NuraneBehbudzade's Reading List
6 stories
Susdura bilmədiklərim... by MelekNur1993
MelekNur1993
  • WpView
    Reads 1,642
  • WpVote
    Votes 467
  • WpPart
    Parts 15
Qaranlığda pəncərə qarşısında oturub , dəftərlərə qara qələmlə yazdığı sözlərin,qəlbə vurduğu sızıltılar.. Qəlbimizə toxunacaq olan qisa sözlərin verdiyi ,duyğular.. Yaşamağa ümid axtaran cümlələr.. Cümlələrin yaratdiği hisslər.. Hisslərin verdiyi, gözəlliklər.. Bir qadının yazdığı sözlərin bizdə yaratdiği təsir..
Xəyalpərəst by Saida95
Saida95
  • WpView
    Reads 52,196
  • WpVote
    Votes 7,558
  • WpPart
    Parts 108
[ Nəhayət ki, bölümlərin ardıcıllıgını düzəldə bildim ^^] ...Həyatlarında yalnız bir dəfə qarşılaşan insanlar var. Məsələn , yolu keçərkən təsadüfən üz-üzə gəlirlər...Gözləri anidən bir-birinin gözünə toxunur.Sonra yenidən gözlərini qaçırıb yollarına davam edirlər...Bir daha heç vaxt qarşılaşmırlar.Bir-biriyçün önəmi olmayan insanlardır onlar.Tamam fərqli həyatlar yaşayan insanlar... Səninlə mən də bu cür insanlardan olmalıydıq. Sən gözlərini yumub yagışın altında gülümsəyərkən mən başqa birinin əlindən tutaraq sənin yanından ötüb keçməliydim.Hekayəmiz bu cür də bitməliydi...
Sənə İnanıram by themoonandsky
themoonandsky
  • WpView
    Reads 32,126
  • WpVote
    Votes 4,355
  • WpPart
    Parts 37
Təsəvvür et ki, səni izləyirlər. Sən bütün baş verənlərdən sonra həyatına yeni səhifə açmaq istədiyin halda, keçmişin səni izləyir. Və bu keçmiş dediyin qısa müddət ərzində sənin sevəcəyin, inandığın insan olacaq. Səma da həyatına yeni səhifə açmaq istəyənlərdən idi. Lakin bu başlanğıc onun keçmişinin davamı oldu və heç gözləmədiyi hadisələr baş verdi. Bəs Səma bunlara hazır idimi? QEYD: İlk hekayəmdir, ciddi mühakimə etməyin. Hekayənin əvvəlindəki bölümlər qısa və təcrübəsizliyi ilə seçilsə də, dayanmayın, oxuyun. Get - gedə daha yaxşı yazmışam. Bəlkə də, yox. Hekayəmdə təkcə mənasız sevgi hisslərindən bəhs olunmur. Bəlkə də, olunur. Bəli, oxuyun, məncə, peşman olmazsınız. Bəlkə də, olarsınız. Bilmək olmaz, bunu artıq siz oxuyub qərar verin. Müəllifin özü isə bu hekayədən narazı olsa da, "unlublish" etməyə qıymır. I // 08.06.2015 - 28.11.2015
Sonsuzuncu dəfə... by poeticrizzler
poeticrizzler
  • WpView
    Reads 1,101
  • WpVote
    Votes 157
  • WpPart
    Parts 6
"Bu o deməkdir ki, mən yoxam?" Özümü ölü hiss etmirdim. Ölü də göründüyümü düşünmürdüm. Şəffaf şüşənin ardındakı reklam lövhəsinin önünə gələnə qədər. Hər şey əks olunurdu bu şəffaf şüşədə, bir tək məndən başqa... Əlbəttə normal olaraq zehnimi minlərcə sual ələ keçirməyə başladı. Bu necə baş vermişdi? Mən niyə ölmüşəm? Nə vaxt? Necə? Harda? Amma bir sualın qarşısında bütün bunlar əhəmiyyətsiz qalırdı. Mən kiməm? Özümü tam olaraq xatırlaya bilmirdim. Görünüşüm və xasiyyətimlə bağlı qırıq-qırıq xatirələr canlansa da gözümün önündə bunlar bir araya gəldikdə bir məna kəsb etmirdi.
DAYANACAQ by AliyevAlim
AliyevAlim
  • WpView
    Reads 4,132
  • WpVote
    Votes 346
  • WpPart
    Parts 10
" Ömürümüz dayanacaqlar üzərində qurulub. Hər dayanacaqda həyatımıza yeni bir insan daxil olur və enəcəyi ana qədər həyat hekayəmizim parçasına çevrilir. Yanınızda olduqları müddət boyunca insanların dəyərini bilin. Unutmayın ki, ömür adlı avtobusun bir dayanacğında endikdə, sizin də qəlbiniz dayanacaq. "
İkinci Nəfəs (Ku Kluks Klan qayıdır) by parviz_
parviz_
  • WpView
    Reads 51
  • WpVote
    Votes 5
  • WpPart
    Parts 3
Əziz oxucu, "İkinci Nəfəs" romanının nəşri nəhayət ki, başladı. Kitab Yanvar ayının sonlarına doğru oxucuların ixtiyarında olacaq. Kitabı önsatış kuponu ilə ilk əldə edənlərdən olaraq bir kitabın ərsəyə gəlməsinə dəstək ola, eyni zamanda "İblisdən Betər" kitabını hədiyyə qazana bilərsiniz. Kuponu əldə etmək üçün mesaj yaza, göndərilən linkə daxil olaraq formanı doldura bilərsiniz. Formada qəbz tələb olunduğu üçün ödənişi emanat terminalı və ya tətbiqi, İBAM tətbiqi vasitəsilə edib linkə daxil olaraq kuponu əldə edə bilərsiniz. Kupon bizə nə verir: 1. "İkinci Nəfəs (Ku kluks Klan qayıdır)" romanı imzalı 2. "İblisdən Betər" detektiv romanı imzalı 3. Çatdırılma - Kitab nəşr olunduqdan sonra kuponu əldə edən oxucularla əlaqə saxlanacaq və kitablar metro çıxışlarına çatdırılacaq. Bölgələrdən sifariş edən oxucular poçt xərcini ödəməklə kitabları əldə edə bilərlər. Annotasiya: Nyu-York metrosunun yaxınlığında yerləşən fəstfud restoranında işləyən Den Verbek ani başgicəllənməsindən huşunu itirərək yıxılır. Gözünü xəstəxana otağında açan Den çox keçmir ki, beyin xərçəngi olduğunu və sadəcə bir neçə ay ömrünün qaldığını öyrənir. Taleyi ilə çətinliklə barışdıqdan sonra bir gün klublardan birinə gedərək viski içə-içə yaxın gələcəyin planlarıı qurarkən doktor Karterlə qarşılaşır. Bu görüş onun həyatını tamamilə dəyişdirir. Söhbət zamanı Denin xəstəliyindən, ömrünün sonuna az qaldığından xəbərdar olan doktor Karter ona bir təklif edir. İxtisaslaşmış həkim olan Karter onu öz tədqiqatına cəlb etmək istədiyini bildirir. O, tibbin çox inkişaf etdiyini söyləyir və artıq beyin transplantasiyası əməliyyatlarını gerçəkləşdirməyin mümkünlüyündən danışır. (ardı ilk bölümdə)