Gözlənilən Mesaj

58 19 32
                                    

Sabah oldu..
Yeni bir gün..
Yeni bir həyəcan..
Nələr baş verəcəyini bilmədən oyandım.Sabahın xeyir dünya.Bu aralar yeni hadisələrə qucaq açan həyatımda nələrin baş verəcəyini səbirsizliklə gözləyirəm.
ZAMAN irəliləyir..Vaxt gedir..
Hərzamanki kimi dərsə getməliyəm.Geyindim yemək yedim və məktəbə yola düşdüm.Dekabr ayında olduğumuz üçün hava çox soyuğ idi.Soyuğu sevmirəm ama qarı nədənsə sevirəm.Çoxları belədir..qarı sevər amma qışı sevməz..Mütəmadi qar yağmır qışda .Yağan günlər özəl olur.Çünki qar möcüzədir hər dənəsində min möcüzə var..quruluşlarının hər birində 1 fərqlilik 1 sirr yatır..
Qar....Snow....Snowhaund..
Nəysə məktəbə gəldim .Hərzamanki kimi olduqca sıxıcı idi.Məktəbi sevmirəm sadəcə məktəbdəkiləri sevirəm kitablar..dostlar..və tənəffüslər ..5 dəqiqəlik tənəffüslərin yerinə heç nə verə bilməz..baş verə biləcək ən xoş anlar 5 dəqiqələrdə saxlanır...Ama fikrimcə məktəbin ən gözəl illəri ibtidai sinif illəri olur.Böyüdükcə hərşey dəyişir.Eqoistliklər,özünü birşey sanmalar filan fəsməkan..yəni sözün əsil mənasında konkret sıxıntı..
Dərslər keçdi,vaxt bitdi evə gəldim.Bu gün məktəbdə çox yorulmuşdum .Paltarımı dəyişib yemək yedikdən sonra yatmağa qərar verdim.Günortalar yatmağı sevmirəm amma yorğun olduğum üçün gözlərim istəmsiz yumuldu..
Oyandım..Axşam Saat 18:45 idi .Oyandığım üçün fərqli his edirdim sanki yeni günə yenidən oyanmış kimi)
Telefonuma baxmamışdım.Bugün üzərimdə qəribə yorğunluq vardı.İlıq Duş aldım . Daha sonra saçlarımı quruladıqdan sonra isti çayımla birgə telefonuma baxmağa başladım. Çoxlu bildirimlər gəlmişdi. İlk öncə whatsapp mesajlarına baxmaxa başladım. Onları cavablandırdıqdan sonra instagrama keçdim . Və budur ondan mesaj gəlmişdi. Yenə nə edəcəyimi bilmədim əllərim titrədi. Niyəsini bilmirəm amma ürək döyüntülərimdə də sürətləndi. Allahım bu nədir, bu his mənə heç tanış deyil. Hesaba girməmişdən əvvəl onun şəkillərini gördüm. Məncə mənə haqq qazandırmalısınız Allahım çox yaraşıqlıdı. Yenəə bir anlıq düşündüm . Yoxx əşii bəlkədə internet şəkilləridir ,mən ən yaxşısı mesajlara baxım. Deyəsən bu gün bol söhbət edə biləcəyəm çünki vaxtım vardı.

(Yazışmalar İngils dilindədi lakin burda adi yazacam)

Mesaja baxdım
:-Salam,necəsən danışa bilərik? Cavab yazmağa başladım..

:-Salam,hə
Elə bil yazmağımı gözləyirmiş kimi anında cavab yazdı.

:-necəsən ,narahat etmirəm?
Yazdım...
:-təşəkkür edirəm,yox

İçimdəki həyəcan və marağ hissi daha da artırdı.

:-ilk nə haqda danışaq?

:)Bu sualı verməsi yaxşı olmuşdu. Tez yazdım təbiiki yazarkən tərçüməçi proqramdan istifadə edirdim .

:-məsələn siz kimsiniz?nəyə görə yazdınız və dediyinizin mənası nədir?

"Yazır"sözünü gördüm və təqribən 4-5dəqiqədir ki mesajı gözləyirəm və nəhayət ki mesaj gəldi.

-:Adım,Christopherdir .Sənə yazmaq istədim çünki mənimsən.Bu sənə fərqli gələ bilər. Tanımadığın birinə bunları yazmaq mənədə qəribədir.Amma mən yazmaq istəyirəm .Səni tanımaq istəyirəm.

Mesajı oxuduqdan sonra şok keçirdim .Bu nə deməkdir.Heçbirşey başa düşmürəm.Tanımadığın birinə "mənimsən" yazmaqmı? Bunun qədər anormal birşey ola bilərmi?! çox qəribədir...
Cavab yazmağa başladım...

:-Dedikləriniz çox qəribədir və məntiqsizdir.Bəlkədə mən yaşlıyam ola bilməzmi?

Cavab yazdı..

:-Elə isə danışaq adın nədir neçə yaşın var?

Çox qərarsız qaldım cavab verməliyəm ya yox? Şəkillərinə baxdım .Balaca olduğu şəkillərdən bilinirdi .Sualına cavab verməmək qərarına gəldim.İlk öncə ondan soruşacaq suallarım vardı.Heç görməmiş kimi|

:-neçə yaşınız var? Paylaşdığınız şəkillərdəki sizsiniz?

Deyə soruşdum.

:-14 yaşım var.Bəli əlbətdə mənəm.

