Black dote

16 0 0
                                    

Bəzən xoş şeylər xoş hisslərlə olmur...
Yəni çağırdığı anda geriyə dönməmək kimi. Bəlkə dömməyəcəyini bildiyin halda. Bəlkə də bu sənə inamın neçənci əl olduğunu bildirmək kimidi. İkinci əl əşyalar da ilkində qiyməti bilinməyənlərin özünü əfv etmə məhkəməsidir. Eynidi dadı gümanımda. Lakin bunu ilkinin dadını bilmədiyin halıdır. Hər şey bilinməzlikdən o tərəfə keçə bilməz ki. Susuzluq dodaqların hicranıdı. Bir müddət sonra tapsam bütün bədən tutulur və yenidən yaşamağa davam edir. Nə anlamını bilməzsən, nə də gerçəyi. Huysuzluq etməyinsə ən axırıncı partalarda olduğunu bilməkdir. Yaşamağa nə qədər lazımdı bilmirəm. Burdan o körfəzə nə qədər kədər heç xəbərim yoxdu. Tutuşmazlıq var bədənimdə. Necə geyəcəyin paltarın ikinci əl olmasına baxmayaraq üstünə necə də yaraşdığını bilməkdi. İlk isə maniken üstündə necə göründüyünü anlamaqdı. Zamansız zaman çarxları göz altlarımı dolduran şeydi indilərdə. Axşam çağı bir səsə möhtac kimi. Bütün şübhə və qorxularla üz-üzə durmaq. Hansı ki, sənin iki küçə əvvəl cibindən saldığın yalanlarsız silahsız döyüşmək. Məğlub olmağa gəlməz heç bir düşüncə. Söz verməksə yəqin bir süngü bıçaq. Yoxluğu dadmaq hər qənimətə razı olmaqdı. Nə qürur nə kədər dostdu bu axşam çağı. Dedim yaxşı şeylər yaxşı kədərlə baş vermir.
Bəs pis şeylər pis hisslərlə gəlir?
Buna cavabımsa o manikenin üstündə qaldı. Endirimlər olanda alsan da ikinci əl gödəkcəmə bənzəməz. Burdan o tərəfə isə şey anlaşılır, bilinir.

Nothing moreWhere stories live. Discover now