🍂HİSSƏ 5-SORRY🍂

53 39 0
                                    

-Amma görünür,tək deyiləm...
Sıxıntıdan parta yoldaşının günlüyünü oxuduğuna görə bu şəhər hələ çox adama darlıq eləyir...

Bu sözlər Lindanın qulağına çəkic kimi dəydi.Sanki bir anlıq uğultu baş verdi.Heç nə eşitmədi...Hətta ona elə gəldiki o düşünmək qabiliyyətini belə itirmişdi...

Linda ömründə heç vaxt bu qədər pərt olmamışdı.Nəinki o sətirləri oxuduğu ana,sualı soruşduğu dəqiqəyə belə dəfələrlə lənətlər oxudu içində.

Çox istədi.Zamanın geri dönməsini istədi.Bu sualı verməmək,onunla heç danışmamaq,hətta bir anlıq onu heç tanımamaq istədi.

Amma heç bir insan həyatımıza səbəbsiz girməz,heç bir hadisə təsadüfən baş verməz.Hər xeyirdə bir şər,hər şərdə də bir xeyrin olduğu kimi,hər baş verən hadisənin bir səbəbi,hər qarşımıza çıxan insanın həyatımızda bir yeri var.

Bunu bir hekayə kimi düşün...Baş rolda özünsən.Kənar rolda isə çox adamlar var.Kimisi yoluna daş olar,kimisi də yoldaş...Amma sən bunu əvvəlcədən bilməzsən,baş rol olsan belə,həmişə senaryonun ardını gözləyərsən...

Lindanın ağlı bu qarmaqarışıq fikirlərlə dolu ikən,birdən Amirin buz mavisi gözlərinin düz içinə baxdığının fərqinə vardı.Təbii ki,zəngin çoxdan vurulub,dərsin başladığının da...

-Dərsə gecikirik...

Aradan çıxmaq istəsə də,Amir addımladırını tezləşdirərək ardınca gəldi və qarşısına keçib yolunu kəsdi.

-Həyatımla bu qədər maraqlandığını bilsəydim,oturub uzun uzun söhbət edib danışardım sənə...

Lindanın nəfəsi buz kəsmişdi sanki.Ürəyinin döyüntüsünü ilk dəfə idi ki bu qədər yaxından hiss edirdi.Həyəcandan özünü itirib çantasından bərk bərk yapışmışdı ki,Amir aralarındaki məsafəni bir addım çoxaldıb geri çəkildi.

-Özüm barədə...

Gülüşü...Onun gülüşünə heç vaxt qarşı çıxa bilmirdi gənc qız.Başa düşmürdü.Nə baş verdiyini başa düşmürdü.Axı burda nə var idi?Onu bu qədər narahat edib həyəcanlandıran qüvvənin adı nə idi?

Yenə də hər zamanki kimi özünü toplayıb həmişəki modundan düşmədi.Qaşlarını çataraq səsinin tonunu azca qaldırdı.

-Bilirsən nə var...Mən sənin günlüyünü oxuyub eləməmişəm.Heç sənin həyatın da mənə maraqlı deyil.Sadəcə masanın üstündə unudub getdin və məndə önəmli olduğunu fikirləşib götürdüm.Başqasının əlinə keçməsin,sabah özüm sənə verərəm deyə...

-Hımm...

Amirin kinayəli gülüşü Lindanı lap dəli etmişdi.

-Nə hımmm?!

Əsəbdən qızmış gözləri bir anda od püskürdü sanki.Əslində əsəbi Amirə yox,özünə idi.Bu yöndəmsiz hərəkətlərinə,bəlli- bəlirsiz hislərinə...

-Mən sadəcə insanlıq etdim...Onsuz oradakı yazıların mənim üçün heç bir önəmi yoxdur.Nə sənin inancların,nə də sənin həyatın məni maraqlandırmır...

Amirin bir anda üz ifadəsi dəyişdi.Sanki o gülərüz oğlanın yerinə başqa biri gəlmişdi.Linda bunu hiss etdikdə biraz irəli getdiyini anlasa da,belə etməsinin daha yaxşı olduğunu bilirdi...

Gənc oğlanın səs tonu bu dəfə hər zamankindən çox fərqli və hissiz idi...

-Doğurdan?

Ümid sənin,sevda mənim,Sevgilim!Tahanan ng mga kuwento. Tumuklas ngayon