Bir anlıq dayandım.Ola bilməz yada olsun olsun.Yada yoooox
Sakin olmalıyamm Bu oğlann mənimlə yaşıddır.Sevinməliyəmmi yoxsa üzülməli.Şəkillərdəkidə odur.Yox Yox məndə deyəcəm. Bəlkədə yaxşı dost olarıq,bəlkədə əvvəl dedikləri zarafat idi..Tərəddüt içindəyəm..
O zaman yazmağa qərar verdim

:-Adım Nata,14 yaşım var .

Mesajı atmağımla emojilər havalarda uçdu...
Mesaj yazdı

:-Sən qızsan?

Bu nə gic sualdı
Yazdım

:-Əlbətdə

Yenidən emojilər göndərdi anlaşılan sevinmişdi və bu onun xoşuna gəlmişdi...:)
Cavab gəldi
:-bu məni sevindirdi,ümidim artdı...
Və göz qırpma emojisi
Yenidən yazdı
:-eyni yaşdayıq ,bu möcüzədir mələyim!

Birdəyqəə nəə mələyim!? Bu hardan çıxdı?

:-hə eyni yaşdayıq,mən mələk deyiləm.
Ürəyim belə yaz demir ama məcburiyyətdən belə davranırdım...
Bir an dayandım.mən nə yaşayıram?..
Xeyirlisi.....
Yazdı............

:-sən mələksən mənidə sənə mələklər göndərdi,mənimsən

Yenəə eynii mövzularrr,offfff

:-belə danışmayın!
Cavabında

:-Mən pis bir söz demədim,Sadəcə mənimsən.biz birbirimiz üçün uyğunuq səndən bir xaişim var..

Mesajı oxumağımla bərabər düşündüm.Görəsən nə deyəcək yoxudda nə istəyəcək maraxlıdı və olduqca həyəcanlıdır.
Və yazdı...
:-Səni görmək istəyirəm.
Mesajı gördüyüm an istehzayla
"Bu nə cürətdir" dedim yenəə "düşüncələrrr" və bir ədəd "mən"

:-yaxşı ,gözləyin.
Nəəəə yazdım bunu ,mən,yazdım.
AXI NİYƏƏƏƏ!?
bir anlığ boşluğuma gəldi və yazdım.İndi nə edəcəm ,nə şəkli...
Bir anlıq düşündümm .Aaaa yooox ata bilmərəm. Görsə əminəmki qorxacaqqq çooox çirkinəmmm. Off...
Qalereyaya baxmağa başladım...
Yoxdu
Yooooxxxddduuu
ŞƏKLİMM YOXDUUU !
İnanana bilmirəm ,çünki telefonu yeni almışdım və çoxunluqla şəkil çəkdirməyi sevmirəm.
Nəysə yenisini çəkək.Kameranı açdım.Saçlarımı açdım və gülülmsəyərək çoxx pis bir şəkil çəkdim.Başqa şansım yox idi..
Yazışmaya döndüm aktiv idi..
Mesaj yazmışdı'
-Çooooox sağol,çoox sevindim

Və emojilər,emojilər,emojilər.....
Yazmağa başladım..
:-Gözləyin
Yazdı..
:-sonuna kimi
Nə deyir buu sadəcə şəkil dedim,sonuna kimi yox bir..
Həyəcanla ,əllərim titrəyə-titrəyə şəkili göndərdim
Vəə budurr göndərildii(
Göndərdimm mənnn offf neyləyəcəm
Və ola bilməzz gördüüüü...
Vaxt irəliləyir..
3 dəqiqədir yazmır.
Mən nə ara dəqiqələri saymağa başladımm?Sakit qızım özünə gəl!
Beynimdəki mən danışmağa başladı:
":-Əminliklə deyə bilərəmki səndən qorxdu,sənin kimi qıza baxmaqmı?bu oğlan 100% dəlidir.Artıq yazmayacaq hətda bloka atacaq.Peşman etdin yazığı.Niyə göndərdin axıı niyəə? niyəəəə!? "
Offff mənim bu ümidsiz fikirlərim..
Artıq 5 dəqiqədir keçib,bəlkədə az vaxtdır, amma mesajı gördü və aktivdir.Başdanxarab kimi dözməyib mesaj yazdım.

:-?
Aha düz görürsünüz "Sual" yazdım.
Vəə anında görüldü...
Nə!? Yəni bayaqdan burdaydı!?
Bəs niyə yazmır?
İlk dəfədi sosial mediada bir oğlanla danışırdım və bu məni həyəcanlandırmışdı...
Yenə yazmır..
Suallar və mən birlikdəyik...
Nəysə biraz əsəbiləşdim.Telefonu söndürdüm.Və kitab oxumağa başladım.Fikrim hələdə mesajlarda qalmışdı..Amma aktiv olmasına rəğmən, hətta görməsinə rəğmən yazmırdı.
YAZMIRDI....
Gün beləliklə sona çatırdı..
Gecə oldu günün yorğunluğu və mesajların verdiyi narhatçılıqla birlikdə gözlərim yumuldu...
Yeni gündə ,yeni həyəcanlar..yeni uğurlar yeni sevinclər olması diləyiylə..
Gecən xeyrə dünya:)♡

Dəyərli oxuyucularım ,ümid edirəm bəyənərsiniz♡
♡Sizləri çox sevirəm♡
Yeni bölümdə görüşmək ümidilə....

UZAQLARDAKI YAXINIMHikayelerin yaşadığı yer. Şimdi keşfedin