Abituryentin Sevgisi

17 3 3
                                    

Uzun müddətdir ailəli olan Əmiraslanovların övladları olmurdu .
Vaxtı ikən bir-birlərini dəli kimi sevənlər
, indi isə günü-günnən sevgiləri soyuyur, evdə söz-söhbətləri düşürdü , aralarında olan mehribançılıq aradan götürülürdü.
Nə az nə çox düz 7 ildən sonra oğlan övladları oldu ,Əmiraslanovlar uşağa Tural adını verdi .
Bu ailənin uşaqları olduğu üçün ,aralarında olan münaqişələr azaldı .
Tural ailənin tək övladı idi , onu ərköyün böyüdürdülər nə istiyirdi alırdılar, ailənin imkanı yaxşı deyildi, amma imkanları daxilində onu korluq çəkməyə qoymurdular
Vaxt çox tez keçir ,indi Tural məktəbdə oxuyurdu bir vaxtlar övladı olmayan ailənin indi isə övladı günü günnən böyüyürdü onun gələcək talehi onları çox maraqlandlırırdi , valideynlər hər dən öz aralarında söhbət edirdilər :"zaman gələcək biz həyatda olmuyacağıq biz ona öhtəmizə düşəni etməli, bacardığımızıda əsirgəməməliyik" hər işdən avara olmasını istəməyən ailə ,Turalın təhsilə ilə çox maraqlanırdılar Turalın isə dərs oxumaq ilə heç arası yox idi , kitab oxumaq əvəzinə məktəb həyətində futbol oynamağa üstünlük verirdi , atası onu məcburi şəkildə oxutmaq istəyirdi , hazırlıqlara göndərirdi .
Bir müddət keçdi ,Tural artıq 11-ci sinifdə oxuyurdu dərslərini məcburidə oxusa normal oxuyurdu bir gün atası evə işdən gəlib onaları ailəlikcə uzaq qohumlarının qonaq çağırdığını dedi , əvvəlcə Turalı aparmaq istəmidələr amma necə oldusa razılaşdılar ,taksi çağırıb yola düşdülər .
Turalın atası həmin uzaq qohum ilə birlikdə Universitetdə bir yerdə oxumuşdular ,içəri girən kimi bir kişi Turalın atasının üstünə tərəf gələrək dilləndi:"oho , kimləri görürəm " deyərək qucaqlaşdılar amma hələdə tanıya bilmirdi onu kim qucaqlayır , belə səmimi insanı hardan tanıdığını xatırlaya bilmirdi
Rasim Akifin təəcüblə qarşıladığını görüb söylədi:"Adə məni tanımadın indi sən ,
ayıb olsun" Akifin uzaq qohumu olan Asif söhbətə qoşuldu :"Rasimi sən tanımadınsa day heçnə" Akif kövrələrək Rasimnən yenidən qucaqlaşdılar .
Bu üç dostlar , tələbəlik vaxtları birlikdə gəzir bir evdə kirayə qalırdılar .Rasim universiteti bitirənnən sonra xalası qızı ilə evlənib İtaliyaya köçmüşdü üç övladı var idi , 2 övladı İtaliyada doğulmuşdu balaca qızı isə Azərbaycanda dünyaya gəlmişdi Valideynlərinə baxmaq səbəbi ilə ailəsini gətirib , özü isə getmişdi vaxt imkan tapdıqda gəlirdi buraya. Artıq bu dəfə 5 gün idi ki , şəhərdə idi Rasimdə ,Akifdə çox dəyişmişdilər , amma görünüşcə Asif heç dəyişməmişdi , Rasim şəhərdə gəzəndə təsadüfən Asifə rast gəlir tanıyır görüşüllər 30 il idi ki ,bir-birlərini görmürdülər , Rasim onunla birlikdə restorana getməyi təklif etdi , Asif işə gecikdiyini axşam Rasimi ailəlikcə onlara gəlməyini xahiş etdi və bir planda hazırladı
razışlaşıb hərə öz işinin arxasıyca getdi.
