ilk və son bölüm

181 22 81
                                    

Gecə saat 04:00.

Polis səsləri artıq bütün məhəlləni bürümüşdü. Evinə yaxınlaşırdılar. O isə hələ də etdiyinin şokundan ayılmamışdı. Ani panika hər şeyin bitməsinə də səbəb ola bilər, hər şeyin yenidən başlamasına da. Təxmini 5 dəqiqə sonra ya barmaqlıqlar arasında olacaqdı, ya da qəsəbə xaricində hər hansı bir küçədə sakitcə addımlayacaqdı. İndi onun ən böyük rəqibi zaman idi. Geri sayım isə başlamışdı...

Yavaşca gözümü açdım, ay işığı yaxınlıqdakı pəncərədən süzülüb mərmər döşəmədə parlayırdı. Şiddətli baş ağrısından yenidən yummaq məcburiyyətində qaldım. Ayağa qalxmaq istədim, amma gücümün olmadığını hiss etdim. Beynimin uğultusundan ağrılarını belə hiss etmirdim. 10 saniyə sonra isə qaranlıq...

Saat 06:00

-O artıq ölüb, bu qədər əziyyətə dəyməz.

Həkim çoxsaylı səylərə baxmayaraq hələ də oyanmayan mənə baxıb inadkar bir şəkildə çabalayırdı. Onun üçün niyə bu qədər önəmliydi oyanmağım? Sanki indiyə qədər heç bir xəstəsini itirməyib. Həkim eynəklərini burnunun üstünə endirib üstündən tibb bacısına tərs-tərs baxdı. Nəsə demək istədi, amma bilirdi ki, tibb bacısı haqqlıdır. Bir müddət mənə baxdı və sonra məni oyatmaqdan əl çəkdi.

Amma bir dəqiqə.

Mən ölmüşəmsə, necə eşidirəm bütün olanları?

Mənim hekayəm buradan başladı. Bu əməliyyat otağında həyatımı itirəndən sonra. Yəni, cismani həyatımı.

Həyat həqiqətən qəribədir. Ağlına gəlməyəcək şeylər yaşadar sənə. Plan qurma, onsuz da həyat sən bir şeylər planlayarkən başqa şeylər edər.

Yavaşca həkimə yaxınlaşdım, sakit bir səslə danışmağa başladım:

-Həkim, mən..mən ölməmişəm, siz kimi oyatmağa çalışırsınız?

Həkim sanki heç nə eşitmirdi. Təəccüblə daha yüksəkdən danışmağa başladım:

-Axı, siz məni eşitmirsiniz? Deyirəm ki, o mən deyiləm! Mən sağam! Mənə baxın!

Həkim yenə eşitməmişdi. Bu durum məni əsəbləşdirirdi. Necə görməzdən gələ bilər? Qolundan tutmaq üçün əlimi atdım, amma əlim rəsmən həkimin qolunun içindən keçdi!

-Aman Allahım, nə olur mənə?!

Qorxaraq əlimi-əlimə çırpmağa başladım. Axı hiss edirəm. Yenə qorxuyla həkimə və tibb bacısına baxmağa başladım. Yenə qışqırdım, amma eşitmirdilər məni. Mənə nə olmuşdu?
Dumanlı düşüncələr içində son olanları xatırlamağa çalışırdım. Amma mərmər döşəməyə yansıyan ay işığının hüzur verici görüntüsündən başqa heç nə yadıma düşmürdü. Bir də ağrı içində gözlərimi yummağım.

Başqa bir tibb bacısı əlində sənədlərlə içəri daxil oldu.

-Həkim, cinayətin törədildiyi evdən araşdırmalarln nəticəsi gəlib. Yazıldığına görə cinayətə məruz qalan şəxs başına 13 zərbə alıb. Sizin tədqiqatlarınızla üst-üstə düşür.

Həkim düşüncəli bir şəkildə mənim cismimin başına diqqət yetirdi:

-Düşünürəm ki, qatil küt və ağır bir əşyayla zərbə endirib. Çünki başının hər hansı bir yerində kəsici alət izindən əmələ gələn kəsiyə rast gəlinmir.

Eşitdiklərimi həzm etməyə çalışırdım ki, bədənimin morqa götürüldüyünü eşitdim. Artıq...mənə lazım olmayacaq...

Qatilimi tapmadan rahat ola bilməyəcəkdim. Kim, hansı səbəbdən məni öldürsün? Araşdırmalıydım. Amma çox gec idi. Ruh olmama baxmayaraq, yorğun olduğumu hiss edirdim. Qəribədir, ruhlar da bir şey hiss edirmiş? Beynimdə dolaşan minlərlə sualın qarşısına divar hörüb yatmaq üçün yer axtarmağa başladım. Sonunda boş bir otaqda boş bir çarpayı tapdım. Uzandım və yatdım.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 15, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Səssiz addımlar  #Watty_Aze2020Where stories live. Discover now