I Hissə; Bölüm 6

54 9 3
                                    

"Keçmiş"

-

İnsan zehni ən təhlükəli həbsxanadır. Düşüncələrin, şübhələrin, nigaranlığın, dərdlərin öz azadlığını elan etməmiş olsun bircə! Ən sərt halıyla beynini didib duranda və sənin də əlindən bir şey gəlməyəndə əliyalın ona təslim olursan. İçimdəki qorxu, nigaranlıq beynimi və bütün bədənimi yeyib-bitirəndə mən sadəcə gözümü yola dikib axıb gedən küçələri izləyirdim. Zehnimin ən dərin həbsxanalarından birinə həbs olunmuş düşüncələrim bütün şüuraltımda öz hakimiyyətini elan edərək məni ələ saldığı bir vaxtda uzaqdan qulağıma dolan səs fikrimin çox az yayılmasına səbəb oldu:

"Sən də təkcə mənim adıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün."

Gələn səsə qulaq qabartdım və bütün düşüncələrimdən sıyrıldığım anda səsin əslində uzaqdan yox, tam da yanımdan gəldiyini ancaq dərk etdim. Baxışlarımı ağır-ağır səsin sahibinə-Edilə çevirdim. Qayğısız halda mahnını mızıldanmağa davam edərkən gözləri yanımızdan keçib gedən küçələrdə gəzirdi. Uşaqlığının keçdiyi bu yerlərə qayıtmaq onda özünün də gizlədə bilmədiyi bir sevinc yaratmışdı. Kiçik bir uşaq kimi sevindiyi hər halından bəlli olurdu, amma etik davranaraq bunu mənə göstərməmək üçün əlindən gələn hər şeyi də edirdi. Baxışlarımı üzündə gəzdirdim; kirpiklərinin qoruduğu gözləri həyəcanla parıldayırdı. Baxışlarım gözaltlarında yaranan qara halqalara toxundanda istəmsizcə qaşlarım çatıldı. Uzun zaman müşahidə edirdim, gözünün altındakı halqalar gündən-günə çoxalırdı. Ağlıma təyyarədə nə zaman oyansam gözünü mənə dikdiyi gəldi. Gecələri yatmırdı? Ağlımda şimşək kimi çaxan bu düşüncə məni təəccübləndirərək diksinməmə səbəb oldu. Bu anda taksi dayandı. Edil sevinclə mənə baxdı və, "Çatdıq!" dedi. Bu zaman bir az əvvəl onun üçün bəlirlədiyim "balaca uşaq" obrazına nə qədər çox uyğun olduğunu düşünmədən etmədim. Gözləri mənlə toqquşanda mənim onu izlədiyimi gözləmədiyini bəlli edərək təəccübləndi və bunun əlaməti olaraq qaşları yuxarı qalxdı. Bir söz deməyinə fürsət yaratmayaraq cəld maşından endim, o da sürücünün pulunu ödəyərək ardımca endi. Baqajdan çamadanları alanda, "Gözünü məndən ala bilmirsən," dedi və gülməyə başladı. Göz süzdürdüm.

-Elə bir şey yoxdu, sadəcə eyni anda bir-birimizə baxdıq.

-Hı-hı! -dedi və etiraz etməyimə icazə verməyərək irəlilədi. Ardıyca getdim və bu barədə heç nə demədim.

Kiçik, köhnə bir evin qabağında dayananda daha öncə cibinə qoyduğu açarları çıxartdı və qapını açdı.

-Bura nənəmin evi olub. Nənəm iki il əvvəl dünyasını dəyişəndə açarları mənə vermişdi. Uşaqlığım bu evdə keçib.

Dediklərini dinlədiyimi bildirmək üçün başımı yırğaladım, bir tərəfdən də ətrafı nəzərdən keçirdim. Kiçik bir ev idi; qapını açan kimi çox da uzun olmayan bir koridor qarşıladı bizi. Koridorun solunda mətbəx, sağında isə hamam-tualet vardı, ən başda isə qonaq otağı. Edili izləyərək qonaq otağın girdim. Olduqca sıradan bir otaq idi; bir stol, pəncərə, divan-kreslo, köhnə bir televizor, bir də soba vardı. Otağın içindən bir qapı  açılırdı və o qapı da yataq otağına aparırdı.

-Mən burda-divanda yataram, sən yataq otağında yatarsan.

Etiraz etməyin mənasız olduğunu düşünərək sadəcə başımı yırğaladım. Mənə qəribə gələn hər yerin təmiz olmağı idi. Amma heç nə soruşmadım.

-Şirin bir evdir,-dedim sadəcə.

Başını yırğalayaraq məni təsdiqlədi və sonra həyəcanla əlavə etdi:

QatilHikayelerin yaşadığı yer. Şimdi keşfedin