Salam, tanrı
Hüzurundayam. Həqqi, necə qəribə şeysən. Sənlə şərt kəsmişdik, demişdin sevdiyin şeyləri əlimdən almayacaqsan. Niyə oynuyursan. Səhv elədirsən. Gülürsən hə, uzaqdan? Necə səndən üz döndərən hər kəsi məhv eləməklə məşğulsan. Nə çox şey vermisən ki, məndən həyatıma əvəz istəyirsən. Sənə gülürəm, tanrı. Həm də ürəkdən. Niyə oyunun sonunu göstərib sonra mənə oyna deyirsən. Verdiyin həyatın o qədərmi dəyəri yox? Yoxsa, yaşatma da məni. Bir dəfə ölməyə özüm çalışdım, iki dəfə özün öldürmək istədin. Hesabı bərabərləşdirmək istəyirsən? Bax, gəl, bir müqavilə bağlayaq. Mənə istədiyimi ver, Negimi ver və bizi unut. Nə can vermisın deyə düşün, nə bizi yaratmısan deyə. Əvəzində nə istəsən götür. Nə bilim, dəyərli nəyimisə götür deyəcəm də, həyatımda dəyərli yaratdığın hər şeyi dəyərdən salmısan. Bir can var, o da sənə kifayət eləməz. Bilmirəm, kitablarımı götür, yaddaşımı götür, bundan sonra həyatımda olaxaqlar insanları götür amma istədiyimi ver. Çox şeymi sənə görə bu? Axı sən tanrısan. Mən çox istəyirəm onu. Götürmə. Digər insanları özün soxdun həyatıma səndən əvvəl özüm qaçdım bildim ki, məniç deyillər ya da mənə sahib ola bilməzlır. İndi uzaqda bir ürək var, içində yaşayıram. Bütün fırtınalardan qoruyub saxlayıb məni. Məndəm baş əyməmi istəyirsən? Edərəm, mənim olanı ver deyə. Som dəfə deyirəm, onsuz nəsə istəmirım. Nə yazmısansa sil , başdan sonunu sonunu de, hansı ki sənim sevdiyin ölüm olsun. Gerisinə mənə icazə ver. Gülmə. Ciddiyəm. Nə bilim, bir şeu al. Kiməsə borclu qalmaq istəmirəm. Məhv etmək istəyirsənsə, məmnuniyyətlə, et. Lakin istədiyimi ver. Burax, bir az rahat yaşayım. İçimi ayıldırsan, amma mən o mən deyiləm axı. Bilmir o da. Ona da sübut edəcəm. Bağışla bütün səhvlərimə görə, nəyi istəsın götür. Sənindi onsuz da.
Çantam
Üzünü dəyişmisən də, zaman səni heç qocaltmır. Demişdim bir adama gedəcəyik. O qədər gözəl baxçaya girəcəyik ki, bir iki gül də sənə taxaram. Sən də tozdan başqa nəsə görməmisən buralarda. Orda rahat nəfəs alacaqsan. Onun da çantası olar. Onunla söhbət edərsiz. Gülırsiz. Biz sahildə oturarıq, sizi də tək buraxarıq. Nə çox yorulmusan, nə kədərlər yığmışam içinə. Yaxşı da baxmadım. O sənə əl gəzdirər. Onun toxunuşu bilirsən necıdi. O mənə səhrada su deyirdi amma onun toxunuşu mənə yaşamaq hissimi geri vermişdi. Bilirsən mənə nə dedi?. İnanmıram sənə. Güldüm bu sözə. Çox pis qırmışam, üstəsindən gələcəm amma. İçimdəki bir tək sevgini sənin içinə dolduracam. Onsuz da hədiyylərə aldığım yer olmayacaq. Soyuqdu hə buralar?. Cansızlaşmışam. Uzun zamandı sıni də xatırlamıram. Səni də çox istifadə elıdim. Heç sağ ol da demədim. O da bağışlayacaq. Mənlə həyatı pozsa da yenidən yazacağıq. Bu dəfə qələmi iki əlli tutacağıq. Əmin olamdığımız nəyisə yazmayacağıq. Yazdırmayacam.Negim
Sənə yazmaq yerinə hamısı saxlayıram, üzünə deyəcəm ətrafa yayılsın qoxusu.