Multimediyanı dinləməyi unutmayın♥♥♥
"Yox,açmayacağam"
Linda əlindəki dəftəri qeyzlə masaya qoyaraq qollarını sinəsində çarpazladı.
"Linda...Özünü ələ al...Orda ən çoxu nə ola bilərki"
Dəftər uzaqdan uzağa onu seyr edən bir təqibçi kimi idi sanki.Linda onu qoyub getsə də,o onun ağlından getmir,düşüncəsindən çıxmırdı.Niyə?Bəs bu dəftər niyə bu qədər onun duyğularıyla oynayırdı.Axı o insan deyildi,cansız bir varlıq-dəftər idi.
Amma bəzən kitablar,dəftərlər insanlardan daha çox şey öyrədər bizə.Duyğularımızı daha dərindən yaşadar,beynimizdə fırtına yaradan sualları həll edər öz özlüyündə.Amma biz bunu heç zaman bilməz,hissetməzik...
Düzdür,bu dəftər idi,cansız idi...Amma adi deyildi...Adi olmayan onun zəng vurulub dərs bitəndə Amir tərəfindən masanın üzərində yaddan çıxarılması deyildi."Hissiyatsız kraliça"Lindanın hislərinə təsir etməyi bacaran bu əsrarəngiz qüvvə onu əlinə aldığında hiss etdiyi ağırlıq,ürəyindəki sıxıntı,beynindəki dağıntı idi...
"Bu dəftərdə məni düşüncəmdən döndərən heçnə yazıla bilməz.Bu Ona inananların oxuduğu bir yazı olacaq.Sənin oxuyacağın dəftər deyil,Linda..."
Nəhayət,fikirlərini toplayıb o biri otağa getmək istədikdə pəncərədən gələn güclü külək masanın üzərindəki hər şeyi yerə uçurdu.Dəftər də küləyin təsiri iə yerə düşdü,vərəqləri taybatay açıldı...
Linda əvvəlcə qorxdu.Birdən birə küləyin güclənməsi,hər şeyin yerə tökülməsi ona uzun illər əvvəl baxdığı qorxu filmini xatırlatdı.Diksinsədə tez özünü ələ alıb arxayınlıqla arxaya döndü və pəncərəni bağladı.
Linda dəftərin vərəqlərinin açıldığını görmüşdü.Amma hansısa bir güc ondan geri çəkilməyi tələb edirdi."Onu əlinə alma!"deyirdi sanki.
Linda əllərinin buz kimi soyuduğunu hiss edib ovuclarını bükdü.Sonra ehtiyatla əyilib barmaqlarını açdı və dəftərdən düşən kiçikölçülü şəkli əlinə alıb diqqətlə baxdı.
Açıq qəhvəyi rəngində badamı gözləri,uzun şabalıdı rəngi saçları olan qız Amiri qucaqlayaraq ağız dolusu gülümsəmişdi.Amiri isə gülərkən çox görmüşdü,lakin bu gülümsəməsini gördükdə başa düşdü ki,hələ ki onun gülüşünü əsl mənada görməyib.
Şəklin arxasına çevirib baxdıqda gözəl və incə bir xətlə yazılmış bir yazı var idi.
"Sağ salamat qayıt.Bu dünyadaki ən dəyərlim..."
Linda yazının son sözlərini krar etdi.
"Ən dəyərlim..."
Daha sonra başqasının özəlinə qarışdığı üçün içində özünü lənətləmiş və tələm tələsik şəkli dəftərin içinə qoymaq istərkən əl saxladı.
Onu dayanmağa məcbur edən gözlərinin sataşdığı həcmi 4 sətirlik,mənası ümman qədər dərin bir yazı idi.
"Çarəsizəm,çox çarəsiz,
Tənha bir uşaq kimi səssiz,
Anasız bir yetim kimi öksüz,
Yarımı itirmiş kimi sevgisiz..."Linda səbrini basa bilmədi.Tez masa arxasında oturub digər səhifələrdəki yazıları oxumaq arzusu dolmuşdu ürəyinə.
"Allah həmişə sənin yanında olacaq Amir.Qorxma,ananın dediklərini yadına sal:Hara gedirsən get,harda olursan ol,O-Aləmlərin Rəbbi oradadır.O sənə yol göstərəcək.Hərçənd mən sənin anan olsam da,həmişə sənin yanında ola bilməyəcəyəm oğul!Amma Tanrım hər zaman ona səcdə edənlərin yoldaşı olacaqdır..."

BINABASA MO ANG
Ümid sənin,sevda mənim,Sevgilim!
Romance♥Sənin əlində ümid var idi, Mənim əlimdə isə eşqimiz. Qoy ümid səndə qalsın, Məndə isə sevgimiz...♥ ~O inanmırdı...Nə bu dünyanın Tanrı tərəfindən yaradılışına,nə də bundan sonra bir dünyanın oluşuna...~ ~Lindanın əlində sadəcə sevgisi var idi.Onu y...