Fidan

5.4K 148 70
                                    

Riyaziyyatı haradasa başa düşmək olar. Rəqəmlər, hesablar sabah hansısa bir məsələdə bizə lazım olacaq. Evə divan alanda ölçüsünü bilmək üçün, ya bazarlıq eləyəndə çəkini bilmək üçün, pulu saya bilmək üçün. Riyaziyyat lazım ola bilər. Ədəbiyyatı da başa düşdüm, yazıçıdı, şairdi - bu adamlar millətin xarakterini formalaşdırır, mənəviyyatını zənginləşdirir.

Amma bu zəhrimara qalmış Qacar şahın hakimiyyət illəri, ya slavyanların yürüşü, ya Fətəli xanın birinci tutduğu vilayət, sonra da ikinci tuyduğu vilayət, döyüşlər arasındakı il fərqi - bax bunu heç cür anlaya bilmirəm. Axı bu zəhrimar rəqəmləri nəyə görə əzbərləməliyəm? Həyatın hansı anında mənə lazım olacaq bu rəqəmlər, bu xırdalıqlar? Bakıda yüz minlərlə şagird var, hamısı 11-ci sinifə kimi milyonlarla mənasız faktı əzbərləyir, doğrudan mənasız, heç kimə lazım olmayan faktları əzbərləyir və bu, bizim dilimizdə elm adlanır? Bu nəyə lazımdır ki? Mənim nəyimə lazımdı nə vaxt olub Hunların ikinci yürüşü? Bu mənə kimisə sevməkdə, ərə getməkdə, ya sabah restoran açıb bizness qurmaqda, ya xaricə köçüb işləməkdə necə kömək ola bilərki? Yəni elə bir ehtimal var ki, kimsə mənə küçədə yaxınlaşıb Hunların yürüşünün nə vaxt olduğunu soruşsun? Əlbətdə ki yox. Bunu atama, da anama da demişəm. Hətta onların özündən soruşmuşam, onlar da bilməyiblər. Bu hadisəni bizim qoca, əlləri əsən tarix müəllimimizdən başqa heç kəs bilmir. Bir gün direktor sinifə girən kimi birinci məni qaraladı - "Niyə dərsə qulaq asmırsan?". Sualın cavabında mən də sual verdim: "Hunların yürüşü nə vaxt olub?". O gözlərini bərəldib susdu. Hunların bu zəhrimara qalmış yürüş illərini direktor da bilmirdi.

~

Müəllimlərlə uzun-uzadı mübahisələrim, imtahandan aldığım ikilər, verdiyim suallar, geyindiyim paltarlar, bütün bunlar onlarda gülüş və təəccüb doğurur. Uşaqların çoxu elə bilir ki, valideynlər nə deyirsə onu eləmək lazımdı, müəllim nə tapşırırsa onu oxumaq lazımdır. Elə bilirlər dərsdən beş aldılarsa sabah Mersedesləri olacaq, villaları da. Day bilmirlər ki, dərs başqa, iş başqa. Mənsə heç bir halda dilimi qatlayıb yerimdə oturmuram, elə bil susmaq və itaət etmək düyməsi mənim beynimdə işləmir. Bu sonuncu ili də bitirib Rəssamlıq akademiyasına daxil olacam. Ən yaxşısı rəssamlıqdı. Ağlıma gələni çəkib üstünə 2000 euro qiymət qoyacam. Qoy bir il, iki il heç nə qazanmayım, amma bir gün bir varlı adam elə biləcək ki, bu rəsimdə böyük fəlsəfə var - və alacaq. Axı mənim kimi qizları heç bir ofisdə, şirkətdə işə götürməzlər. Amma rəssam olsam bütün dəliliyimi, qeyri-adiliyimi mənim xüsusi istedadımla əlaqələndirəcəklər. Onda istədiyim hər şeyi edə biləcəm. Camaat da baxıb deyəcək ki, işiniz yoxdu rəssam adamdı, yəqin bədahətən ağlına ideya gəlib ona görə gicləyir..

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 18, 2015 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Evakuasiya (QARAQAN)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin