Dərsdəyik, mən lövhəyə çıxıram, dərs danışıram, müəllimənin verdiyi tapşırığı həll edirəm, izah edirəm, müəllimə məni tərifləyir, yaxşı qiymət yazır, mən yerimə keçirəm, otururam, növbədə başqa uşaqlardı..
Sıra SəNə çatır, müəllimə sual verir, 5 sualdan 2-sini bilirsən, sən qızarırsan, müəllimə yaxşı öyrənmədiyini deyir, gözlərin dolur, mən bu mənzərəyə baxa bilmirəm, mən başımı yerə dikmişəm, mən utanıram, necə deyərlər - Fremdschämen..
Mən utanıram, mən qızarıram, mən belə öyrəşməmişəm, mən söz verirəm, mən söz verirəm, sənə dərsləri yaxşı öyrədəcəm, səni utanmağa qoymayacam..
Müəllimə məni çağırır, sənə kömək eləməyimi tapşırır, mən sevinirəm, mən utanıram, biz utanırıq, biz kitabxanaya yollanırıq..
Biz koridordayıq, sən ağlayırsan, mənim içim param-parça olur, mən kövrəlirəm, mən sənə təsəlli verməkçün güc toplayıram, mən sənə yaxınlaşıram, mən qolundan tuturam, mən göz yaşlarını silirəm..
Mən SəNə toxunuram, mən sənin saçlarını üzündən çəkirəm, biz baxışırıq, biz kitabxanaya gedirik..
Mən SəNlə dərs oxuyuram, mən sənə öyrədirəm, biz hazır oluruq, biz danışırıq, biz deyib-gülürük, biz danışırıq, biz müzakirədəyik..
Biz danışırıq, biz sual-cavab eliyirik, biz bir-birimiz haqda danışırıq, biz dərdləşirik, mən bilirəm, mən bilirəm, mən bilirəm..
Sən günahsız imişsən, sən tək imişsən, sən güclü imişsən, həm də zəif imişsən, sən dərdli imişsən, sən danışırsan, sən rahatlayırsan, sən sakitləşirsən, mən səni tanıyıram, mən səni bilirəm, sən isə yox..
Sən sakitləşirsən, biz danışırıq, sən gülürsən, mən gülürəm, biz gülürük, biz danışırıq, biz ayrılırıq, biz xoşbəxtik, mən güman edirəm..
ŞİMDİ OKUDUĞUN
Qeyri-əhvalat
Short Story2019-cu ildə yazdığım, qısa hekayə. Məni, səni və bizi birləşdirən başqa hansı hadisələr olub? Dəyər vermək nə ilə ölçülür? Zaman nəyin ölçüsüdür? Bilmək və güman etmək haqqında..