Axşam oldu dostlar Akifin gəlişini gözləyirdilər ki stol arxasına keçsinlər .
Dostalar görüşüb stol arxasına keçəndə ,Turalın gözü bir gözəl qıza dəydi Sanki donaraq heyrətlə ona baxırdı stol arxasına keçəndə də elə alindiki üzbəüz əyləşdilər , düzdü Tural Səmaya vurulmuşdu , Səma Rasimin balaca qızı idi
Doğurdanda gözəl idi oğlan qızdan gözünü çəkə bilmirdi qız ona baxan kimi tez başqa yerə baxırdı ,Səmanında oğlannan xoşu gəlmişdi , onun bu hərəkəti onun üzündə gülüş yaratmışdı Akif məsələni anlayıb Turalı çağırdı amma o eşitmirdi ,baş qarışdı daha onu səsləmədi
Gəncələrin bu cür baxışaraq gülməyi məclis qurtarana qədər davam etdi , arada Rasimin arvadı qızının qılçasını çimdikləyirdi məclis qurtarıb dağılışdllar
Bu görüşdən üç gün keçirdi amma Tural hələdə onu unuda bilmirdi , doğrusu Səmanın da yadınnan çıxmırdı
Tural xasiyyətcə mülayim , sakit , özünə qapalı biri idi ən əsasıda sevdiyini bildirə bilməzdi hələ bir dəfədə 8-ci sinifdə oxuyanda bir qızı sevirdi amma kənardan baxmaqla kifayətlənirdi nə qədər özünü toplayıb ona demək istəsədə alındıra bilmirdi , Asifin qızı Turalla eyni məktəbdə paralel sinif də oxuyurdular bir birlərini tanıyırdılar
Bu söhbətin üstünnən bir müddət keçdi hazırlıqda müəllimin verdiyi tapşırıqları edəndə Whatsapa kimnənsə mesaj gəldi saat 23:33 görən kimdir mənə yazan özüdə tanımadığım nömrədi ,Turalda şübhə yarandı kitabları bağladı mesaj olaraq :" Salam" yazılmışdı O isə cavabında :"Salam kimdir ?!" Mesaj oxundu amma cavab gəlmədi Tural həyacanlandı dərsləri yarı qalmışdı amma etməyədə həvəsi yox idi bu vaxt zəng gəldi yenədə tanımadığı həmin nömrə idi
-"alo" demişdiki söndürdülər təlaş , qorxu ,
həyacan qarışdı bir birinə , yatağına uzanıb gözünü qirpmadan hələ hey fikirləşirdi hələ beləcə yuxu tutub yatmışdı . Tapşırığı hazır deyildi deyə Turalı müəllim bərk danlamışdı,kefi korlanmışdı axşam yenə mesaj gəldi :"Mənəm Səma necəsən"
Tural yenədə dondu fikirə getdi daha doğrusu gözləmirdiki Səma onu axtarar , soruşdu ki :"məni necə tapdın" Səma onnan xəbər gəlmədiyini görüb özü axtarmağa qərar aldı çünki o baxışlarını unuda bilmirdi nömrəsinidə Turalnan paralel sinifdə oxuyan Asifin qızınnan almışdı , çox qəribə hisslər yaşayırdı hansiki sözlə ifadə edə bilmirdi bir müddət beləcə danışdılar amma Səma onun haqqında maraqlanmışdı utanıb sevgisini etiraf edə bilməyəcəyini bilirdi amma hiss edirdiki sevir , bir dəfə bu haqda söz açdı Səma ona bu haqda danışmaq üçün görüntülü söhbət etməyi xahiş etdi .Tural məsələni tam başa düşmədi , Səma ilə deyib güldükdən sonra o söhbəti bu mövzüya dəyişdi və sevgisini etiraf etdi , birdən Turalın halı dəyişdi utandı , yanaqları qızardı , bu hallar Səmada da oldu söhbət burdaca bitdi amma aralarında olan sevgi kitabının ilk səhifələrini yazdılar
