İnsanlar nələrindən əl çəkər. Gedib gəlmələrlə qorxudan adamın som canı elə şüşə altındakı güldə. Hansı ki kökləri torpağa dəymir, hava almır, su görmür. Bu qədər ildırım çaxsa ancaq öz şüşəsini sındırar. Sonra da tam sürətlə torpağa çaxılar. Çox istədiyi torpaq onun ölümünü görər amma vaxtından keçmiş olar. Yavaş yavaş göyün üzünü buludlar tutar və yağış son canlı qalan ləçəklərə toxunar. Bu bir baş daşına qoyulan öpüşlərə bənzər. Sonradan o quru çubuq kimi bir "wild west" filmində epizodik rol oynar. Qaldı ki, şüşənin sahibinə. Onun haralarda olduğundan qram xəbəri olmaz. Çünki ona görə pis olan biri yox, o da bütün yanlızlığını güldən çıxar. Göydəki qara buludların onun üçün rıngi olmaz. Zamanla da bir yağışlıq alacaq üstünə və üzəri mamır basmış daşlar onun tək oturacağı olacaq. İndi bizim bu hekayədə yazarı narahat edən bu gülün qoparılması deyil, gedib gəlmələr deyil, yağmurdan islanmayan da deyil. Əslində narahat edən qüvvə hekayənin necə axmasıdı. Axmaq da olar bilər yazar. Amma əmjn olduğu şey gülün can verəcəyidir. Çünki insanların əli buludlara çatmaz. Çatsa kiməsə ehtiyacı olmaz yazarın. O isə ayaqlarının altında qayaları, torpağı, hətta gülü qoymağa belə hazırdı. Hardan tapılacaq görəsən hekayənin sonu. Bəlkə də islanmayan bir pencəyin yan cibindədi. Təki buludlar hər şeyi islatsın. Zamana ehtiyac qalmasın.