Bölüm 2.

5 1 0
                                    

Salam, bulud. Bu gün sənə Şəhərimdən danışım. Gecələr öz mükəmməlliyini hamıya göstərən şəhərimdən. Hansı ki, həmin gecə evlərdə neçə qadın ağlayaraq yuxuya gedir, neçə körpə aclıqdan ağlayır. Hansı ki, neçə Ferrari asvaltlarda şütüyərkən, bəzi insanlar da gecə çöldə növbə çəkib evə pul aparırlar. Bu binaların möhtəşəmliyinin altında əzilən gecəqondular, varlının yerə tökdüyü zibili süpürən yaşlı analar, bir də övladına yoxluqdan "yox" deyən analar.
Bizim insanlardan danışım sənə...
Hansı ki, əlində olmayan şeyləri özünkü imiş kimi göstərib öyünənlərdən, cibində 10 qəpik artıq pulu var deyə yanındakını əzənlərdən, dostunu satıb sevgilisinə xəyanət edənlərdən danışım sənə bir az. Bizim buralarda sevgi anlayışı unudulub çoxdan. İnsanlar yaddılar bir-birinə. Ana oğlunu sevmir, oğul sevgilisini, sevgilisi atasını, atası həyat yoldaşını... Bax beləcə zəncirvari saxtalıq və xəyanət baş alıb gedir. Bizim buralarda qonşunu sevməzlər, gələn qonağa "Xoş gəldin" deməzlər. "Səni Sevirəm"in mənasını anlamazlar bizimkilər. Günəş çıxanda 'istidi' deyərlər, çıxmayanda 'niyə çıxmayıb axı' deyərlər. Günəşin də qədrini bilməz bizimkilər. Xoşbəxtlik nədi unudub artıq buradakı hər kəs. Gülməz üzləri yalandan da olsa. Bilirəm, daha yağış da yağdırmırsan buralara, sən də küssən insanlara. Günəşin qarşısını tutub işıq da salmazsan üstümüzə, haqlısan da. Sənə haqsızlıq etdik biz. Sevginin nə olduğunu unudaraq, sənə haqsızlıq etdik Bulud. Mall'da brend mağazaların vitrinindəki paltarları izlədik, başımızı qaldırıb səmaya baxmaq əvəzinə, Binaları ucaldıb sənin yanına yüksəltdik, ağac əkmək əvəzinə. Və indi yağan tək yağış gözümüzün yaşıdı, Hörmətli Bulud. Sən də haqlısan, bizdən küsməyə, sən də Haqlısan. Hörmətli Bulud.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 30, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

İçimizden GeçenlerHikayelerin yaşadığı yer. Şimdi keşfedin