Siyasət-ikiüzlülük

23 9 11
                                    

Siyasət...Bilmirəm bu sözü eşidəndə ilk olaraq ağlınıza nə gəlir.Amma bilin və agah olun. İstər iqtidar, istər müxalifət aşağı təbəqə-biz-xalq üçün reallıqda heç bir şey etmir. Sadəcə kənardan göz boyamaq üçün edilən ,,fədakarlıqlar,, bu insanlara guya can yandırmaq, onlara ürəyi ağrımaq sadəcə bu teatrın bir parçasıdır. Keçmişdə necə idisə indi də elə. Mənim özüm kimi-yəni aşağı təbəqədən olan insanlar üçün nə iqtidardan, nə də müxalifətdən heç bir şey gözləmirəm və heç birinə də etimadım yoxdur və səmimiyyətlərinə inanmıram. Ağlı, şüuru olan hər bir insan dərk edə bilər ki , siyasət əslində yalan vədlər verib, məqsədə çatma mexanizmasıdır. Sizin səslərinizlə yuxarı qalxdıqdan sonra sizi unudan insanlar buna bariz nümunədir.Hansı partiyaya, hansı quruma inanmağınız öz işinizdir.Amma çalışın heç bir insan sizdən öz məqsədləri üçün istifadə etməsin. Bu yazımı daha çox Corc Oruellin ,,Heyvanıstan,, əsərini oxuyanlar daha yaxşı başa düşəcək. Oxumayanlara isə şiddətlə tövsiyyə olunur.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 06, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Siyasət-ikiüzlülükWhere stories live. Discover now