Tural daha dərs oxumur onu fikirləşirdi hər nə edirdisə onu unuda bilmirdi , evdəkiləri aldatmaq üçün kitabın arasında telefonu qoyaraq Səma ilə danışırdı Düzü Akif saat 12 olmamış yatan Turalın gecə 3ə qədər dərs oxumağını qeyri adi qarşılayırdı , hətta hazırlıqlarda da müəlliməni deyil onu fikirləşər , verilən suallara cavab verə bilmədiyi üçün danlanırdı.Müəllimlərin şikayətləri gəlib Akifə çatdı o təəcüblə qarşıladı axı bu uşaq gecə 3ə qədər dərs oxuyur , çalışır məsələnin bu yerdə olduğunu heç fikirləşmirdi .Tural danlanmaqlara baxmayaraq yenədə bildiyini edir , hətta dərslərə girmir Səma ilə görüşə gedir onu hazırlıqlara aparır , onsuz bir gününü belə təsəvvür etmirdi bir dəfədə yollarını parka saldılar iki sevgililər , daha sərbəst idilər , əvvəl-əvvəl qorxurdular ki, onlari görən olar amma elə deyildi artıq , birdən güclü yağış yağmağa başladı ildirim çaxdı gənc sevgililər islanaraq qaçıb bir binanın girəcəyində yağışın seyrəlməsini gözləyirdilər Səmanin alnının kənarınnan axan yağış damcıları Turalın gözünnən yayınmadı , yanağındaki yağış damcılarını sildi amma ikisinində paltarları su idi sözsüz xəstələnəcəkdilər amma bu dəqiqə onlar üçün bu önəmli deyildi
Yağış seyrəldi , güclü yağışı çiskin yağış əvəz etdi sevgililər yollarına davam etdilər .
Artıq qəbul imtahanın vaxtına saylı günlər qalırdı amma Tural hazır deyildi . Son iki ayda hazırlıqlara gah gedir, gah da getmirdi dərsdən uzaq düşmüşdü imtahan vaxtı yetişdi Tural aşağı nəticə toplamışdı deyə Əmiraslanovlar ailəsində bir sükut var idi , Akif özünü danlayırdı ki bir uşaqnan da belə bacarmadım, ona təhsil verə bilmədim Akif ayağa durub Turala ilk dəfə şillə vurdu , sükutu pozan şillə səsi qulaqlarda cingildədi , Acıqla qapını çırpıb qaçdı yola , Akif səhərə qədər axtarsada tapa bilmədi onu , günahin Tural özündə olduğunun fərqinə varıb günortaya yaxın evə qayıtdı evdəkilər ona heç bir söz demədilər səhv etdiyini düz iş tutmadığını ,17 illik valideyin əziyyətini 3 ayliq sevgiyə dəyişdiyi üçün peşman idi , artıq gec idi avqust ayında isə o öyrəndiki heç bir yerə qəbul ola bilməyib , Səma ilə də artıq araları əvvəl ki kimi deyildi ,soyuyurdular.
Tural artıq hərbi xidmətə gedəcəkdi
Getməyinə bir gün qalmış Səma ilə görüş təyin edib görüşdülər Səma daha əvvəl göstərdiyi münasibəti göstərmirdi dilləndi :"bizdə alınmır ayrılmalıyıq , mən əskər yolu gözləyən deyiləm mən 11 -ci sinifdə oxuyuram bu il qəbul ilimdi mənim üçün dərslər daha önəmlidi" getdi Tural yenə yerindəcə dondu qaldı axırıncı dəfə Səmanı ilk dəfə görəndə belə donub qalmışdı Tural onun fikirlərinə hörmətlə yanaşmağa çalışsada bacarmırdı çünki ,
O dərslərini oxusaydı universitetə qəbul olardı oda onun həyatını çox dəyişəcəkdi amma bunları göz önünə alıb sevgisinə dərslərini qurban verdi amma sevdiyi həyatını qurban etdiyi bunları etmədi .İndi Murovdağda əlində silah postda vətən keşiyində dururdu .

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 17, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Abituryentin SevgisiHikayelerin yaşadığı yer. Şimdi keşfedin