Həyat kimiləri üçün xoşbəxt , kimiləri üçün isə bədbəxt olur. Bunu yalnız onların yaşam tərzindən bilmək olar . Ancaq bu o demək deyil ki, varlı insanların hamısı xoşbəxtdir . Mən balaca vaxtı elə fikirləşirdim ki , varlı , pulu çox olan insanlar ölmdən qorxusu yoxdu. Çünki onlar elə bilirdim ki , ölmürlər . Belə bir düşüncəm vardır ki, onlar məşhur , savadlı həkimlərin hazırladıqları dərmanları alıb uzun ömür qazanırlar . Bu düşüncəmin nə vaxt səhv olduğunu anladım desəz . Hər hansı bir tanıdığım , xeyirxah imkanlı bir şəxsin vəfatı zamanı .😔
Bəzən mən elə fikirləşirəm ki , insan bu dünyaya gəlibsə nəsə etməlidi. Ya yaxşı iz qoyub getməlidi , ya da pis iz . Allah bizə imkanlar verir və biz o imkanlardan istifadə etməliyik . Bəzən elə fikirləşirəm ki, bəlkə məndə elə bir istedad var ki, mən bu həyatı və yaxud bu ölkəni dəyişə bilərəm . Bəlkə mən gələcəyin ən məşhur insanı oldum . Bu bizim özümüzdən aslıdı . Bizim əlimizdə imkanlarımız var və biz bunu düzgün işlərdə də istifadə edə bilərik , pis işlərdə də bu bizim özümüzdən asılıdı. Bəlkə mən öz üzərimdə çalışsam gələcəkdə elə bir pillədə olaram ki , indi o pillədə olacağım heç ağlıma belə gələ bilməzdi.
Nə bilirik sabah nə olacaq! 😉