürəm ana,özünüzə yaxşı baxın...
-Sağol oğlum...
Amir və Elizanın evlənməsi Rabianın ta onlar uşaq olan vaxtdakı ən böyük arzusu idi.Düzdür,əlbəttə ki hər şeyin bu cür faciə ilə deyil,təntənəli bir toyla,düyünlə,xoşbəxtçiliklə olmasını istəyərdi...Qardaşı qızının yaşadığı bədbəxt hadisə və qardaşının ölümü ilə deyil...
Amma Amir ona heç vaxt başqa gözlə baxmadı.Həmişə bacısı Esmanın yerinə qoydu və o cür də sevdi...
-Mən sənə inanıram Amir...Sən verdiyin sözü tutarsan...
O gündən bəri Elizanın səsi heç vaxt qulaqlarından getmədi.Heç vaxt da getməyəcəkdi...
Şev_Çù_Canda-BERFİN AKTAY◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆◆

YOU ARE READING
Ümid sənin,sevda mənim,Sevgilim!
Romance♥Sənin əlində ümid var idi, Mənim əlimdə isə eşqimiz. Qoy ümid səndə qalsın, Məndə isə sevgimiz...♥ ~O inanmırdı...Nə bu dünyanın Tanrı tərəfindən yaradılışına,nə də bundan sonra bir dünyanın oluşuna...~ ~Lindanın əlində sadəcə sevgisi var idi.Onu y...