1. Oyun

27 3 0
                                    

"Alo."

"Mabel,tez ol. Avtobus məktəbin həyətindədir."

"Oldu,artıq çatıram."

Telefonun ekranını söndürüb arxa cibimə qoydum. Addımlarımı yeyinlədib məktəbə doğru getdim.

Məktəbə çatdıqda avtobusun yola çıxmaq üzrə olduğunu gördüm. Avtobusda mənə əl sallayan rəfiqəmin - Kaylanın yanına oturdum. Gülümsədik. Deyəsən,bu ekskursiya çox əyləncəli keçəcəkdi.

"Mabel, oyan. Bax,çatmışıq."Gözlərimi açıb ətrafa baxdım. Ətraf sıx meşəlik idi. Hər kəs avtobusdan endikdən sonra bəziləri əşyaları yerləşdirməyə, bəziləri də meşəni gəzməyə başladılar. Mən, Kayla,Vanessa meşəyə gedən Blake və Justina yaxınlaşdıq ."Biz də sizinlə getmək istəyirik." Kaylanın sözündən sonra Justin başı ilə meşəni işarə etdi: " Yaxşı ,amma biz bir az dərinliklərə gedəcəyik. Qorxmursansa, gəl."
  "Biz? Qorxmaq? Qızlar,nə deyirsiniz? Məncə getməliyik." Həmişəki kimi ən cəsarətli olan Vanessa önə çıxdı. Kaylaya baxdım,o da getmək istəyirdi. Məndə razı oldum. Çantamı aldım, çox uzaqlaşmamaq şərtilə yola düşdük...

●●●

Bir qədər irəlilədikdən sonra ağacların getdikcə sıxlaşdığına fikir verdim. Blake'ə tərəf döndüm:

"Blake,məncə artıq geri qayıtmalıyıq.Müəllimlər,yəqin ki ,bizi axtarırlar."

"Niyə,yoxsa qorxdun?"  Tam cavab verəcəyim vaxt Kayla və Venessa da məni dəstəklədilər:"Mabel haqlıdır, bir də ki, artıq  hava qaralır."

Justin Blake'ə tərəf baxdı və başını tərpətdi. Sonra isə gəldiyimiz yola doğru irəlilədi...

Artıq 1 saatdan çox idi ki, meşədə idik.Amma hələ də oraya çatmamağımız çox qəribə idi. Mən neçə dəfə Blake'dən doğru yolda olub-olmadığını soruşsamda, sakit olmağımı söyləmişti. Başımı aşağı salıb onların ardınca gedirdim. Birdən Justin dayandı. Hamımız həyəcanla ona baxdıq. Justin bizə tərəf çevrildi və cəmi bir kəlmə dedi:

"Azmışıq."


●●●

"Nə?!"

Buna inana bilmirdim. Meşədə,tanımadığımız bir yerdə,üstəlik,alaqaranlıqda tək başımıza qalmışdıq. Bir müddət hər kəs susdu.Ilk danışmağa başlayan mən oldum.

"Sakit olun. Həyəcanlanmaq lazım deyil. Ilk növbədə harada olduğumuzu təyin etməliyik.Kayla,sən telefonla əlaqə saxlamağa çalış. Vanessa və Blake,siz də çox uzaqlaşmadan ətrafa nəzər salın."

Bir müddət sonra Kayla yanımıza gəldi."Alınmır."

Elə bu zaman Vanessa ağacların arasından göründü.

"Hey,uşaqlar! Cəld ardımca gəlin!"

Hamımız tələsik Vanessanın gəldiyi tərəfə qaçdıq. Blake bir ağacın yanında dayanıb diqqətlə ona baxırdı. Bizim gəldiyimizi görən kimi başı ilə ağacı işarə etdi. Ağacın üzərində isə dərindən oyulmuş bir neçə işarə var idi...

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 29, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Labirint Hikayelerin yaşadığı yer. Şimdi keşfedin